"Qətl!" () — rejissor Alfred Hiçkokun filmi.
Məzmun Dram teatrının aktrisası Ednanın vəhşicəsinə qətlində onun rəfiqəsi aktrisa Diana Barinq şübhəli bilinir. Bütün dəlillər onun əleyhinədir. Qurbanın meyiti Diananın oturduğu otaqdadır, onun yanında qətl aləti atəşkeş olub, Diananın paltarı qana bulaşıb, stolun üstündə isə tamamilə boş brendi butulkası var. Ev sahibəsinin sözlərinə görə cinayət baş verən yerdən yüksək qadın səslərindən başqa heç nə eşidilmirdi. Şübhəli şəxs isə istintaqa dönə-dönə təkrar edir ki, əslində Ednanın yanına söhbət üçün gəlmişdi, lakin etdikləri söhbətin böyük hissəsini xatırlaya bilmir. İstintaq güman edir ki, Diana bu qətli brendinin təsiri altında, şəxsi ədavət və ondan daha uğurlu çıxış edən aktrisaya yersiz paxıllıq şəraitində törədib. Vəkillərin müşavirəsində cəmi üç səs onun günahsız olduğunu göstərdi. Onun günahsız olduğunu düşünənlər arasında tanınmış aktyor Con Menyer də var idi, lakin müzakirənin ümumi əhval-ruhiyyəsi ona təsir edir. O da ittihamedici qərar verir. Diananı dar ağacı gözləyir, lakin Conun şübhələri onu, cinayətin mühüm səbəblərinin axtarışına çıxmağa məcbur edir. Bu işdə onun köməyinə böyük Şekspir və teatr gəlir.
Film haqqında Aktyor Herbert Marşallın səsli kinoda ilk rolu məhz bu filmdə olmuşdur.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifləri : Klemens Deyn, Helen Simpson Ssenari müəllifləri : Alfred Hiçkok, Alma Revill, Volter Maykroft Rejissor : Alfred Hiçkok Operator : Cek Koks Bəstəkar : Con Reynders Prodüser : Con Maksvell
Rollarda Herbert Marşall – Con Menye Nora Barinq – Diana Barinq Fillis Konstem – Dusi Markhem Edvard Çapmen – Ted Markhem Esmi Persi – Hendel Feyn Maylz Mender – Qordon Drüs Donald Koltrop – Ayon Stüart
İstinadlar
Ədəbiyyat Chandler, Charlotte. It's only a movie: Alfred Hitchcock : a personal biography. First Applause, 2006. Yacowar, Maurice. Hitchcock's British Films. Wayne State University Press, 2010.
Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Detektiv filmləri Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Alfred Hiçkokun filmləri Kateqoriya:1930-cu ilin filmləri Kateqoriya:İngilis dilində müəmma triller filmləri Kateqoriya:London haqqında filmlər Kateqoriya:Böyük Britaniya romanlarına əsaslanan filmlər Kateqoriya:Detektiv romanlarına əsaslanan filmlər Kateqoriya:Aktyorlar haqqında filmlər Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Birləşmiş Krallığın triller filmləri Kateqoriya:İngilis dilində dram filmləri Kateqoriya:Qanun haqqında filmlər