Edvard Kallen () — Stefani Mayerin “Alatoran romanlar seriyası”nın əsas qəhrəmanlarından biridir. O, “Alatoran”, “Yeni ay”, “Tutulma”, “Sübh” romanlarının, həmin romanlar əsasında çəkilmiş filmlərin və 2020-ci ildə çap olunmuş “Gecəyarı günəşi” romanının qəhrəmanıdır. Telepatik vampir olan Edvard romanlar seriyasında yeniyetmə qız olan Bella Svona aşiq olur, onlar evlənirlər və uşaqları olur, daha sonra isə Bella da öz istəyi ilə vampirə çevrilir. Alatoran filmlər seriyasında Edvard obrazı Robert Pattinson tərəfindən canlandırılmışdır.

Yaradılması

Stefani Mayer qeyd edir ki, Edvard obrazının yaradılması layihəsi onun “adi qız” və “fantastik gözəl, cazibədar, güclü...vampir...onlar arasında ciddi əlaqələr və ağaclar arasındakı çəmənlikdə romantik səhnə” yaratmaq arzusundan meydana gəlmişdir. Bu arzunun əsasında onun “ iki insanın məhəbbətinin qarşılaşdığı çətinliklər... insana aşiq olan vampirin qana olan hərisliyinə üstün gəlmək və sevgisi üçün ölümlə mübarizə aparmaq cəhdlərini əks etdirmək” istəyi dayanırdı. Yazıçı ona görə Edvard adını seçmişdir ki, o, “bu adın romantik olmasına baxmayaraq ,az istifadə olunması”nı düşünürdü. Obrazın yaradılması zamanı yazıçı Lüsi Mod Montqomerinin “Anya və yaşıl çatılar” romanının qəhrəmanı Gilbert Bliti, Ceyn Ostinin “Eşq və Qürur” romanının qəhrəmanı Mr. Darsi və Şarlotta Brontenin “Ceyn Eyr” romanının qəhrəmanı “Edvard Roçester”dən – xüsusilə Edvardın sonuncu kimi özünü “qorxunc” hesab etməsi səhnəsində - təsirlənmişdir.Fiona Purdon, 19 iyul, 2008, Stephenie Meyer's chaste vampires lure young readers Seriyanın ümumi məzmununa uyğun olaraq, xüsusilə ilk üç romanda Edvard Bellanı özündən, vampir təbiətindən uzaq saxlamağa və qorumağa çalışır.

Romanlarda Alatoran

"Alatoran" romanında Edvard fikrini oxuya bilmədiyi və qanı həddindən artıq şirin olan Bella Svan adlı yeniyetmə qızla tanış olur. O, ziyan vurmaq istəmədiyi üçün bir müddət Belladan uzaq qalmağa çalışır, lakin bir neçə dəfə qəzalarda onun həyatını xilas etdikdən sonra Bellaya aşiq olduğunu anlayır. Edvard Bellaya vampir olduğunu və on yeddi yaşlı oğlan kimi görünməsinə baxmayaraq 20 iyun 1901-ci ildə doğulduğunu deyir. Onun ögey atası Karlis Kallen Çikaqoda 1918-ci il qrip pandemiyası zamanı, Edvardın anasının istəyi ilə ölümcül xəstəlikdən xilas etmək məqsədi onu vampirə çevirmişdi. Karlis bir çox vampirlər kimi Edvarda da yavaş-yavaş öz hisslərini idarə etməyi öyrətmiş və insanlara qida kimi baxmamağı təlqin etmişdi.

Bellayla tanış olduqdan sonra Edvard onunla birlikdə olmağın Bellanın həyatı üçün təhlükəli olacağı, bunun öz həyatını riskə atmaq anlamına gəldiyi haqqında xəbərdarlıq edir. Lakin sevgisi və Edvardla birgə olmaq istəyi Bellanın bütün bu xəbərdarlıqlara əhəmiyyət verməməsinə səbəb olur. Hadisələrin inkişafı Edvardın sözlərinin doğru olduğunu göstərir. Bella tezliklə Kallenlər ailəsi kimi “vegetarian” (yalnız heyvanların qanı ilə qidalanan) olmayan vampirin Ceymsin hədəfinə çevrilir. Ceyms Bellanın qanını içməyi qarşısına məqsəd qoyur və çətin döyüşdən sonra Kallenlər ailəsi Bellanın təhlükəsizliyini təmin edə bilirlər.

Yeni ay

"Yeni ay" romanında Bellanın əlinin kəsilməsi zamanı Edvardın qardaşı Casperin onun qanını içmək istəməsi hadisəsi Edvardı yenidən Bellanın təhlükəsizliyi haqqında düşünməyə vadar edir. Edvard Bellanı özündən və ailəsindən uzaqlaşdırmaq qərarına gəlir və və bu Bellanın üəryini qırır, o depressiyaya düşür. Edvard Bellasız əbədi həyatın onunçün çətin, darıxdırıcı və mənasız olacağını anlayır. Edvard səhvən Bellanın intahar etməsi haqqında bacısı Rozalidən öyrəndikdən sonra, onu öldürmələri üçün italyan vampir qrupu Volturiləri razı salmağa çalışır. Edvardın bacısı Elisin də köməkliyi ilə Bella İtaliyaya gəlir və Edvardın özünü məhv etməsinin qarşısını alır.

Edvard nəyə görə Bellanı tərk etdiyini izah edir və ondan bu hərəkətinə görə üzr istəyir. Bella onu bağışlayır və onunla birlikdə olmaq istədiyini bildirir, lakin canavar adam Ceykob Bleklə də əlaqəsini kəsmir. Bella Edvardın ailəsi ilə danışaraq onu vampirə çevirmələri və öz ailələrinə qəbul etmələrinə razı sala bilir. Bu isə gələcəkdə onların evlənməsinə problem olmayacağına əsas verir.

Tutulma

"Tutulma" romanında Bella insan olmasına baxmayaraq Edvardla evlənməyə razılaşır. Lakin bir müddət sonra Ceymsin öldürülməsindən təsirlənmiş vampir Viktoriya öz dostları ilə birləşərək Bellanı ovlamaq üçün hərəkətə keçir. Bu isə Kallenlər və Amerikanın yerli tayfalarından olan Sem Uili və Edvardın onu tərk etdiyi zaman yanında olan Ceykob Blekin rəhbərlik etdiyi canavar adamlar arasında qarşıdurma yaradır. Bu qarşıdurma zamanı Bella müəyyən edir ki, Ceykob onunçün düşündüyündən daha dəyərlidir. Edvarda başa düşür ki, Bella onunla bərabər Ceykobun da qayğısına qalır və uğurla Viktoriyanı məhv edə bilir. Bella anlayır ki, Edvard onun həyatında ən mühüm adamdı. Bella Edvardın əbədi sevgisinə layiqincə cavab vermək üçün əbədi həyata malik olmalı olduğunu anlayır və vampirə çevrilmək istədiyini bildirir.

Sübh

"Sübh" romanında Edvard və Bella evlənirlər və bal ayı üçün Braziliyaya gedirlər. Bal ayında Edvard maksimum dərəcədə hər şeyin Bella üçün təhlükəsiz olmasına çalşır. Bununla belə Bella hamilə qalır və onun bətnində yarı insan, yarı vampir olan uşaq çox sürətlə böyüməyə başlayır. Həmin uşaq Bellanın qanı ilə qidalanır. Bu isə qısa zamanda Bellanın ölümünə səbəb ola bilərdi. Bella uşağın tələbatını ödəyə bilmək üçün qısa zamanda qanla qidalanmağa başlayır. Dəfələrlə Edvard Bellanı uşağı dünyya gətirmək fikrindən daşındırmağa çalışsa da Bella uşağı dünyaya gətirir və doğum zamanı ölür. Edvard doğum zamanı Bellanı uğurlu şəkildə vampirə çevirə bilir. Yeni doğulmuş qız uşağının adını Bella və Edvardın analarının şərəfinə Renesme qoyurlar. Canavar adam Ceykob Blekin bu körpəyə bağlandığı məlum olur.

Uşağın doğulmasından xəbər tutan Valturilər onun insanlar və vampirlər arasında əlaqəyə səbəb olacağına və bunun bütün vampirlər üçün böyük təhlükə doğurduğuna qərar verirlər. Uşağın məhv edilməsi üçün Kallinlərin yanına gələn Valturilər Elisin öncədən xəbər verməsi nəticəsində toqquşmanın bütün vampir aləmi üçün faciəvi olacağına inanırlar və uşağı öldürmək fikrindən əl çəkirlər. Edvard və Bella öz qızları ilə birgə əbədi xoşbəxt yaşayırlar.

Xarakterizasiya right|250px|thumb|Edvard Kallenin dərisi günəş şüası altında parıldayarkən Romanlarda Edvard cazibədar, incə, nəzakətli,özündən əmin və çox inadkar biri kimi təsvir olunur. Bellaya qarşı o, çox mühafizəkardır və onun həyatını, insanlığını qorumağa çalışır. O, hadisələri əvvəlcədən hiss etmək və dəyərləndirmək qabiliyyətinə malikdir ki, bu da Bellanın təhlükədə olduğu anlarda onu müdafiə etməyə imkan verir. O, XX əsrin əvvəllərindən, həyatının insanlıq dövründən bir neçə dəfə bəhs edir. Edvard özünü qorxunc hesab edir və vampir olduğuna görə günahlandırır. Bellaya aşiq olduqdan sonra isə o insan olmağı, ölümlü həyat sürməyi daha çox arzulayır.

Fiziki xüsusiyyətləri

Alatoran romanlar seriyasındakı digər vampirlər kimi, Edvard da adi insanlarla müqayisə edilə bilməyəcək dərəcədə fiziki gözəlliyə malikdir. Romanlarda bir neçə dəfə Edvardın gözəlliyi yunan mifologiyasından tanrı Adonisin gözəlliyi ilə müqayisə edilir. Onun dərisi “mərmər kimi”dir – çox solğun bəyaz, buz kimi soyuq və günəş şüaları altında parlayan. Onun üz cizgilərinin mükəmməl və geniş olduğu – böyük almacıq sümüklərinə, iti buruna və dolu dodaqlara sahib olduğu bildirirlir. Onun həmişə qarışıq olan saçları insan olduğu zamanları xatırladır. Gözləri gah yaşıl, gah topaz rəng olur. Edvard arıq, lakin əzələli bədənə malikdir.

Vampir xüsusiyyətləri və şəxsi maraqları

Alatoran romanlar seriyasındakı bütün digər vampirlər kimi Edvard da insanüstü güclərə - hissiyat, zehn, cəldlik, sağaltma qabiliyyəti və gecə görmə qabiliyyətinə malikdir. Öz gücü sayəsində o, heyvanları rahat ovlaya, ağacların ən hündür hissəsinə dırmana və hərəkətdə olan avtomobili bir əli ilə saxlaya bilir. Onun bədəni qranitdən daha sərtdir və yerə çırpılarkən qraniti dağıdır. O, qeyri-insani gözəlliyə və cazibədar səs tonuna malikdir. Alatoran romanında qeyd edilir ki, digər vampirlər kimi, Edvardın da nəfəs almağa ehtiyacı yoxdu və o da yata bilmir.

Bütün bunlardan əlavə Edvard başqa vampirlərə xas olmayan bəzi xüsusiyyətlərə də malikdir. O, Kallenlər ailəsinin bütün üzvlərindən daha sürətlidir. Edvard həmçinin telepatiya qabiliyyətinə də malikdir və bir neçə mil aralıdan o, insanların fikirlərini oxuya bilir. Stefani Mayer qeyd edir ki, Bella onun fikrini oxuya bilmədiyi yeganə insandır.

Edvard pianoda mükəmməl ifa edə bilir. O müxtəlif janrlarda olan musiqilərə klassika, caz, proqressiv metal, alternativ rok və pank roka qulaq asır, kantri musiqini isə bəyənmir. Edvardın hobbisi maşın kolleksiyası düzəltməkdir. Onun şəxsi maşın kolleksiyasına a “Volvo S60 R” və an “Aston Martin V12 Vanquish” kimi modellər daxildir. “Tutulma” romanında isə Edvard bacısı elisə “Porsche 911 Turbo” bağışlayır.

Filmlərdə Aktyor seçimi

2008-ci ildə təqdim edilmiş "Alatoran" filmi çəkilərkən Edvard rolunu oynayacaq aktyorun seçilməsi üçün müsabiqə elan edildikdə Mayer qeyd etmişdi ki, Edvard rolu “hər nə qədər mürəkkəbdirsə, onu canlandıracaq aktyorun seçilməsi məsələsi də o qədər mürəkkəb və vacibdir. Bu rolu layiqincə canlandıra biləcək yeganə aktyorun Henri Kavill olduğunu düşünürəm.” 2007-ci ildə film Summit Entertainment tərəfindən ekranlaşdırılmağa başlanılarkən Mayer qeyd edirdi ki, “ən pisi mənim Edvardla bağlı ümidlərimin boşa çıxmasıdır” çünki Kavillin artıq 24 yaşı vardı və o Edvard rolunu canlandırmaq üçün yaşlı idi. Bir müddət sonra, Mayer öz veb saytında xəbər verir ki, oxucuların Edvard rolunu canlandırmaq üçün ən çox təklif etdikləri dörd aktyor Haydn Kristensen, Robert Pattinson, Orlando Blum və Cerard Veydir. 11 dekabr 2007-ci ildə Harri Potter filmlərində canlandırdığı Sedrik Diggori rolu ilə tanınmış gənc aktyor Robert Pattinson Edvard rolunu canlandıracaq. "Summit Entertainment"in istehsal üzrə rəhbəri Erik Feig qeyd edir: “Oxucuların oxyub fikirlərində canlandırdıqları obrazı real həyatda məhz insanların təsvir etdikləri kimi canlandıracaq aktyoru tapmaq həmişə çətindir. Bu, yazıçının yazdığı xüsusiyyətlərə maksimum uyğun gəlməli olan insan deməkdir. Rob Pattinsonun simasında biz Bellamız üçün mükəmməl Edvardı tapdıq.” Mayer qeyd edir ki, “”Summit”in seçimi məni heyran etdi. Çox az aktyor var ki, eyni zamanda həm cazibədar, həm də təhlükəli görünə bilsin və mənim yaratdığım Edvard obrazına uyğun gəlsin. Robert Pattinsonun bu rolu əla canlandıracağına əminəm.”

“Alatoran” filminin rejissoru Ketrin Hardvik qeyd edir ki, “hamı Edvardın ideallaşdırılmış görünüşünün neca canlandırılacağıyla maraqlanırdı.” İlk öncə Pattinsonun şəklini görərkən o, digər aktyor Kristen Stüartla birgə sevgi səhnəsinin necə alınacağını düşünür: “Bu cazibədar səhnə idi. Açıq səma, romantik baxışlar. Bu yaxşı alınmalı idi.” Pattinson qeyd edir ki, “İlk öncə bur olu necə canlandıracağım haqqında heç bir fikrim yox idi və insanlardan bu haqqda məsləhətlər almaq mənə xoş idi. Mən həqiqətən də bu rolu qazanmaq istəyirdim, lakin həqiqətən də kitablardan heç birini oxumamışdım. Mənim bu işə ehtiyacım vardı. Kristenlə birgə iş görmək isə xüsusilə maraqlı idi.” 2008-ci ilin əvvəllərində “Entertainment Weekly”yə müsahibəsində söyləyir ki, “Oxucuların mənim bu obrazı canlandırmağımla bağlı “Xahiş edirik, başqa kimsə” deyə müraciətlərini gördükdə mən bu cür sayt və bloqları oxumağı dayandırdım.” O, “Evening Standard”a müsahibəsində deyir ki, "kitablar oxucularda o qədər böyük təsir buraxmışdır ki, mən indi də qəzəbli oxuculardan bu rolu canlandıra bilməyəcəyim haqqında məktublar alıram. Ümid edirəm onların səhv etdiklərini sübut edəcəm.”

İnkişaf