Loğman Seyfulla oğlu Kərimov () — aktyor, teatr rejissoru,Şuşa teatrından mövsümün son tamaşası: [Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsəri rejissor Loğman Kərimovun quruluşunda] //Mədəniyyət.- 2015.- 8 iyul.- S.4. ssenari müəllifi.

Həyatı Loğman Kərimov 11 yanvar 1959-cu il Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışan L. Kərimov 30-a yaxın maraqlı surətlər yaratmışdır. Onun "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qəzəlxan" filmində yaratdığı Əliağa Vahid obrazı geniş tamaşaçı kütləsi tərəfindən yüksək qiymətləndirilmişdir. Loğman Kərimov 1998-ci ildən doğma teatrda rejissor kimi fəaliyyətə başlamış və bu müddət ərzində Elçinin "Mahmud və Məryəm" (bu tamaşa 1999-cu ilin ən uğurlu tamaşası elan edilmişdir), "Ölüm hökmü", S. S. Axundovun "Qaraca qız", Ə. Dəmirçizadənin "Dədəm Qorqud", A. Babayevin "Olmuş əhvalat", M. Marinyenin "Lotereya" əsərlərinə uğurlu səhnə həlli vermişdir. L. Kərimov teatrın rus bölməsində "Əlibaba və 40 quldur", "Al çiçək", "Göyçək Fatma" tamaşalarını hazırlamışdır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru vəzifəsində çalışıb. Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru vəzifəsində çalışır.

L. Kərimov 2006-cı ildə əməkdar artist fəxri adına, 2002-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır.

Ailəsi Atası Məhərrəm Danayi Azərbaycan Milli Hökuməti dövründə Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə Əhərdən nümayəndə seçilib. AMH süqut etdikdən sonra Azərbaycana köçüb. Təqib olunmamaq üçün özünə Seyfulla Kərimov adını götürüb.

Xalq artisti Valeh Kərimovun qardaşıdır.

Filmoqrafiya Barıt (film, 1984) Ağ atlar üçün vals (tammetrajlı televiziya tamaşası) (AzTV) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — rol: fabrikin mühafizəçisi Araqarışdıran (film, 1987) Aşkarsızlıq şəraitində... (film, 1986) At ilinin birinci ayı (film, 1993) İstanbul reysi (film, 2010) Köpək (film, 1994) Qəzəlxan (film, 1991) Lətifə (film, 1989) Mürafiə vəkillərinin hekayəti (film, 2011) Nəfəs (2007) Sahilsiz gecə (film, 1989) Sübhün səfiri (film, 2012) Yük (film, 1995) Anamın kitabı (serial, 2020) 8 (teleserial, 2026) İşıq (film, 2026)

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:Ssenaristlər Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları