Oqtay Sinanoğlu (, 25 fevral 1935) — professor, Humboldt mükafatı laureatı
Həyatı Oqtay Nüzhət oğlu Sinanoğlu 26 fevral 1935-ci ildə İtaliyanın Bari şəhərində anadan olmuşdur. Atası o dövrdə Türkiyənin İtaliyadakı səfiri olduğunda Oqtay 1939-cu ilə qədər ailəsi ilə burada yaşamışdır. 1939-cu ildə Türkiyəyə qayıtdıqdan sonra Ankara şəhərində Yenişəhər Liseyində təhsil almağa başlamışdır. 1953-cü ildə orta məktəbi bitirən Oqtay təhsilini davam etdirmək üçün ABŞ-yə yola düşür. O, 1956-cı ildə Kaliforniya Universitetini (Berkli) kimya mühəndisi ixtisası üzrə ən yüksək göstəricilərlə başa vurur. 1957-ci ildə 8 ay müddətinə Massaçuset Texnologiya İnstitutunda təhsilini ən yüksək qiymətlərlə başa vurduqdan sonra 2 il ərzində Kaliforniya Universitetində doktorluq işini tamamlayır.
Fəaliyyəti 1960-cı ildən Yel (Yale) Universitetinde associate professor kimi fəaliyyət göstərməyə başlayır. 1961-ci ildə o, "Alfred P. Sloan" mükafatına, 1963-cü ildə 28 yaşında professor adına layiq görülür və XX əsrdə Yel Universitetinin ən gənc professoru olur. Bundan başqa o, Molekulyar biologiya kafedrasına ömürlük rəhbərlik etmək hüququ da qazanır. 1964-cü illdə universitetin nəzəri kimya fakültəsini yaradan Sinanoğlu buradakı faəliyyət müddətində "Atom və molekulların çox-elektron teoremi" (1961), "Şəbəkə nəzəriyyəsi" (1964), "Kimyəvi reaksiyaların mexanizm qanunu" (1974), "Mikrotermodinamika" (1981) kimi işlərini həyata keçirir. Yel Universitetində 37 il fəaliyyət göstərdikdən sonra 1997-ci ildə təqaüdə çıxaraq Türkiyəyə qayıtmışdır. Eyni il Ulduz Texniki Universitetində çalışmağa başlayan Sinanoğlu 2002-ci ilə qədər univeristetin professoru olmuşdur. Kimya ilə yanaşı Türk dilçilik elminə də böyük töhfələr verən Sinanoğlu qeyd edirdi: "Türk dili özlüyündə riyazi bir dildir və elm üçün çox əlverişlidir" . Bu haqda olan fikirlərini "Türk Ədəbiyyatı", "Türk yurdu", "Miliiyət", "Yeni Türkiyə" kimi jurnallarda çap etdirdiyi məqalələrində əks etdirmişdir.
Əsərləri Akademik əsərləri: Modern Quantum Chemistry : Istanbul Lectures (Academic Press,1965) Sigma Molecular Orbital Theory (Yale Press,1970) Three Approaches to Electron Correlation in Atoms and Molecules (Yale Press,1971) New Directions in Atomic Physics (Yale Press,1971) Kitabları: Fiziki-kimya terminləri lüğəti (1978) Prof. Sinanoğlu və Türkcə (1997) Bir Nyu-York xəyalı: Bye Bye Türkcə/ Türkcə gedərsə Türkiyə gedər (2011) Hədəf Türkiyə Yeni Elmin üfüqləri 1–2-3 Açıqlamalı fiziki-kimya və riyazi terminlər lüğəti (2000)
Mükafatları 1973-cü ildə elm sahəsində nüfuzlu mükafatlardan biri sayılan Humboldt adına mükafatın ilk laureatı olmuşdur. Digər mükafatları aşağıdakılardır: 1966 — TÜBİTAK Elmi Mükafatı 1973 — Almaniya A. von Humboldt mükafatı 1973 — Meksika Elena Moşinski Elmi Mükafatı 1975 — Yaponiya Beynəlxalq Elm xadimləri mükafatı 1992 — Mədəniyyət Nazirliyi Məlumat Çağı mükafatı 1995 — İLESAM Üstün xidmət mükafatı 1995 — TYB İlin Fikir adamı mükafatı 2002 — TÜRSAV Türk Dünyasına Xidmət Mükafatı
Xarici keçidlər Oktay Sinanoğlu'nun Resmi Web Sitesi
İstinadlar
Kateqoriya:Türkiyə alimləri Kateqoriya:Türkiyə kimyaçıları Kateqoriya:Professorlar Kateqoriya:Biokimyaçılar Kateqoriya:Türkiyə milliyyətçiləri Kateqoriya:Türkiyə əsilli amerikalılar Kateqoriya:Türkiyə professorları Kateqoriya:Fəlsəfə doktorları