Hüseyn xan Avşar (1894-?) — İctimai-siyasi xadim, İran Məclisinin üzvü.

Həyatı Hüseyn xan Avşar Avşar elinin Qasımlı oymağındandır. 1894-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl ailə təhsil almışdı. 14 yaşında Fransaya oxumağa getmişdi. Parisdə ali təhsil almışdı. Birinci Dünya müharibəsi ərəfəsində İrana qayıtdı. Osmanlı imperiyası ordusunda qulluq etdi.

Mehdiqulu xan Hidayətin Baş nazirliyi dönəmində İranın Maliyə naziri olmuşdu. İran Milli Məclisinin üzvü idi.

Mənbə ''' Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:Əfşarlar imperiyası Kateqoriya:Urmiyada doğulanlar Kateqoriya:İran parlamentinin üzvləri Kateqoriya:Tehranda vəfat edənlər