Mirinov Valentin Akimoviç () — Sovet İttifaqı Qəhrəmanı.
Həyatı Rusiya Fedorasiyasının Saratov vilayətinin Lısoqorsk rayonunun Uritsk kəndində 28 oktyabr 1923-cü ildə dünyaya göz açmış Valentin uşaq ikən öz valideynləri ilə Bakıya gəlmiş və onun uşaqlıq və gənclik dövrü burada keçmişdir.
1941-ci ildə Binəqədi RHK-dan könüllü olaraq orduda xidmətə getmiş və hərbi məktəbə göndərilmişdir. Leytenant Valentin Akimoviç 417-ci atıcı diviziyanın 1376-cı atıcı alayının bölmə komandiri olmuşdurAzərbaycan Respublikası Xatirə Kitabı, X cild. səh.365..
Müharibə qurtardıqdan sonra V.Mironov Bakıya qayıtmış və burada Tibb institutuna qəbul olaraq hərbi həkim peşəsinə yiyələnmişdir.
Ordu həyatı Pulemyotçular dəstəsinin komandiri kiçik leytenant V.Mironovun cəbhə həyatı 1943-cü ilin oktyabrında Şimali Qafqazdan başlamışdır.
Sonrakı illərdə onun döyüş yolu Ukrayna, Krım və Pribaltikadan keçmişdir.
Qəhrəmanlığı Cəsur rota komandiri leytenant V.Mironovun ən ağır döyüşü Sapun-Qarada oldu. Bu döyüşdə rotadan yalnız iki nəfər sağ qalmışdı: komandir və bakılı döyüşçü Seyfulla İsmayılov. Hərbi tapşırıq böyük qəhrəmanlıqla yerinə yetirilmişdi və Sevastopol azad edildi.
Fəxri adı SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 may 1944-cü il tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycanın hərbi həkimləri Kateqoriya:Hərbi həkimlər Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ polkovnik-leytenantları