Təkəoğulları bəyliyi — Rum Səlcuqlu dövlətinin süqutundan sonra Antalyada və ona yaxın bölgələrdə yaranmış Anadolu bəyliyi. thumb|300px|Təkəoğulları bəyliyinin bayrağı
Tarixi Antalyanın adı Türkiyə Respublikasına qədər Təkə olaraq qalmıştır. Şimalda olan Həmidoğulları bəyliyi ilə qonşu idilər. Antalyada yerləşən Təkə yarımadası öz adını Təkəoğullarından götürmüşdür.
Fələküddin Dündar bəy, atası İlyas və babası Həmid, Səlcuqlar dövründə bir uc bəyi idilər. Dündar bəyin qardaşı Yunus bəy Antalya və Korkuteli mərkəzli Təkəoğulları bəyliyini qurdu. Bəyliyin şimalında Həmidoğulları bəyliyi yerləşirdi.
İranda hakimiyyət sürən Hülakü hökmdarı Bahadur xanın sərkərdələrindən olan Əmir Çobana Anadoluda tabe olmayanlar içində Dündar bəy də vardı. Əmir Çoban, Hülakülər imperiyasında hakimiyyəti tam ələ keçirdikdən sonra oğlu Dəmirdaşı Anadoluya vali göndərdi. Dəmirdaş Anadoluya gəldikdən sonra kəndliləri özünə tabe etməyə çalışdı. Həmid bəy fürsətdən istifadə edərək Dündar bəyin tutulmasını təşkil etdi və Dündar bəy öldürüldü. Həmid bəyə köməklik göstərən Yunus bəyin oğlu Mahmud bəy Təkəoğulları bəyliyinə hakim təyin edildi.
Təkəoğullarının kökü bilinməsə də, Əbülqazi, Təkə ilə birlikdə Sarık və Yomut oymaqlarını "Dış Salur" (taşki Salur) adı altında təsvir etmiş və onların 10-cu əsrdə indiki Türkmənistan ərazisindəki Kürən-Dağ və Balkan bölgəsində yaşadıqlarından bəhs etmişdirClifford Ədmund Bosworth Ə. J. Brills Əncyclopaədia of Islam: 1913–1936 hərausgəgəbən von M. Th Houtsma, sayfa 720. .
Bəylər thumb|320px|İkinci Anadolu bəylikləri TarixClifford Ədmund Bosworth Ə. J. Brills encyclopaədia of Islam: 1913–1936 Türkcə adı Oğlu Qeydlər 1321 — ? Yunus İlyas ? −1327Mahmud Yunus 1327–1372 Sinânüddin HızırYunus 1372 — ?Mübârizüddin Mehmet Mahmud ? −1391Osman Çələbi Mehmet İlk dönəm. 1391–1402 Osmanlı imperiyasına ilhaqı1402–1423Osman Çələbi Mehmet İkinci dönəm.1423 Osmanlı imperiyasına tam ilhaq
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Kateqoriya:Anadolu bəylikləri Kateqoriya:Müsəlman sülalələr