İmam Əli Həbibi Gudərzi (, ) — "Mazandaran pələngi" ləqəbi ilə tanınan iranlı güləşçi, sərbəst güləşdə 67 kq çəki dərəcəsində 1956-cı il Yay olimpiya oyunlarının qalibi.
1960-cı il Roma Olimpiadasında ABŞ təmsilçisi Duqlas Blyuboya uduzaraq 4-cü olmuşdur. Həbibi hazırda Mazandaran ostanının Babol şəhərində yaşayır. O, FİLA-nın şərəf zalına daxil edilmişdir.
Karyerasını 1961-ci ildə başa vurmuşdur. İdmançı karyerasını bitirdikdən sonra İran parlamentinə seçildi. Bundan əlavə, Həbibi kinoşirkət yaradaraq avtobioqrafik "Mazandaran pələngi" filmində və daha 3 filmdə baş rolda çəkildi.
Nailiyyətləri 1956-cı il Yay Olimpiya Oyunlarının qızıl medalı, Melburn, Avstraliya (67 kq) 1958-ci il Asiya oyunlarının qızıl medalı, Tokio, Yaponiya (67 kq) 1959-cu il Dünya Kubokunun qalibi, Tehran, İran (73 kq) 1960-cı il Yay Olimpiya Oyunlarında 4-cü yer, Roma, İtaliya (73 kq) 1961-ci il Dünya Kubokunun qalibi, İokohama, Yaponiya (73 kq) 1962-ci il Dünya Kubokunun qalibi, Toledo, Ohayo, ABŞ (78 kq)
İstinadlar
Kateqoriya:İran idmançıları Kateqoriya:İran güləşçiləri Kateqoriya:İran uzunömürlüləri Kateqoriya:İslam Şurası Məclisinin üzvləri Kateqoriya:Güləş üzrə dünya çempionları Kateqoriya:1956 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Güləş üzrə olimpiya çempionları Kateqoriya:Olimpiya medallı güləşçilər Kateqoriya:Sərbəst güləş üzrə dünya çempionları