Samuel fon Pufendorf (; ) — tanınmış alman hüquqşünası, tarixçisi və filosofu.
Həyatı Mədəniyyət nəzəriyyəsi problemləri ilə ciddi şəkildə Qərbi Avropa tədqiqatçıları məşğul olmağa başlamışlar. "Mədəniyyət" ("kulğtura") anlayışını kulturoloji baxımdan, müasir mənada ilk dəfə işlədən tədqiqatçı XVII əsrdə yaşamış alman hüquqşünası Samuel Pufendorf (1632–1694) olmuşdur. O, mədəniyyəti "insan fəaliyyətinin məcmusu" kimi başa düşürdü və qeyd edirdi ki, mədəniyyət ictimai həyatın, insanın varlığı ilə bağlı olan fenomendir. Lakin mədəniyyət insan fəaliyyəti nəticələrinin bəsit məcmusu deyildir. O, özünün hər bir inkişaf mərhələsində konkret-tarixi məzmuna malik olan prosesdir. Təbiidir ki, XVII əsrdə Qərbi Avropada elmin inkişaf səviyyəsi sosioloji tədqiqatlarda ictimai hadisələrə proses kimi (dəyişmədə, inkişafda və dinamikada olan faktlar kimi) yanaşmağa imkan vermirdi.
İstinadlar
Kateqoriya:Almaniya hüquqşünasları Kateqoriya:Almaniya tarixçiləri Kateqoriya:Almaniya filosofları Kateqoriya:Heydelberq Universitetinin müəllimləri Kateqoriya:Lund Universitetinin müəllimləri Kateqoriya:XVII əsr tarixçiləri Kateqoriya:Almaniya lüteranları Kateqoriya:Maarifçilər Kateqoriya:XVII əsr filosofları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri