V Olaf () və ya Aleksandr Eduard Kristian Frederik (; ) — Norveç kralı.
Həyatı 2 iyul 1903-cü ildə Norfolkdakı Sandrinqem mülkündə dünyaya gəldi. Atası Danimarka kralı IX Kristianın nəvəsi şahzadə Karl, anası isə Britaniya kralı VII Eduardın qızı şahzadə Mauddur. 11 avqustda vəftiz edildi və ata-babası vəliəhd-şahzadə Frederik, ata-nənəsi şahzadə Luiza, ulu babası IX Kristian, dayısı vəliəhd-şahzadə Georq, xalası şahzadə Viktoriya onun vəftiz valideynləri oldu.
Doğulduğu əsnada ulu babası IX Kristian hələ də taxtda idi və atasının taxta çıxma ehtimalı olduqca az idi. Ancaq 1905-ci ildə müstəqilliyini qazanan Norveç krallığının taxt-tacına dəvət edildi və beləcə, öz adını VII Haakon olaraq dəyişərək Norveç kralı oldu. O əsnada 2 yaşı olan Aleksandrın da adı Olaf olaraq dəyişdirildi. Orta əsrlər dövründən bəri Norveçdə böyüyüb boya-başa çatdırılan ilk vəliəhd şahzadə kimi, əsl Norveç ənənələrinə uyğun şəkildə böyüdüldü. İngiltərədəki vəftizindən illər sonra 1 dekabr 1918-ci ildə Norveç Evangelist kilsəsi tərəfindən yenidən vəftiz olundu.
Atasının donanma keçmişinə baxmayaraq, əsas hərbi təlim-tərbiyəsini quru qoşunlarında aldı. 1924-cü ildə Norveç Hərbi Akademiyasından məzun oldu. Ardından Oksforddakı Balliol kollecində 2 illik hüquq və iqtisadiyyat təhsili aldı. 1931-ci ildə kapitan, 1936-cı ildə isə polkovnik rütbəsi aldı.
Digər yandan dəniz idmanlarıyla məşğul olurdu və 1928 Amsterdam Yay Olimpiya oyunlarında iştirak edərək qızıl medal qazandı.
21 mart 1929-cu ildə Osloda İsveç kralı II Oskarın nəvəsi Marta ilə evləndi. Üstəlik seçilən gəlin namizədi onun bibisi qızı və özü kimi Danimarka kralı VIII Frederikin nəvəsi idi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu. İkinci Dünya müharibəsi illərində xanımı və övladları ABŞ prezidenti Franklin Ruzveltin dəvətiylə Vaşinqtonda yaşadılar. Ancaq taxta çıxmadan öncə xanımı vəfat etdi və şahzadə Olaf bir daha evlənmədi.
Hərbi sahədə mükəmməl təhsil almışdı və ordunun bir çox hərbi əməliyyatında iştirak etmişdi. Bu səbəblə, hələ İkinci Dünya müharibəsi başlamazdan öncə donanma admiralı və quru qoşunlarında general rütbələri almışdı. Norveçin işğalının ardından atası VII Haakonla birlikdə nasistlərə qarşı mübarizədə iştirak etdi. Müharibə illərində sürgündəki Norveç hökumətinə dəstək verdi və hərbi birlikləri tez-tez ziyarət etdi. Müharibənin ardından 5 nazir lə birlikdə 13 mayda azad edilmiş Norveçə qayıtdı. Ardından ölkədə qalan nasist birliklərin silahsızlaşdırılmasına nəzarət etdi.
Atası VII Haakonun qəza nəticəsində sağlamlığının pozulması səbəbilə, 1955-ci ildə naib seçildi. Atasını bir çox dövlət tədbirində təmsil etdi. Atasının vəfatının ardından 21 sentyabr 1957-ci ildə Norveç kralı oldu. Kraliça-konsortu olmamasına baxmayaraq, xalq tərəfindən çox sevildi və səltənəti boyunca xalqa yaxın qaldı. Atasının yolundan gedərək monarx kimi aktiv siyasətdən uzaq qaldı və yalnız monarxiyanın təmsilçisi kimi tədbirlərdə iştirak etdi.
1990-cı ilin yayında səhhəti pisləşdi. Oğlu vəliəhd-şahzadə Haraldı naib seçdi və dövlət işlərindən uzaqlaşdı. 17 yanvar 1991-ci ildə Osloda ürək çatışmazlığı səbəbilə vəfat etdi. 30 yanvarda baş tutan cənazə mərasiminin ardından dəfn edildi.
Şəcərəsi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriŞahzadə Raqnild9 iyun 193016 sentyabr 2012 (82 yaşında)Erlinq Lorensen (15 may 1953)Haakon Lorensenİngeborq LorensenRaqnild LorensenŞahzadə Astrid12 fevral 193211 sentyabr 2026 (94 yaşında)İohan Ferner (12 yanvar 1961)Yekaterina FernerBenedikt FernerAleksandr FernerYelizaveta FernerKarl-Kristian FernerV Harald21 fevral 193728 avqust 2026 (89 yaşında)Sonya Haraldsen (29 avqust 1968)Marta LuizaVIII Haakon
Qalereya
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:1928 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:XX əsr monarxları Kateqoriya:Norveç kralları Kateqoriya:Norveç şahzadələri Kateqoriya:Norveç şəxsləri Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Qüdrətli Hamam ordeni laureatları