Novruzov Vaqif Yusif oğlu () — Azərbaycanın daxili işlər naziri (1993–1994).
Həyatı Vaqif Novruzov 1984-cü ildən polkovnik rütbəsi alıb. 1991-ci ilə qədər Daxili İşlər Nazirliyində 6-cı İdarənin rəisi olub. 1991-ci il fevral ayının 4-də SSRİ prezidenti Qorbaçov fərmanı ilə bütün respublikaların 6-cı idarələri keçirildi. SSRİ-nin 6-cı Baş İdarəsinin tərkibinə və məhz o vaxt Vaqif Novruzov SSRİ Daxili İşlər Nazirliyinin kollegiyasında 6-cı Baş İdarənin idarə rəisi təsdiq edilmişdir.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsini imzalayan deputatlarından biridir.
SSRİ-nin saxlanması ilə bağlı Azərbaycan Ali Sovetində referendum keçirilməsi məsələsi səsə qoyularkən həmin vəzifədə olan Vaqif Novruzov əleyhinə səs vermişdir.
12 sentybar 2026-cı ildə 86 yaşında vəfat edib.
Fəaliyyəti Novruzov Vaqif Yusif oğlu 3 iyul 1993-cü ildə Azərbaycanın daxili işlər naziri təyin edilmişdir. V. Novruzov 1994-cü ilin aprelin 29-da vəzifəsini təhvil verib.
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikasının daxili işlər nazirləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları