+Dövlət Muxtar ərazi Daxili Monqolustan (Çin) 25px|frameless Buryatiya (Rusiya) 25px|frameless Kalmıkiya (Rusiya)Xaqanlığa namizəd 25px|frameless Jebtsundamba-xutuxta XYaşadığı ərazilər Çin: Haixi, Henan, Bayinqolin, Bortala, Hoboksar, Fusin, Harqin Zuoyi, Dorbod, Qian Qorlos, Subey, Veyçan Rusiya: Agin-Buryat, Ust-Orda BuryatMonqol dilinin statusu Çin (Rəsmi status)Monqolların etnik qruplarıBarqutlar, Bayatlar, Buryatlar, Dahurlar, Dunsyanlar, Xalxalar, Monqorlar, Tumatlar, TurqutlarDigər böyük topluluq və ya diaspora ölkələri Cənubi Koreya, ABŞ, Qırğızıstan Monqolustan mədəniyyəti köçəri monqolların təsiri ilə yaranmışdır.
Ümumi məlumat Monqolustan, əsasən dağlıq ölkə olub, ən böyük silsilələri -Monqol Altayı (4362 m), Qobi Altayı (3957 m), Xanqayı (3539 m) əhatə edir. Onun mərkəzi hissəsində Xentey yaylası yerləşir. Müasir Monqolustan ərazisi geoloji cəhətdən Ural-Monqolustan qırışıqlı geosinklinal qurşağının bir hissəsini təşkil edən Mərkəzi Asiya sisteminə daxildir.
Mədəniyyət tarixi Monqolustanın tarixinə nəzər saldıqda Aşağı Paleolit dövründən məskunlaşdığı məlum olur. Yuxarı Paleolit dövründə Monqolustanın qədim əhalisi arasında matriarxal-qəbilə quruluşu mövcud idi. Neolit dövründə əhalinin əsas məşğuliyyətinin ovçuluq və balıqçılıq olduğu sübut edilir. Neolitdən Eneolitə keçiddə isə ölkənin cənub və şimal rayonlarında əkinçiliyə keçid başlandı. Tunc dövrünün sonu – Dəmir dövrünün əvvəlində (e.ə. I minillik) monqol tayfaları köçəri maldarlığa keçərək patriarxal-qəbilə quruluşunu formalaşdırır. Tarixin axarında ölkənin ictimai-siyasi aləmində dəyişikliklər təzahür olunur: belə ki, e.ə. IV–III əsrlərdə xüsusi mülkiyyət yaranır, mübadilə başlanır, feodalizm münasibətləri formalaşır.
Aparılan tədqiqatlardan Monqolustanın qədim sənətkarlığından canlı sübutlar əldə edilir ki, bu da ölkənin keçmiş mədəniyyəti haqqında təəssüratın formalaşmasına səbəb olur. Xüsusilə, paleolit mərhələsinin tapılmış abidələri bu cəhətdən maraq doğurur.
Monqol ölkəsinin bu tarixi mərhələsinin ilk tədqiqatçısı olan N. K. Nelson 180 düşərgə, F. Berqman isə Qobidə 327 abidə aşkar etməklə, ölkənin daş dövrünü əhatə edən mədəniyyət haqqında müəyyən bilik toplamışlar. Aşkara çıxarılmış düşərgələrdə insan cəsədlərinin nümunələri, heyvan skeletləri, silah, məişət, zinət əşyalarının nümunə və hissələri Monqolustanın qədim mədəniyyətinin özünəxas səciyyə kəsb etdirdiyini sübut edir. Belə düşərgələrdən Ulan-Bator yaxınlığındakı Zaysan-tolço, Moyltın-am, Kobdo çayı ətrafındakı Bayan-nur və onlarla başqalarını nümunə göstərmək olar.
Paleolit dövrünün insanları iqlim və coğrafi şəraitdən çox asılı olduqlarına görə, bu amillər onların sənətkarlığında da güclü şəkildə hiss olunur. Tapılan düşərgələrin divar təsvirlərindəki rəsmlər yuxarı paleolitin zəngin flora və faunasını sübuta yetirir. Təsvirlərdəki mamont, tülkü, kərgədan, mağara şiri, bizonlar, maral, at, ceyran, balıq və quşlar o dövrün təbiəti haqqında dəyərli məlumatlar verir. Bu fauna təsvirləri Hoyt-Tsenheriynaquydakı mağarada da əks olunmuşdur. Təsvirlər qırmızımtıl, sarı-qəhvəyi, tünd qəhvəyi rəng çalarında ifadə olunmuşdu. Bu rəsmlərin öyrənilməsinə rus-monqol ekspedisiyasının 1966-cı ildəki tədqiqatları zamanı nail olunmuşdur. Tədqiqatçıların başlıca məqsədi bu unikal abidəlrin tarixi və dünya incəsənət xəzinəsindəki yerini müəyyənləşdirmək idi. Ekspedisiyanın rəhbəri A. P. Okladnikov və onun ardıcılları abidənin yuxarı paleolitə aid olduğunu iddia etdilər. Haqqında söhbət gedən Hoyt-Tsenheriyn-aquy mağarası Ulan-Batorun qərbinə doğru 1200 km məsafədə yerləşir. Mağaranın adı yaxınlıqda axan çayın – Hoyt-Tsenher (şimal mavisi) adından götürülmüşdür. Rəsmlər mağaraya girişdə aşkar olunur. Mağaranın arkasayağı girişi şimal-şərqə istiqamət götürərək 6–7 m hündürlükdə yerləşir. O bir iri zaldan və ondan şaxələnmiş çox da dərin olmayan mağaralardan ibarətdir. Divardakı oyuq və taxçalarda rəsmlər, hətta gündüz çətin hiss olunur. Taxçalardakı rəsm obrazları birbirindən müəyyən əlamətlərinə görə həm oxşar, həm də fərqlidirlər.
Birinci taxçadakı rəsmlər girişdən çox da uzaq olmayan sol tərəfdə yerləşir. Taxçanın dərinliyi və hündürlüyü bir metrə bərabər olsa da, qeyri-bərabər ölçüdədir. Belə təəssürat oyanır ki, paleolit "rəssam"ı tavandakı rəsmləri uzanmış vəziyyətdə çəkmişdir. Tavan rəsmləri qırmızı rəngli müxtəlif çalarları ilə işlənmişdir. Ceyran və qoyun təsvirləri bir qədər parlaq çalarda verilmişdir. Buradakı təsvirlər canlı fiqurların qovuşmasını, xüsusilə buynuz, işarələrin, uzun xətlərin çarpazlaşmış şəkildə təzahürü spesifik məzmun kəsb edir. Bunların içərisində "buynuz", "ox", "bumeranq", ilanabənzər fiqur təsvirləri daha çox üstünlük təşkil edir. Bütün rəsmlərin eni 5 və 14 mm həcmdə olan kontur xətlərlə həyata keçirilmişdir. Bəzi təsvirlər də heyvanları əks etdirsələr də, onları insan obrazının timsalı kimi də qəbul etmək olar. Məsələn, antilopların kişi obrazını ifadə eməsini üç ayaq, buynuz, qulaqla verilməsi və hərəkətdə olması əlamətləri ilə dərk etmək mümkündür. Bu mağaradakı təsvirləri xüsusiyyətlərinə görə dünyanın digər qədim abidələrindəki təsvirlərlə də müqayisə edərək eyni cizgiləri müşahidə etmək mümkündür. Məsələn, fiqurlardakı hərəkət və ekspressləri Lez Eyzidəki Fon de Qomp mağarasında rəngarəng öküzün rəsmində və ya qoyun təsvirlərini Fransanın Dordoni mağarasındakı maral təsviri ilə müqayisə etmək olar.
Hoyt-Tsenheriy Aquy mağarasının ikinci taxçası birinci oyuğun yanında yerləşir. O əvvəlkindən daha geniş olub, tavan və divarlarında rəsmlərinin çoxluğu ilə fərqlənir. Tavandakı rəsmlər daha çoxdur. Rəmzi işarə və nöqtələrdən əlavə, qoyun, keçi, at, fil, mamontların təsviri xüsusi yer tutur.
Buradakı bəzi heyvan təsvirləri (fil, mamont, dəvəquşu) Monqolustan təbiət və cəmiyyətinə yad olsa da, qədim monqolların bunlar haqqında təsəvvürlərinin olmasını sübut edir.
Üçüncü taxçanın rəsmlərinə ikinci oyuqdan adlamaqla şahid olmaq mümkündür. Buradakı ən maraqlı rəsm ikidonqarlı vəhşi dəvə təsviridir. Onun ətrafında aydın olmayan şaxələnmiş buynuzlar, qırıq-qırıq xətlər maraq doğuran təsvirlərdən biridir. Bu işarələr arasında küknar budaqları təsvirləri də üstünlük təşkil edir ki, dünyanın digər mağaralarındakı bu eyni rəsmlər kişi timsalını verir. Bu təsvirlərdəki maraqlı detallardan biri dəvənin altında dağları bildirən xətlərin çəkilməsidir ki, bu da Qərbi Avropa təsvirlərindən məlum olan landşaft mənasını bildirir.
Dördüncü taxçadakı rəsmlər tacvari tavanda xaotik şəkildə yerləşdirilmişdi: rəsmlərin üst və aşağı hissələri məlum deyil. Bu təsvirlərdə də nöqtə, ox, əyilmiş xətlər, üçbucaqlar, ay şəkilli fiqur və quşlar üsiünlük təşkil edir. Bütün təsvirlər qırmızı və ya qəhvəyi rəngdədir. Buradakı rəsmlərin ölçüsü 34 x 35 sm-dən 60 x 65 sm-ə qədərdir.
Aparılan təhlillər göstərir ki, öz manera və texnikasına görə qədim monqol rəsmləri Ural və qərbi Avropa təsvirlərindən fərqlənir. Buradakı təsvirlər daha çox canlıların – heyvanların rəsmləridir. Vəhşi heyvanlar kompozisiyadankənar təsvir olunur. Kompozisiyanın bu cür tam sərbəstliyi qədim monqol təsviri sənətinin fərqləndirici xüsusiyyətlərindəndir. Apardığımız qısa ekskursdan məlum olur ki, monqol mağara təsviri sənətində yeni-yeni personajların üstünlük kəsb etməsi ən vacib əlamətlərdəndir: əvvəlcə fil, sonra dəvəquşu, nəhayət, dəvə təsvirlərinin üstünlüyü dediklərimizə sübutdur.
Qərbi Monqolustan mağara təsvirlərini paleolit Avropası təsviri sənəti ilə doğmalaşdıran, yaxın edən digər cəhət rəsmlərin daha çox görünən, hiss olunan məkanlarda deyil, məhz əlçatmaz yerlərdə – qaranlıq qalereyalarda, quyularda və s. yerləşdirilməsidir. Bəzi fərqlərə (insan fiqurlarının olmaması, divarlarda relyeflərin zəif olması) baxmayaraq Hoyt-Tsenheriyn-aquy mağarası Monqolustan təsviri sənətinin Qərbi Avropa ilə müqayisəsində hələ ki təkdir.
Monqolustan mağaraları və buradakı təsvirlər qədim monqol dünyagörüşündən, fəlsəfə və mifologiyasından da dəyərli məlumatlar verir. Tədqiqatçı A. Lerua-Quranın fikrincə, paleolitin simvollar, işarələr sistemi təsadüfi hadisə deyil, onlar qədim əcdadların dünya, həyat, təbiət haqqındakı təsviri düşüncələri, təsəvvürlərinin əyani təzahürləridir. Dünyanın digər nöqtələrində olduğu kimi, qədim Monqolustanda da miflərin, əsatirlərin təşəkkülü bu zəmindəndir. Miflərdə dünya, kainat haqqında ilkin təəssürat Hoyt-Tsenheriynaquy mağara təsvirlərində öz təzahürünü tapmışdı. Məsələn: sirli aləm – quşların, yeraltı və sualtı dünya – ilan, balıq timsalında təmsil olunur. Paleolit adamının mağara təsvirlərində quş və ilanlarla yanaşı, dırnaqlı heyvanların da rəsmi həyat mübarizəsi – xeyir vəşərin antaqonist münasibətlərini ifadə edirdi.
Qədim Monqolustan incəsənətindən söhbət açarkən mezolit abidələrinin də adlarını çəkmək lazımdır. Xüsusilə Şərqi Monqolustanın Here-ull dağı ətrafındakı yaşayış məkanları mühüm əhəmiyyət kəsb edir. Burada silahlar, texniki ləvazimatlar tapılmışdır.
Hoyt-Tsenheriyn-aquy mağarasından 1500 km kənarda yerləşən bir ərazidə Arşan-had adlı dağda müqəddəs hesab edilən bir çox yerlər mövcuddur. Dağın bir çox qayalıqlarının səthi rəsmlərlə zəngindir. Bu həndəsi fiqur və ləkələr, cızılmış və həkk edilmiş təsvirlər qədim monqolların sənətindən xəbər verir. Bir daşın üzərində isə ərəb, tibet, çin və qədim monqol yazıları da açıq şəkildə hiss edilir. Belə bir təəssürat oyanır ki, bura müqəddəs yer hesab edildiyindən "qurbankəsmə" kimi dini ayinlər həyata keçirilib. Bu rəsmlərin mezolitə aid olduğu ehtimal edilir. Lövhələrdə heyvan və insan təsvirləri deyil, dairə, xaç, üçbucaq, nöqtəli çevrələr və s. üstünlük təşkil edir. İşarələr elə həkk olunmuşdur ki, biri digərinə maneçilik yaratmır. Qədim insanların bunları xaotik şəkildə həyata keçirməklərində hansı məqsədə və ya qanunauyğunluqlara riayət etməsini ehtimal etmək çətindir. Arşan-haradakı heroqliflərdə ən geniş yayılan təsvir "dırnaqlı heyvan" təsviridir ki, ona 55 dəfə rast gəlinir. Bu təsvirlərə Tsaan-ayriqdəki Orta qobi qayalıqlarında da təsadüf olunur.
Neolit dövrü Monqolustanda insan cəmiyyətindəki inkişaf dəyişiklikləri ilə müşayiət olunurdu. Ovçuluqla yanaşı yığıçılıq və əkinçilik bir çox rayonlarda insanların oturaq həyat tərzinə səbəb oldu. Sənətkarlıqla bağlı əmək alətlərini, Yamat-nur gölü (Hovirq stansiyasının 10 km) ətrafındakı yaşayış məskənində məişət ləvazimatları tapılmışdır.
Erkən neolitə cənubi Qobidəki komplekslərin bir çox abidələri sübutdur. İlk abidə Sulanqhere-obanın şimalına 4 km yaxın yerdə yerləşir. Burada ilk emalatxananın izləri aşkar edilmişdir: bir çox məişət əşyaları tapılmışdır. Əşyaların hazırlanma materialı əsasən müxtəlif rənglərdə – sarı, tünd qırmızı, qəhvəyi, ağ və mavi yəşəm (yaşma) daşıdır. Abidələrin yaşı, təxminən b.e.ə. IV–III minilliyə aid edilir. Sənətkarlar get-gedə təkmilləşərək məişətdə işlənən gil qablar hazırlığına bayşalırlar. Bu cür məskunlaşma yerləri və emalatxanalar, demək olar ki, ölkənin hər yerində yayılmağa başlayır. Lakin bu zaman bir cəhəti xüsusi qeyd etmək lazımdır ki, ölkə sakinlərinin yaşayış və fəaliyyətində yekcins həyat tərzi hökm sürmürdü: ölkənin bəzi rayonlarında təsərrüfatçı-yığıcılar, digərlərində isə, ovçular yaşayır və bu fəaliyyət sahələri ilə məşğul olurdular.
Arxeoloqların apardıqları tədqiqatlara əsasən Monqolustanın qədim abidələrini aşağıdakı təsnifat üzrə qruplaşdırmaq olar: Qobi neolit kompleksləri; Neolit düşərgələri; Şərqi Monqolustan məskunlaşma yerləri; Qərbi Monqolustan abidələri.
Adları qeyd olunan bu mənbələrin hər birində qədim monqol sənətinin incəliklərini bəyan edən məqamlar mühüm əhəmiyyət kəsb edir. Mağara və qaya təsvirlərindəki heroqliflər təkcə incəsənət amili kimi deyil, həm də qədim insanların ideologiyasının elementi kimi çıxış edirdi.
Monqolustan heroqlifləri, xüsusilə, çuluut işarələri bu ölkənin qədim sakinlərinin mifoloji təsəvvürlərinin müəyyən edilməsinə yardım edir. Çuluut heroqlifləri fraqmentar və sxematik olsa da, qədim insanların dünya, həyat mənbələri, ölüm və əbədilik, kainatda insanın yeri kimi təsəvvürləri ifadə edirdi.