Vasak İşxanik - Sünik knyazı.Bax Qeyd 128 850 – ci illərdə erməni knyazlarla birgə ərəb sərkərdəsi Buğa tərəfindən əsir alınmışdı.Tovma Artsruni, III, XI Əsirlikdə olduğu dövrdə taxtda onu Sünik sülaləsindən olan Geqarqunik knyazı Vasak Qabur əvəz etmişdir. Əsirlikdən qayıtdıqdan sonra yenidən Sünik taxtına sahib olan Vasak Baqratuni sülaləsinin idarə etdiyi Ani çarlığından vassal asılılığını qəbul etmişdir. Xristian birliyini parçalamağa çalışan Ərəb Xilafəti Qafqazın xristian vilayət hakimlərinin müstəqillik cəhdlərini dəstəkləsə də Vasak “varisləri tərəfindən üsyançı kimi tanınmaq istəmədi” və “Ani çarlığına bağlılığını qorudu".Stepannos Orbeli. Sisakan tarixi. — Tiflis, 1910. — səh. 299:Մեծարէ Ափշինն զՎասակ Սիւնի թագ կապեալ, եւ նա ոչ կամեցաւ ապստամբական անուն ժառանգել Ölümündən sonra taxtda qardaşı Aşot Süni onu əvəz etmişdi.A. E. Redgate - The Armenians , Wiley-Blackwell, 2000, səh 208}}:Vayotsc-dzor and other lands passed from Vasak Ishkhanik to his brother Ashot and then to Vasak’s son as co-heir with Ashot’s four sons. Hovannes Drasxanakerçi yazır:
“...İncə qəlbli və xalqın sevimlisi, bütün ömrü boyu Tanrıya yaxın olan xeyirxahlıq yolunu tutmuş Sisakan işxanı Vasakın ölməsi və əcdadlarının yanında dəfn edilməsindən sonra taxta onun qardaşı, onun kimi xalqı sevən, dindar və qəlbində Tanrı qorxusunu yaşadan Aşot gəldi və hər şey atasının hakimiyyəti dövründə olduğu kimi çox yaxşı oldu.”Hovannes Drasxanakertçi. fəs. XXIX // Ermənistan tarixi . — İrəvan, 1986.
İstinadlar
Həmçinin bax
Sünik sülaləsi Sünik knyazlığı
Kateqoriya:Sünik