2015 Avropa Oyunları180px|thumbMəlumatŞəhərBakı, AzərbaycanAçılış mərasimi12 iyunBağlanış mərasimi28 iyunİdman qurğularının sayı12İdman növlərinin sayı30Ölkə sayı50İdmançı sayı10 000Medal cədvəliÖlkəlink=|30x30pxlink=|30x30pxlink=|30x30pxCəmiRusiya Federasiyası 794045164Azərbaycan 21152056Böyük Britaniya 18101947Almaniya 16173366Fransa 12131843
2015 Avropa Oyunları — 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən idman yarışı. 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda 50 Avropa ölkəsindən 6000-dən çox idmançı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb.
Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Avropa Oyunlarının məşəlini isə Bakı Olimpiya Stadionuna 2 qat Paralimpiya Çempionu, Qarabağ qazisi cüdoçu İlham Zəkiyev gətirib.
Yarışlarda 50 ölkənin 6000-dən çox idmançısı 30 idman növündə mübarizə aparıb. 17 gün davam edən yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda yekunlaşıb. Yarışlarda qeyri-rəsmi medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutub. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb. Üçüncü sıra isə Böyük Britaniya idmançılarına nəsib olub. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazandı və I Avropa Oyunlarını 47 medalla başa vurublar.
2015 Avropa Oyunlarının rəsmi büdcəsi 1.12 milyard Amerika Birləşmiş Ştatları dolları təşkil edib.Birinci Avropa Oyunlarının büdcəsi açıqlandıAvropa Oyunları 1 milyard dollara başa gəldi – RƏSMİ Satışa 600 000 bilet çıxarılıb. Avropa Oyunlarının təşkili üçün 15 000 könüllü səfərbər olub.Bakıda könüllülərin yürüşü başladı (VİDEO, FOTO)
Ev sahibi şəhərin seçimi Bakı, 8 dekabr 2012-ci ildə İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında birinci Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb. Avropa Oyunlarının bu tarixdən etibarən dörd ildən bir keçirilməsi qərara alınıb və növbəti yarışlar, 2019-cu ildə Belarusun Minsk şəhərində, 2023-cü ildə isə Polşanın Krakov şəhərində təşkil olunub.
Qərar gizli səsvermə nəticəsində qəbul edilib, 48 səsdən 38-i tədbirin yeganə iddiaçısının lehinə olub. Səkkiz səs əleyhinə digər ikisi isə bitərəf qalıb. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblər.
Təşkilat məsələləri
Təşkilat Komitəsi 2015 Avropa Oyunlarının təşkili üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 yanvar 2013-cü ildə imzaladığı Sərəncamla təşkilat komitəsi yaradılmışdır. Qərara əsasən təşkilat komitəsinin sədri UNESCO və İSESCO-nun xoş məramlı səfiri, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva təyin edilmişdir.
Təşkilat komitəsi
Maliyyə məsələləri
İnfrastruktur
Nəqliyyat
İdman qurğuları Sıraİdman qurğusuTutumuİdman növü1Bakı Olimpiya Stadionu68 000Yüngül atletika2Milli Gimnastika Arenası10 000Aerobika gimnastikası Akrobatika gimnastikası Batut gimnastikası Bədii gimnastika İdman gimnastikası3Heydər Əliyev Arenası7 682Cüdo Güləş Sambo4Bakı Su İdmanı Mərkəzi6 000Sinxron üzgüçülük Suya tullanma Üzgüçülük5Bakı Kristal Zalı4 000Voleybol2 600Boks1 500Karate Taekvondo1 000Qılıncoynatma6Bakı İdman Sarayı1 736Badminton Stolüstü tennis7Bakı Atıcılıq Mərkəzi1 200Atıcılıq8Tofiq Bəhramov adına Respublika StadionuKamandan oxatama
Bakı Olimpiya Stadionu Bakı Olimpiya Stadionunun inşasına 2011-ci ilin 6 iyun tarixində başlanılıb. Stadionun təməl qoyma mərasimdə Prezident İlham Əliyev, FİFA Prezidenti Yozef Blatter və UEFA Prezidenti Mişel Platini iştirak etmişdilər. 18 mart 2015-ci ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Olimpiya Stadionunun açılış mərasimində iştirak etmişdilər. Gənclər və İdman Naziri Azad Rəhimov görülən işlərlə bağlı İlham Əliyevə məlumat vermişdir. Qeyd edildi ki, təxminən 50 hektar ərazidə tikilən stadionun hündürlüyü 62 metrdir və 6 mərtəbədən ibarətdir. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. 68 000 tamaşaçı tutumlu stadiona Olimpiya normativlərinə əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 100 yerlik avtomobil parkı inşa edilib.
Milli Gimnastika Arenası Milli Gimnastika Arenasının açılış mərasimi 16 aprel 2014-cü ilə təsadüf edir. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Gimnastika Arenasına təşrif buyurmuşdular və görülən işlər ilə yaxından tanış olmuşdurlar. Gənclər və İdman naziri Azad Rəhimov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat vermişdir. Kompleksin fasadı xüsusi formada işlənmişdir. Burada maraqlı illüminasiya elementləri təqdim edən ekranlar quraşdırılmışdır. Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının da keçirilməsi üçün uyğunlaşdırılmasıdır.
Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 000-dən 10 000-ə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda hotel də yaradılmışdır.
Heydər Əliyev Arenası 26 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezident İlham Əliyev və 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olublar.
Gənclər və İdman naziri Azad Rəhimov Prezident İlham Əliyevə burada görülən işlər barədə məlumat vermişdir.
Layihəyə əsasən binanın daxili kommunikasiya sistemlərinin yenidən qurulması, havalandırma sisteminin təmiri, yumşaq dam örtüyünün izolyasiyasının, həmçinin yer döşəməsinin daha keyfiyyətli örtüklərlə əvəzlənməsi, qapı, pəncərə və vitrajların yenilənməsi, zalların döşəmələrinə idman təyinatlı xüsusi örtüklərin dəyişdirilməsinə başlanılmışdır. Kompleksdə müasir yarış zalları, suvenir satışı mağazası, mətbuat işçiləri üçün xüsusi sahələr, VİP otaqlar, teleyayım mərkəzi, kafe-barlar və digər lazımi otaqlar yaradılmışdır.
Məşq zalı ən müasir səviyyədə qurulmuşdur. Burada saunalar, masaj, püşkatma, dopinq-yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar olacaqdır.
Ümumi sahəsi 55 000 kvadratmetrə yaxın olan binada tamaşaçı yeri təmirdən əvvəl 7587 idisə, təmirdən sonra bu rəqəm 7682 olub. Burada, eyni zamanda, 142 VİP oturacaq quraşdırılmışdır.
Bakı Su idmanı Mərkəzi
Bakı Kristal Zalı 8 iyun 2015-ci ildə Azərbaycan Respublikasının Prezident İlham Əliyev, 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyeva Avropa Oyunları zamanı idmanın bir neçə növü üzrə yarışların keçiriləcəyi Bakı Kristal Zalında yaradılan şəraitlə tanış olublar.
Gənclər və İdman naziri Azad Rəhimov Prezident İlham Əliyevə burada görülən işlər barədə məlumat vermişdir. Bakı Kristal Zalında Avropa Oyunları zamanı idmanın voleybol, boks, qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışlar keçiriləcək. Bakı Kristal Zalında voleybol meydançası yüksək səviyyədə yaradılıb. 4 000 tamaşaçı yerlik bu meydança beynəlxalq tələblərə cavab verən ən müasir texniki avadanlıqla təchiz edilib. Meydançada Oyunlar zamanı həm kişi, həm də qadın idmançılar mübarizə aparacaqlar. Ümumilikdə, I Avropa Oyunlarında Azərbaycan ilə yanaşı, Belçika, Bolqarıstan, Finlandiya, Almaniya, Fransa, İtaliya, Polşa, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Xorvatiya, Rumıniya, Hollandiya komandaları iştirak edəcəklər.
Bakı Kristal Zalında boks meydançasında yaradılan şərait də I Avropa Oyunları zamanı idmanın bu növü üzrə də yarışların ən yüksək səviyyədə baş tutmasına geniş imkan yaradır. Burada 2 600 tamaşaçı yerlik tribuna qurulub. Zalın yaradılması zamanı beynəlxalq idman qurumları, o cümlədən 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin tələbləri yüksək səviyyədə yerinə yetirilib. Burada həm idmançıların, həm məşqçilərin, həm də tamaşaçıların rahatlığı üçün mühüm işlər görülüb. I Avropa Oyunlarında boks üzrə kişilər 10 çəki dərəcəsində, qadınlar isə 5 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.
Voleybol və boks meydançalarının Bakı Kristal Zalının əsas hissəsində yerləşməsi səbəbindən onların arasında xüsusi akustik divar qurulub. Bu isə öz növbəsində yarışlar zamanı idmançılar, məşqçilər və tamaşaçıların rahatlığını təmin etməyə və bir-birinə mane olmamağa imkan verir. Bu cür akustik divarın qurulması beynəlxalq idman federasiyalarının tələblərinə daxildir.
Zalda yaradılan media mərkəzi də ən müasir səviyyədədir. Burada media nümayəndələrinin normal işləməsi üçün bütün şərait yaradılıb. Bakı Kristal Zalında "Eurovision" mahnı müsabiqəsi zamanı şərhçilər üçün nəzərdə tutulan otaqlar genişləndirilərək Avropa Oyunları Ailəsi üçün xüsusi istirahət zonalarına çevrilib. Bina yanğın əleyhinə, həmçinin mərkəzləşdirilmiş havalandırma sistemləri ilə təchiz olunub. Görülən işlər zamanı binanın intellektual idarəetmə sistemi də tamamilə yenilənib. Bakı Kristal Zalında ilə qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışların olacağı zalı birləşdirmək üçün burada funksional keçid zonası inşa olunub. İkimərtəbəli və 4 500 kvadratmetr sahəsi olan bu zonada protokol, Avropa Oyunları Ailəsi, federasiyaların nümayəndə heyətlərinin üzvləri üçün otaqlar və istirahət zonaları yaradılıb. Dopinq yoxlama, tibbi xidmət, idmançıların soyunub-geyinmə, yarışlara hazırlıq və digər xidməti otaqlar da funksional keçiddə yerləşir.
Bakı İdman Sarayı
Bakı Atıcılıq Mərkəzi
Təqdimat mərasimləri Təqvim SıraÖlkəŞəhərTarixİl1 FransaKann9 iyul20142 YunanıstanAfina28 sentyabr3 AlmaniyaBerlin13 oktyabr4 Türkiyəİstanbul18 noyabr5 FransaParis26 noyabr6 İsveçrəDavos22 yanvar20157 RumıniyaBuxarest12 fevral8 MacarıstanBudapeşt21 fevral9 İtaliyaRoma4 mart10 RusiyaMoskva10 aprel11 BelçikaBrüssel14 aprel12 Böyük BritaniyaLondon27 aprel
Baku Prepares
Könüllülər
Medallar və məşəl
Mükafatlandırılma mərasimi
Məşəl estafeti
Məşəl estafeti (Bakı) 7 iyun tarixində 2015 Avropa Oyunlarının məşəli uzun sürən səyahətdən sonra Bakıya qayıtdı. Məşəl 7 iyunda Ağ şəhər Bulvarından Bakıya gətirildi və Dövlət Bayrağı Meydanına qədər aparıldı. Ertəsi günü isə 8 iyunda məşəl 2015 Avropa Oyunlarının keçiriləcəyi idman qurğularına aparıldı. Bunlar Heydər Əliyev Arenası, Milli Gimnastika Arenası, Bakı Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Tofiq Bəhramov adına Respublika Stadionu, Avropa Oyunları Parkı, BMX Veloparkı və Dağ Velosiped Veloparkıdır.
9 iyun tarixində məşəl bir çox tarixi önəmli binalara aparılaraq UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən qədim İçərişəhərə səyahət etdi. Məşəl UNESCO-nun Azərbaycan arxitekturasının mirvarilərindən biri kimi adlandırdığı məşhur Şirvanşahlar Sarayında da oldu.
Məşəlin növbəti səfəri çərşənbə günü iyunun 10-da Bakının mədəniyyət və memarlıq obyektlərinə — Nizami küçəsinə, Fəvvarələr meydanına, Mərkəzi Parka (Qış Parkı), Filarmoniya Parkına və nəhayət, Funikulyorun yuxarı hissəsində yerləşən Dağüstü Parka edildi.