Əminə Paşa qızı Dilbazi () — Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Azərbaycan SSR xalq artisti (1959).

Həyatı 200px|thumbnail|default|Əminə Dilbazi Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. İlk təhsilini 132 saylı məktəbin rus bölməsində almışdır.

Məşhur bəstəkar, Azərbaycan SSR xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, şairə Mirvarid Dilbazinin əmisi qızı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır.

Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakı şəhərində 90 yaşında vəfat etmişdir.

Fəaliyyəti Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan rəqqas ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. 1939-cu ildən xalq rəqslərini səhnəyə qoyub. O, 1936–1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq çalışmış və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik etmişdir. Əminə Dilbazi 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə, 1962–65-ci illərdə Azərbaycan mahnı və rəqs ansamblına, 1967–68-ci illərdə isə "Sevinc" rəqs ansamblına rəhbərlik etmişdir. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib.

Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət filarmoniyasının səhnəsində oynanılan "Dədə Qorqud", "Azərbaycan toyu", "Bir bağçanın gülləri" səhnə əsərlərində əsas partiyaların ifaçısı olmuşdur. Onun oynadığı "İnnabı", "Tərəkəmə", "Vağzalı", "Turacı", "Naz eləmə" rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi "Leyli və Məcnun" operasında, "Arşın Mal Alan" və "O olmasın bu olsun" komediyaları və s. əsərlərdə də rəqslərə quruluş verib. Azərbaycan musiqili komediya teatrında, habelə erməni, osetin, özbək ansambllarında rəqsləri tamaşaya qoyub. "Arşın mal alan", "Ulduz", "Yallı", "Sevinc" filmkonsertində lentə çəkilmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 iyun 1959 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 sentyabr 1954 "İstiqlal" ordeni — 25 dekabr 1999 "Xalqlar Dostluğu" ordeni "Şərəf nişanı" ordeni Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalının qızıl medalı — 1957 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002

Filmoqrafiya

Həmçinin bax Afaq Məlikova Rəfiqə Axundova Mirvarid Dilbazi Cövdət Hacıyev İsmayıl Hacıyev (bəstəkar)

İstinadlar

Xarici keçidlər Səda — Əminə Dilbazinin doğum günüdür

Kateqoriya:Əminə Dilbazi Kateqoriya:Dilbazilər Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan rəqqasələri Kateqoriya:Qazaxda doğulanlar Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar