Astan Şahverdiyev () — Texnika elmləri doktoru, professor. Azərbaycan Respublikası Milli Məclisinin III,Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az IV və V çağırış deputatı.

Həyatı Şahverdiyev Astan Nüşrəvan oğlu 15 fevral 1947-ci ildə Füzuli şəhərində anadan olmuşdur.

1964-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbini bitirmiş və həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuş, 1970-ci ildə institutu bitirmişdir.Dünyasını dəyişən deputat Astan Şahverdiyev kimdir? (DOSYE) . qaynarinfo.az, 15.04.2018

1972–1974-cü illərdə hərbi xidmətdə olmuşdur.

1978-ci ildə Azərbaycan Texniki Universitetinin aspiranturasına daxil olmuş və 1981-ci ildə İstilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.

1982-ci ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin "İstilik texnikası və istilik qurğuları" kafedrasına assistent vəzifəsinə seçilmişdir.

Şahverdiyev elmi fəaliyyətimi davam etdirərək 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsi və 1994-cü ildə professor elmi adı alıb. 1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

2001-ci ildə Azərbaycan Texniki Universitetinin "İstilik və soyuqluq texnikası" kafedrasının müdiri vəzifəsinə seçilmişdir.

Dünyanın aparıcı jurnallarında ingilis, türk və rus dillərində çap olunmuş 300-dən çox elmi əsərin, o cümlədən Moskva və Londonda çap olunmuş 5 monoqrafiyanın, 2 ixtiranın, 10 dərslik və dərs vəsaitinin müəllifidir. Elmi rəhbərli altında 9 namizədlik və 3 doktorluq dissertasiyası müdafiə olunub.

1998-ci ildən 2003-cü ilə kimi Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf Proqramının Azərbaycan ofisində koordinator vəzifəsində işləmişdir. 2004-cü ildən UNESCО-nun EURONETRES bərpa olunan enerji resursları üzrə işçi qrupun və idarəedici Komitənin üzvü olmuşdur. Avropa ölkələri universitetləri üçün nəzərdə tutulan "Günəş enerjisi" dərsliyinin müəlliflərindən biridir.

ABŞ, Kanada, Hindistan, Misir, İsveçrə, Almaniya, İngiltərə, İtaliya, Şotlandiya, Portuqaliya, Çin, Rusiya, Türkiyə, Slovakiya, Yunanıstan, Özbəkistan, Belarus, Ukrayna, Fransa və s. ölkələrdə keçirilən Beynəlxalq konfrans, simpozium və assambleyalarda məruzələrlə çıxış etmişdir.

Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Doktorluq Müdafiə Şurasının sədr müavini və bir neçə il Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuşdur.

İngilis və rus dillərini bilirdi.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü idi.

2005-ci ildə Milli Məclisə seçkilərdə iştirak edib və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib. Daha sonra 2010 və 2015-ci il seçkilərində də eyni dairədən parlamentə seçilmişdir.

2018-ci ildə aprelin 15-də Qusarın Çiləgir kəndində ürək tutmasından vəfat edtmişdir. Bakıda "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.Deputat Astan Şahverdiyev dəfn edildi . qaynarinfo.az, 15.04.2018

Mükafatları Elm sahəsində Z. Tağıyev adına mükafatın laureatıdır.

Ailəsi Evli idi. 2 övladı var.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri