Seyid Əli Hüseyni Xamenei (; Seyyid Əli Hüseyni Xamenei; ) — İranlı on iki imam şiəsi, mərceyi-təqlid. 1989-cu ildən 2026-cı ilə qədər İranın ikinci Ali Rəhbəri olub. 1981–1989-cu illərdə İran prezidenti idi. Xamenei Yaxın Şərqdə ən uzun müddət xidmətdə olan dövlət başçısı, eyni zamanda ötən əsr Şah Məhəmməd Rza Pəhləvidən sonra ikinci ən çox vəzifədə olan İran lideri olub.

Rəsmi veb-saytındakı məlumatlara görə Xamenei Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə 3 il sürgünə göndərilmədən əvvəl altı dəfə həbs edilmişdi. Şahı devirən İslam inqilabından sonra, 1981-ci ilin iyun ayında sağ qolunu iflic edən sui-qəsdin hədəfinə çevrildi.Khamenei has kept a low profile Agence France Presse, 20 June 2009. Retrieved 24 September 2009. Xamenei 1980-ci illərdə İran-İraq müharibəsi dövründə İranın liderlərindən biri idi və özünün nəzarət etdiyi indiki güclü İnqilab Keşikçiləri ilə sıx əlaqələr qurdu. İnqilab Keşikçiləri ona qarşı olan müxalifəti yatırmaq üçün istifadə edilirdi. Xamenei 1981-ci ildən 1989-cu ilədək İranın üçüncü prezidenti vəzifəsini icra edərkən, ilk Ali Rəhbər Ruhullah Xomeyninin yaxın müttəfiqi oldu. Ruhullah Xomeyninin ölümündən bir müddət əvvəl seçdiyi varislə — Hüseynəli Müntəziri ilə — fikir ayrılığı vardı, buna görə Xomeyni öldükdə varisin kim olacağı barədə razılıq yox idi. Mütəxəssislər Məclisi 4 iyun 1989-cu ildə 49 yaşındaki Xameneini növbəti Ali Rəhbər seçdi. Əkbər Haşimi Rəfsəncaninin dediyinə görə Xamenei ölmədən əvvəl Xomeyninin varisi seçdiyi adam idi. Xamenei 14 aprel 1979-cu ildən bəri "Astan Quds Razavi"nin xidmətçilərinin rəhbəridir.

Ali rəhbər olaraq Xamenei İslam Respublikasında ən güclü siyasi səlahiyyətlidir.Ganji, Akbar, "The Latter-Day Sultan: Power and Politics in Iran", Foreign Affairs, November December 2008 O, İran dövlətinin başçısı, İran silahlı qüvvələrinin baş komandanı olub. Əli Xamenei, həmçinin fərmanlar imzalama və iqtisadiyyat, ətraf mühit, xarici siyasət, təhsil, milli layihələşdirmə kimi bir çox sahələrdə hökumətin əsas siyasətlərinə dair son qərarı vermə səlahiyyətinə sahibdir. Kərim Səcədpurun sözlərinə görə Xamenei hökumətin icraedici, qanunverici və məhkəmə qollarına, həmçinin hərbə və mediaya birbaşa və ya dolayı nəzarət edir. Mütəxəssislər Məclisinə, Prezidentliyə və Məclisə (Parlament) bütün namizədlər, üzvlərinin İranın Ali Rəhbəri tərəfindən birbaşa və ya dolayı yolla seçilən Qəyyumlar Şurası tərəfindən yoxlanılır. Xamenei tərəfindən əmr edildikdən sonra Qəyyumlar Şurasının müəyyən insanlara qoyulan qadağanı ləğv etdiyi hallar da olmuşdur.

Xameneinin hakimiyyəti dövründə 1994-cü il Qəzvin etirazları, 1999-cu il iranlı tələbə etirazları, 2009-cu il İranda prezident seçkiləri etirazları, 2011–12-ci il İran etirazları, 2017–18-ci il İran etirazları və 2018–2019-cu il İran etirazları kimi bir sıra böyük etirazlar olmuşdu. İranda jurnalistlər, blogerlər və digər şəxslər Ali Rəhbər Xamenei və eyni zamanda dini təhqir etmək ittihamları ilə mühakimə olunub, həbslə, döyülmə ilə cəzalandırılırlar, onlardan bəziləri həbsdə vəfat etmişdi. İranın nüvə proqramı ilə əlaqəli olaraq, Xamenei 2003-cü ildə hər cür kütləvi qırğın silahının istehsalını, yığılmasını və istifadəsini qadağan edən fətva verdi.

Həyatı left|thumb|Xamaneinin cavanlığı Seyyid Əli Hüseyni Xamenei 19 aprel 1939-cu ildə Məşhəddə, İraqın Nəcəf şəhərində doğulmuş alim və müctəhid Cavad Xamenei ilə onun ikinci həyat yoldaşı Xədicə Mirdamədinin (Haşım Mirdamədinin qızı) ailəsində anadan olub. O, səkkiz uşağın altıncısı, anasının isə üçüncü övladı idi. Qardaşlarından ikisi də din xadimidir; kiçik qardaşı Hadi Xamenei qəzet redaktoru və din xadimidir. Böyük bacısı Fatimə Hüseyni Xamenei 2015-ci ildə 89 yaşında vəfat edib. Atası Xamənədən olan etnik Azərbaycan türkü, anası isə Yəzd şəhərindən olan etnik fars idi.Eternal Iran, in 1721; Patrick Clawson, 2005, , p. 5.Robin Wright, The Last Great Revolution – Turmoil and Transformation in Iran, Alfred A. Knopf, 2000

Əli Xameneinin əcdadı, Şiə İslamının dördüncü imamı Əli əs-Səccadın nəvəsi olan və "Sultan Seyyid" kimi tanınan Sultanül-Üləma Əhmədə qədər gedib çıxdığı iddia edilən Əftəsi seyyidlərinin nəslindən olan Seyyid Hüseyn Təfrişi idi. Onun bəzi əcdadları indiki Mərkəzi ostanının (vilayətinin) Təfriş bölgəsindən olub və öz doğma yurdları Təfrişdən Təbriz yaxınlığındakı Xamənəyə köçüblər.

Xameneinin təhsili dörd yaşında, məktəbdə Quranı öyrənməklə başlayıb; o, dini elmlərin ibtidai və yetkinlik (ayətullahlıq) səviyyələrini Məşhəd hövzəsində (dini elmlər akademiyasında), Şeyx Haşım Qəzvini və Ayətullah Milani kimi müəllimlərin rəhbərliyi altında başa vurub.

Məşhəddə Xamenei həm dünyəvi ziyalılarla, həm də İslam sosializmini müdafiə edən və Karl Marks, Çe Gevara, Tito və Əli Şəriəti kimi şəxsiyyətlərdən təsirlənən siyasi təşkilat — "Allaha Pərəstiş Edən Sosialistlər Hərəkatı" ilə tez-tez ünsiyyətdə olurdu; Xamenei onların seminarlarında və vəzlərində iştirak edirdi ki, bu da Abbas Milaninin fikrincə, onun sonrakı Üçüncü Dünyaçılıq (Tranti-mondizm) baxışlarına təsir göstərmişdir. 1957-ci ildə o, Nəcəfə getdi, lakin atasının onun orada qalmasına razı olmaması səbəbindən tezliklə Məşhəddə geri döndü. 1958-ci ildə o, Qum şəhərində məskunlaşdı və burada Hüseyn Burucirdi ilə Ruhullah Xomeyninin dərslərində iştirak etdi. O dövrün bir çox digər siyasi cəhətdən fəal din xadimləri kimi, Xamenei də dini elmlərdən daha çox siyasətlə məşğul olurdu.

Xamenei sonralar öz tərcümeyi-hal xarakterli xatirələrində uşaqlığını dindar bir ailədə böyüdüyünü qeyd edərək təsvir edirdi. O bildirirdi ki, anası din xadimi ailəsindən gəlib və dini təhsil onun uşaqlıq illərini formalaşdırıb. Xamenei dərslərində fərqləndiyini, məktəbdə Quran oxuduğunu, hədislərə və peyğəmbərlərin həyat hekayələrinə erkən yaşlarından maraq göstərdiyini xatırlayırdı. O, anasının Quran ayələrini, xüsusən də peyğəmbərlərin həyatına dair olanları oxuduğu ailə məclislərini təsvir edirdi. Xamenei dini elmlərdən başqa, riyaziyyat, coğrafiya və xüsusilə tarix də daxil olmaqla, geniş intellektual maraqlarının olduğunu vurğulayırdı.

Xamenei yeniyetmə yaşlarında ədəbiyyat, poeziya və romanları geniş şəkildə oxuyur, fars poeziyasının əsas əsərləri ilə tanış olur və gənc yaşlarından özü də şeir yazmağa başlayır. Güclü yaddaşa və ədəbi tənqid qabiliyyətinə malik olduğunu qeyd edən Xamenei, yeniyetməlik dövründə oxuduğu mətnləri xatırlaya bildiyini və poeziya ilə bağlı tənqidlərinin tez-tez şairlər və auditoriya tərəfindən təsdiqləndiyini bildirirdi. O, Pəhləvi dövründə namazını vaxtında qılmaq üçün bir dəfə hərəkətdə olan qatardan tullandığını xatırlayırdı. Uşaqlıq illərini yoxsulluqla xarakterizə edən Xamenei, ailəsinin Məşhədin kasıb bir məhəlləsində yaşadığını, anasının atasının köhnə paltarlarından geyimlər tikdiyini və bəzən kifayət qədər qidalarının olmadığını, qohumlarının verdiyi az miqdarda pulla alınan bir az kişmiş və ya südlə dolandıqlarını qeyd edirdi.

Ölümü 28 fevral 2026-cı il ABŞ və İsrailin İrana hərbi müdaxiləsi nəticəsində öldürülüb. İran Dövlət Televiziyası bunu təsdiqləyib.

Həmçinin bax Şiə alimlərinin siyahısı

İstinadlar

Xarici keçidlər

İran Ali Rəhbərliyinin rəsmi saytı

Əli Xamenei — YouTube kanalı

Kateqoriya:İran siyasətçiləri Kateqoriya:İran prezidentləri Kateqoriya:İran ayətullahları Kateqoriya:İran azərbaycanlısı ayətullahlar Kateqoriya:İran azərbaycanlısı siyasətçilər Kateqoriya:Holokostun inkarçıları Kateqoriya:İran–İraq müharibəsi iştirakçıları Kateqoriya:İran inqilabçıları Kateqoriya:Həmas–İsrail müharibəsi (2023) iştirakçıları Kateqoriya:Hava hücumları nəticəsində ölənlər Kateqoriya:XX əsr İran yazıçıları Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XXI əsr şiələri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Antisionizm Kateqoriya:Həmas–İsrail müharibəsi (2023) iştirakçıları Kateqoriya:Holokostun inkarçıları Kateqoriya:Hüseynilər Kateqoriya:XX əsr hərbçiləri Kateqoriya:XX əsr İran yazıçıları Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:XXI əsr hərbçiləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XXI əsr şiələri Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:İran ayətullahları Kateqoriya:İran azərbaycanlısı ayətullahlar Kateqoriya:İran azərbaycanlısı siyasətçilər Kateqoriya:İran inqilabçıları Kateqoriya:İran İslam İnqilabı Kateqoriya:İran prezidentləri Kateqoriya:İran şairləri Kateqoriya:İran tərcüməçiləri Kateqoriya:İran–İraq müharibəsi iştirakçıları Kateqoriya:İranın əlil şəxsləri Kateqoriya:İranın kişi siyasətçiləri Kateqoriya:İslam İnqilabı Keşikçiləri korpusunun zabitləri Kateqoriya:İslamistlər Kateqoriya:Müsəlman din adamları Kateqoriya:Öldürülmüş prezidentlər Kateqoriya:Soyqırım törədənlər Kateqoriya:Suriyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:İran müharibəsində (2026) ölənlər Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:XX əsr İran yazıçıları Kateqoriya:XXI əsr şiələri Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Müsəlman dini liderlər Kateqoriya:XX əsr şiələri Kateqoriya:XXI əsr İran siyasətçiləri Kateqoriya:XX əsr İran siyasətçiləri