Mario Püzo (; ) — italyan əsilli ABŞ yazıçısı, ssenaristi və tənqidçisi.
Həyatı Mario Püzo 15 oktyabr 1920-ci ildə italyan mühacir ailəsində anadan olmuşdur. İkinci dünya müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələrinin tərkibində Şərqi Asiya və Almaniyada xidmət etmişdir. Nyu-York Yeni Məktəbində və Kolumbiya Universitetində oxumuşdur.
Təxminən iyirmi il ABŞ-nin Nyu-Yorkda və xaricdəki dövlət idarələrində işləmişdir. 1963-cü ildən o, ştatdankənar jurnalist kimi fəaliyyətə başladı və peşəkar ədəbiyyatçı oldu.
Mario Püzonun ilk kitabı "Zülmət meydanı" 1955-ci ildə işıq üzü görmüşdür. Romandakı hadisələr müharibədən sonrakı Almaniyada baş verir. Hadisələrin mərkəzində Amerika əsgəri ilə alman qızının məhəbbəti dayanır. Yazıçının növbəti romanı "Xoşbəxt mühacir" 1965-ci ildə çap olundu. Roman ABŞ-də Böyük böhran dövründə italyan mühacirlərin ağır həyatından bəhs edirdi. Bu iki kitab Rusiyada ilk dəfə 1990-cı illərdə çap olundu.
Yazıçıya geniş dünya şöhrətini 1969-cu ildə işıq üzü görən "Xaç atası" romanı qazandırdı. Bu əsərdə italyan mafiyasının dərin köklərindən, qanunlarından, rüşvətxorluqdan, zorakılıqdan və alicənab qanqster don Karleonedən bəhs edirdi. 1970-ci illərdə bu roman bestsellerə çevrildi. 1972-ci ildə Mario Püzonun özünün ssenarisi əsasında kinorejissor Frensis Ford Koppola eyniadlı film çəkdi.
Mario Püzo 2 iyul 1999-cu ildə ürək çatışmazlığından Lonq-Aylenddəki evində vəfat etmişdir.
Mario Püzonun "Omerta" romanı onun ölümündən sonra, 2000-ci ildə çap olundu. "Ailə" adlı sonuncu romanı isə həyat yoldaşı Kerol Cino tərəfindən tamamlanmış və 2001-ci ildə işıq üzü görmüşdür.
Filmoqrafiya Xaç atası (film, 1972) / The Godfather Xaç atası 2 (film, 1974) / The Godfather Part II Zəlzələ (1974) / Earthquake Supermen (1978) / Superman Supermen 2 (1980) / Superman 2 Siciliyalı (1987) / The Sicilian Xoşbəxt səyyah qız (1988) Xaç atası 3 (film, 1990) / The Godfather Part III Sonuncu don (1997)
İstinadlar
Xarici keçidlər
FreshAir Interview Mario Puzo biography Mario Puzo Books The Official Mario Puzo Library
Kateqoriya:Ssenaristlər Kateqoriya:ABŞ tənqidçiləri Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:Manhettendə doğulanlar Kateqoriya:Nyu-Yorkda vəfat edənlər Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:XX əsrin ABŞ romançıları