Aqnes Monika (tam adı: Aqnes Monika Mulyöto, ; ) — İndoneziya müğənnisi və rəssamı. Üç uşaq albomu yazdırıb. Bir çox uşaq televiziya proqramlarında aparıcı kimi çıxış edib.

Həyatı 6 yaşında ikən öz fəaliyyətinə əyləncə sənayesində başlamışdır. Həmin dövrdə üç albom buraxdırmış Aqnesin adı məşhur müğənnilərlə bir sırada çəkilməyə başlayır. Oxumaqla yanaşı, həmçinin uşaq televiziya şousunun aparıcısı olmuşdur. Hələ yeniyetmə ikən Aqnes aktyorluq fəaliyyətinə başlamışdır. 2001-ci ildə çəkilmiş "Dininin toyu" sabun operası ona müvəffəqiyyət qazandırdı.

2003-cü ildə Aqnes And the Story Goes adlı ilk böyük albomunu çıxarır və bununla da İndoneziya musiqi sənayesində adını həkk etdirir. Aqnesin vətəndəki uğuru onu beynəlxalq miqyasda fəaliyyətini davam etdirməyə həvəsləndirir. 2005-ci ildə çıxan Whaddup A.. '?! adlı növbəti albomda Aqnes müğənni Kit Martinlə əməkdaşlıq etmişdir. Aqnes eyni zamanda, "Hospital" və "Bəyaz evdə məhəbbət" adlı dram janrında çəkilmiş iki Tayvan serialının çəkilişlərinə də cəlb edilib.

Diskoqrafiya Si Meong (1992) Yess! (1995) Bala-Bala (1996) And the Story Goes (2003) Whaddup A'..?! (2005) Nez (2008) Sacredly Agnezious (2009) Agnes Is My Name (2011) Agnez Mo (2013) X (2017)

Kateqoriya:İndoneziya müğənniləri Kateqoriya:Cakartada doğulanlar Kateqoriya:Uşaq aktyorlar