Mikayıl Mirzə (tam adı: Mikayıl Şahvələd oğlu Mirzəyev; ) — Azərbaycan aktyoru, ssenari müəllifi, qiraətçi, Azərbaycan Respublikasının xalq artisti (1991), siyasətçisi, Azərbaycan Milli Məclisinin deputatı (1995–2000-ci və 2002–2005-ci illərdə).

Həyatı Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. Mirzəyev SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb.

Fəaliyyəti

Teatr fəaliyyəti Mikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən isə 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.

Mikayıl Mirzə teatrda Qoca (L. Frank, "Yad adam"), Eyvaz, Muratov (İ. Əfəndiyev "Tənha iydə ağacı", "Qəribə oğlan"), Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), İxtiyar (H. Cavid "İblis"), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid), Mirzə Ələkbər Sabir, Tərs Tahir (Anar "Sizi deyib gəlmişəm", "Adamın adamı"), Zahid, Şair (B. Vahabzadə "Fərhad", "Yollara iz düşür"), Bəxtiyar (A. Şaiq "Fitnə") rollarını ifa edib.

Siyasi fəaliyyəti Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb.1990-cı illərdə Meydan Hərəkatında Mikayıl Mirzənin xüsusi rolu olub. O, 80-ci illərdən başlayaraq Sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. Bu mübarizə poeziya salonlarında, poeziya gecələrində aparılıb. O, iki çağırış 1995–2000-ci və 2002–2005-ci illərdə Milli Məclisin deputatı seçilib. Akademik Milli Dram Teatrındakı aktyor fəaliyyəti ilə yanaşı, 1992–1995-ci illərdə həm də Bakı Mədəni-Maarif Texnikumunun direktoru vəzifəsində işləyib.

Mikayıl Mirzə bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur.

Filmoqrafiya

Mono-tamaşalar

Ölümü Mikayıl Mirzə 2006-cı il iyun ayının 3-də dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Mükafatları 1987-ci ildə Azərbaycan SSR-in "Əməkdar artist" fəxri adına layiq görülüb. 22 may 1991-ci ildə "Xalq artisti" fəxri adı ilə mükafatlandırılıb.

İstinadlar

Ədəbiyyat Mirzə, M. İstiqlal sənətkar: Mikayıl Mirzə65 /Mətin Mirzə //Yeni Azərbaycan.- 2012. — 13 noyabr.- S.8.

Xarici keçidlər Mikayil Mirze Xelil Rzanin seirini deyir — Shamaxi 1988

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan antikommunistləri Kateqoriya:Azərbaycan dissidentləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:XX əsr Azərbaycan aktyorları