Pol Allen () — Amerikalı biznes maqnatı, kompüter proqramçısı, tədqiqatçı, investor, film prodüseri və xeyriyyəçi. O, 1975-ci ildə uşaqlıq dostu Bill Geytslə birlikdə dünyanın ən böyük fərdi kompüter proqram təminatı şirkəti olan Microsoft-u yaratması ilə tanınır. Allen 2018-ci ildə Forbes tərəfindən dünyanın 44-cü ən varlı adamı seçildi və ölümü zamanı təxmin edilən xalis sərvəti 20,3 milyard dollar idi.

Allen 1983-cü ilin əvvəlində limfoqranulematoz diaqnozu qoyulduqdan sonra Microsoft-da gündəlik işlərini tərk etdi və idarə heyətində sədr müavini olaraq qaldı. O, 1986-cı ildə bacısı Codi Allenlə birlikdə biznes və xeyriyyəçilik səylərini idarə edən özəl şirkəti olan Vulcan-ı qurdu. O, texnologiya və media şirkətləri, elmi araşdırmalar, daşınmaz əmlak holdinqləri, özəl kosmik uçuş müəssisələri və digər sektorlarda hissələr daxil olmaqla bir neçə milyard dollarlıq investisiya portfelinə sahib idi. Milli Futbol Liqasında Sietl Sihoks və Milli Basketbol Assosiasiyasında Portlənd Treyl Bleyzers komandasına sahib idi və MLS-dəki Sietl Saundersin ortaq sahibi idi. 2000-ci ildə Microsoft-un idarə heyətindəki müavin vəzifəsindən istefa verdi və şirkətin idarə heyətinin strategiya üzrə baş məsləhətçisi vəzifəsini icra etməyə başladı.

Allen neyroelm,Timmerman, Luke (March 21, 2012). "Paul Allen Commits $300M to Expand Institute for Brain Science" . Xconomy. süni intellekt və sitologiya üzrə Allen İnstitutunu, həmçinin Stratolaunch Systems və Apex Learning kimi şirkətləri təsis edib. O, təhsil, vəhşi təbiət və ətraf mühitin mühafizəsi, incəsənət, səhiyyə və ictimai xidmətlər kimi problemlərə 2 milyard dollardan çox vəsait ayırıb. 2004-cü ildə SpaceShipOne ilə ilk ekipajlı şəxsi kosmik təyyarəni maliyyələşdirib. Allen çoxsaylı mükafatlara və fəxri adlara layiq görülüb və 2007-2008-ci illərdə Time 100 siyahısına daxil edilib.

2009-cu ildə Allenə qeyri-Hodgkin limfoma diaqnozu qoyulub. O, 15 oktyabr 2018-ci ildə 65 yaşında xərçənglə əlaqəli septik şok səbəbilə vəfat edib. Erkən həyatı Allen 21 yanvar 1953-cü ildə Vaşinqton ştatının Sietl şəhərində, Kennet Sem Allen (kitabxanaçı) və Edna Fey (qızlıq soyadı Qardner) Allen (dördüncü sinif müəllimi) ailəsində anadan olub. 1965-ci ildən 1971-ci ilə qədər o, Sietldə özəl məktəb olan Lakeside School-da oxuyub və burada kompüterlərə olan həvəsini bölüşdüyü Bill Qeytslə dostluq edib. Onlar müxtəlif zaman bölünməsi kompüter sistemləri üzərində proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək üçün məktəbin Teletype terminallarından istifadə edirdilər. Onlar həmçinin imtiyazlarından sui-istifadə etdikləri üçün 1971-ci ildə qadağa qoyulana qədər şəxsi tədqiqatlar və kompüter proqramları üçün Vaşinqton Universitetinin Kompüter Elmləri Departamentinin laboratoriyasından istifadə ediblər.Hannelore Sudermann, "Paul Allen, Welcome Back", Columns (University of Washington alumni magazine), June 2017, p. 16.

Geyts və Allen Leyksayd Proqramlaşdırma Klubu yaratmaq və əlavə kompüter icazəsi müqabilində Computer Center Corporation-ın proqram təminatında səhvlər tapmaq üçün Ric Veyland və Geytsin uşaqlıqdan ən yaxşı dostu və ilk əməkdaşı olan Kent Evansa qoşuldular. 1972-ci ildə Evansın dağa dırmaşma zamanı baş verən qəzada qəfil ölümündən sonra Geyts Leyksayd üçün avtomatlaşdırılmış sinif planlaşdırma sistemini bitirmək üçün Allenə müraciət etdi. Daha sonra Intel 8008 prosessoru əsasında trafik sayğacları hazırlamaq üçün "Traf-O-Data"nı yaratdılar. Allenin dediyinə görə, o, Geytslə birlikdə yeniyetməlik illərində kompüter proqramı kodu üçün zibil qutusunda axtarış edirdilər.

Allen 1600 SAT balı toplayaraqFrom the archives: Twin brothers both get a flawless 1600 on the SAT, but Long Beach seniors simply take it in stride Newsday Vaşinqton Dövlət Universitetinə qəbul oldu və burada Fi Kappa Teta cəmiyyətinə qoşuldu.High-Tech Fraternity The New York TimesPaul Allen to give $26 million to Washington State University The Oregonian O, Geytsin qeydiyyatdan keçdiyi Harvard Universitetinin yaxınlığında, Bostonda yerləşən Honeywell korporasiyasında proqramçı kimi işləmək üçün iki ildən sonra kolleci tərk etdi. Allen, daha sonra Geytsi Microsoft-u yaratmaq üçün Harvarddan çıxmağa təşviq etdi.Paul Allen: World's Sixth-Richest Man and Bill Gates 'Quirky Twin' ABC News

Qeydlər

İstinadlar

Əlavə ədəbiyyat Rich, Laura, The Accidental Zillionaire: Demystifying Paul Allen, Hoboken, N.J.: John Wiley & Sons, 2003. .

Xarici keçidlər

Paul Allen entry from the Oregon Encyclopedia Paul Allen at THOCP.net Business profile at Forbes Bloomberg Billionaires Index entry

Kateqoriya:ABŞ milyarderləri Kateqoriya:ABŞ iş adamları Kateqoriya:ABŞ proqramçıları Kateqoriya:Microsoft