Dağıdıcı Ralf () — "Walt Disney Animasiya Studiyası" tərəfindən istehsal olunmuş 2012-ci il animasiya filmi. Riç Murun rejissorluğu və Klark Spenserin prodüserliyi ilə çəkilmiş olan film "Disney"in 52-ci animasiya filmidir. Filmdə videooyunda pis adam kimi rol alan və buna etiraz edib qəhrəman olmaq istəyən oyun personajından bəhs edilir.

"Dağıdıcı Ralf" filminin premyerası 2012-ci il oktyabrın 29-da Los-Ancelesdəki "El Kapitan Teatrında" baş tutub, qlobal olaraq 2 noyabr tarixində yayımlanıb. $165 milyon dollarlıq büdcə ilə çəkilmiş film dünya miqyasında $496 milyon dollardan çox gəlir əldə edib. Film "Enni" mükafatına layiq görülüb, bundan əlavə "Oskar" və "Qızıl Qlobus" mükafatına namizədlik qazanıb. Filmin davamı "Ralph Breaks the Internet" 21 noyabr 2018-ci ildə işıq üzü görüb.

İstinadlar

Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:Walt Disney Pictures filmləri Kateqoriya:İngiliscə dost komediya filmləri Kateqoriya:2012-ci ilin dram filmləri Kateqoriya:ABŞ cizgi filmləri Kateqoriya:Disney cizgi filmləri Kateqoriya:Videooyunlar haqqında filmlər Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin baddi komediya filmləri Kateqoriya:2010-cu illərin dostluq komediya filmləri Kateqoriya:2012-ci ilin komediya filmləri Kateqoriya:Disney klassikləri Kateqoriya:ABŞ-nin tammetrajlı animasiya filmləri Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri