Əmiraslan xan Əhməd xan oğlu Dünbili (?-1838) — Xoy xanlığının sərkərdəsi, hakim, vali.

Həyatı Əmiraslan xan Dünbili əmirlərindən Əmir Əhməd xanın oğludur. Təbriz hakimi olan Əmiraslan xan, İran hökumətinin vəliəhdi Abbas mirzə Qovanlı-Qacarın yaxınlarından idi. H.l 240 (M. 1824)-cı ildə Xoy hakimi oldu. Məhəmməd şah Qacar zamanında Xəmsə və Zəncan valisi vəzifəsində xidmət edirdi. Daha sonra Qaradağ naibliyi vəzifəzinə təyin edildi. Fəzilətli bir şəxsiyyətə sahib olan Əmiraslan xan, hədis sahəsində yetkin bir alim idi. Ömrünün son zamanlarında sofulann yoluna girdi. İran şahı Osmanlı dövləti arasındaki savaşda Bayazidə hakim təyin edildi. Rus və Osmanlı hökmdarlannm yanında sayğın bir yer almışdı. Əmiraslan xan h. 1254 (M. 1838) –cü ildə vəfat etdi. Əmiraslan xan Qaradağ hakimi Seyfülmülk mirzə Qacarın müavini vəzifəsində çalışarkən şair Məzlumla sözləri çəpləşir. Xan biçarə Məzluma göz verir, işıq vermir. Axırda Məzlum Kirmanşah əyalətinə qaçır. Əmiraslan xana bir həcv yazır:

Görməm üzünü ləl ola gər daği-Qaradağ, Gər şəhri-Əhər olsa Bədəxşan, köpəkoğlu!

Ailəsi Əmiraslan xanın Əsədulla xan adlı oğlu vardı.

Mənbə Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2013

İstinadlar

Həmçinin bax Əhməd xan Dünbili

Xarici keçidlər http://www.donboli.com/aslan-khan.htm

Kateqoriya:Xoyda doğulanlar Kateqoriya:Dünbililər