İmrani Aydın Bağır oğlu (25 may 1948 – 23 fevral 2025) — "Azərbaycanfilm" kinostudiyasının direktor müavini, inzibatçı və film direktoru.

Həyatı Aydın İmrani 25 may 1948-ci ildə Azərbaycan SSRİ, Kirovabad (Gəncə) şəhərində anadan olub. 10 yaşında valideynləri ilə Bakı şəhərinə köçürlər. Bakıda 44 nömrəli məktəbin məzunudur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (ADİU) bitirmişdir. 1967-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına inzibatçı vəzifəsinə işə qəbul olmuşdur. 1979-cu ildən film direktoru olaraq Azərbaycan kinosunda fəaliyyət göstərmişdir. Uzun illər "Azərbaycanfilm" kinostudiyasının direktor müavini vəzifəsində çalışmışdır. 80-ci illər Azərbaycan kinosunda bir neçə uğurlu filmin direktoru kimi fəaliyyət göstərmişdir.

Minsk şəhərində yaşayırdı.

Filmoqrafiya Qəribə adam (film, 1979) Qızıl uçurum (film, 1980) Yeddi gözəl (film, 1982) Evlənmək istəyirəm (film, 1983) Köhnə bərə (film, 1984) Cin mikrorayonda (film, 1985) İşarəni dənizdən gözləyin (film, 1986) Özgə ömür (film, 1987) Lətifə (film, 1989)

İstinadlar

Kateqoriya:Azərbaycan kinorejissorları