Səid ibn Amir ibn Hizyəm əl-Cüməhi əl-Qureyşi (; ) — Məhəmmədin səhabələrindən biri, hərbi lider.
Həyatı O, Qureyş qəbiləsinin Bəni Cüməh qoluna mənsubdur. 601 və ya 602-ci ildə Məkkədə anadan olub. Hübeyb ibn Ədi və yoldaşlarının edam olunması şahid olub və bu hadisə ona böyük təsir edib. Hübeyb ibn Ədinin ölümündən sonra İslamı araşdırmağa başlayıb. Xeybər döyüşündən bir qədər əvvəl İslamı qəbul edib və bundan sonra bütün döyüşlərdə iştirak edib.
Ərəb fəthləri vaxtı Yezid ibn Əbu Süfyanın kömək istəməsindən sonra Əbu Bəkr tərəfindən Suriya-Fələstin cəbhəsinə göndərilib.
634-cü ildə Əcnədeyn döyüşündə Raşidi xilafəti qüvvələrinin sol cinahına başçılıq edib.
Yenə Yərmük döyüşündən əvvəl Bizans qüvvələrinə qarşı Əbu Ubeydə ibn Cərrahın kömək istəməsindən sonra Ömər tərəfindən Əbu Ubeydəyə köməyə göndərilib.
Özünü ibadətə həsr etmək istəsə də Ömər tərəfindən hərbi və inzibati işlərə cəlb edilib. 640-cı ildə Qeysəriyə şəhərinin ələ keçirilməsinə Muaviyə ilə birlikdə başçılıq edib və bir müddət Hüms valisi işləyib.
Səid ibn Amir əl-Cüməhi, 641-ci ildə Hümsdə də vəfat edib.
Hədis elmindəki yeri O, İbn Həzmə görə bir, İbn Əsakirə görə isə iki hədis rəvayət etmişdir.
İstinadlar
Kateqoriya:Səhabələr Kateqoriya:Əhli-süffə