thumb|250px|Yusif Səmədoğlunun büstü (Fəxri Xiyaban) Vəkilov Yusif Səməd oğlu (Yusif Səmədoğlu) () — Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990,1995).

Həyatı Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M. Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuşdur (1953). Həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957–1958). "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960–1965), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965–1969)Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13., baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini (1969–1976), "Ulduz jurnalının baş redaktoru (1976–1987), "Azərbaycan" jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991).

"220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl günü" (1987) kitablarının müəllifi olmuşdur.

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az

1998-ci il avqustun 16-da vəfat etmişdir.

20 Yanvar faciəsi ilə bağlı fəaliyyəti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən Bakıda törədilən qırğınlarla bağlı Azadlıq radiosu vasitəsilə dünya ictimaiyyətinə çatdırmışdır.

Xatirəsi 2025-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalanmışdır.

2026-cı ilin yanvarında yazıçının 90 illik yubileyi Azərbaycan Dövlət Film Fondunda qeyd olunmuşdur.

Ailəsi Azərbaycanın xalq şairi Səməd Vurğunun oğludur. Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın oğludur. Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır. Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun qardaşıdır. İctimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Mehdixan Vəkilovun qardaşı oğludur.

Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 30 iyul 1979Respublikanın ədəbiyyat xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli Fərmanı — anl.az saytı "Şöhrət" ordeni — 19 dekabr 1995Y. S. Vəkilovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1995-ci il tarixli Fərmanı — anl.az saytı "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 23 may 1998

Xatirəsi thumb|250px|Səməd Vurğun ev-muzeyində Yusif Səmədoğluya aid olan eksponatlar ictimai xadim, xalq yazıçısı Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr olunan "Deyilənlər gəldi başa" sənədli televiziya filmi çəkilmişdir. Filmin Rejissoru Namiq Ağayevdir.Filmin istehsalı başa çatmışdır: [Rejissoru Namiq Ağayev olan "Deyilənlər gəldi başa" sənədli televiziya filmi ictimai xadim, xalq yazıçısı Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr olunub] //Azərbaycan.- 2011.- 20 fevral.- S. 8.

Əsərləri thumb|250px|Yusif Səmədoğlunun xatirə lövhəsi (Bakı)

Roman Qətl günü

Hekayə Xəzri Yaddan çıxmış sözlər Gözlər Qartal 220 №-li otaq Güllər Saat işləyir Simurq quşu Qalaktika Soyuq daş Beşik 46-cı ilin oyunları Foto-fantazoiya Astana Bayatı-Şiraz İncə dərəsində yaz çağı

Filmoqrafiya Axırıncı maqın sonu (film, 1974) Azərbaycan SSR (film, 1971) Böyük tamaşa (film, 1974) Cəlil Məmmədquluzadə (film, 1966) Dostluq məşəli (film, 1965) Səməd Vurğun (film, 1966) Foto "Fantaziya" (film, 1970) Göllərin tacı (film, 1966) Qətl günü (film, 1990) Monrealda Azərbaycan günü (film, 1967) Polşada Azərbaycan günləri (film, 1970) Səmt küləyi (film, 1973) Yeddi oğul istərəm... (film, 1970)

İstinadlar

Mənbə İsmayıl Umudlu. Vəkiloğulları. Bakı: "QAPP-poliqraf" nəşriyyatı, 2003. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 273. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814. İsmayıl Umudlu. Salahlı eli. Tarix-etnoqrafiya-insanlar-yurd bilgisi. Bakı, Apostroff nəşriyyatı, 2011, səh 731–733.

Xarici keçidlər Yusif Səmədoğlunun qızı: "Papayla sevdiyim oğlandan da danışa bilərdim" Yusif Səmədoğlunun 20 Yanvar gecəsi Azadlıq Radiosuna müsahibəsi Yusif Səmədoğlu — 80 — Lider Tv Online Yusif Səmədoğlunun doğum günüdür

Həmçinin bax Vəkilovlar

Kateqoriya:Vəkilovlar Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvləri Kateqoriya:XX əsr Azərbaycan yazıçıları Kateqoriya:Maksim Qorki adına Ədəbiyyat İnstitutunun məzunları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Azərbaycan dilində yazan yazıçılar Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycan redaktorları