Mikayıl Cabbarov () — Azərbaycan Respublikasının iqtisadiyyat naziri (2019-cu ildən), Azərbaycan Respublikasının vergilər naziri (2017–2019), 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri, Azərbaycan Respublikasının təhsil naziri (2013–2017), Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2009–2013), Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini (2004–2009), Azərbaycan Badminton Federasiyasının prezidenti (2015–2021),Mikayıl Cabbarov Azərbaycan Badminton Federasiyasının prezidenti seçilib . report.az, 17. iyun 2015 Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti (2017–2021)Azərbaycan Qılıncoynatma Federasiyasının saytı . fencing.az, Azərbaycan Güləş Federasiyasının prezidenti (2021), Ələt azad iqtisadi zonası üzrə İşçi qrupunun rəhbəri (2024).
Həyatı Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub.
Təhsili 1992–1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1997–1998-ci illərdə ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb.Profile: Mikayil Jabbarov
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.
Əmək fəaliyyəti Əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb. 1999–2002-ci illər – özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. 1999-cu ildən ABŞ-nin Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür. 2002–2003-cü illər – İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri vəzifəsində çalışıb. 2003–2004-cü illər – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb. 2004-cü il, 20 fevral – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələlər və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirib. 2009-cu il, 6 mart – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 2013-cü il, 19 aprel – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin edilib. 2017-ci il, 16 iyun – Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri seçilib. 2017-ci il, 5 dekabr – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının vergilər naziri vəzifəsinə təyin edilib. 17 mart 2018-ci il – 2 mart 2020-ci il – Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın həmsədri olub. 2018-ci il, 17 mart – 7 iyul, 2022-ci il arasında Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri olub. 2018-ci il, 10 oktyabr – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib. 2019-cu il, 9 fevral – Azərbaycan Respublikasının Prezidenti Sərəncamı ilə 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib. 2019-cu il, 23 oktyabr – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib. 2019-cu il, 4 dekabr – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri təyin edilib. 2020-ci il, 2 mart – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri təyin edilib. 2020-ci il, 2 mart – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın sədr müavini təyin edilib. 2021-ci il, 4 yanvar – Dövlət başçısının Sərəncamı ilə yaradılmış Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. 2021-ci il, 23 yanvar – Dövlət başçısının Sərəncamı ilə Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri təyin edilib. 2022-ci il, 7 iyul – Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın həmsədri təyin edilib. 2022-ci il, 28 iyul – Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri təyin edilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri təyin edilib. 2024-cü il, 27 yanvar – Dövlət başçısının Sərəncamı ilə Ələt azad iqtisadi zonası üzrə İşçi qrupunun rəhbəri təyin olunub. 2026-cı il, 27 fevral – Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yeni yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına üzv təyin olunub. 2026-cı il, 8 iyul – Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri təyin edilib.
İctimai fəaliyyəti 1994–1997-ci illər – "Atəşgah İntellektual Oyunlar Klubu"nun prezidenti olub. 1996–1997-ci illər – Azərbaycan Gənclər Təşkilatları Forumunun sədr müavini olub. 1996–1997-ci illər – "Breyn-Rinq" oyunlarının Müstəqil Dövlətlər Birliyinin mütləq çempionu olub. 1997-ci il – Moskvada təşkil edilmiş "Nə? Harada? Nə zaman?" oyununda iştirak edən ilk azərbaycanlı bilicidir. "Nə? Harada? Nə zaman?" Bakı Televiziya Klubunun təcrübəli üzvüdür. Beşillik oyunların qalibidir. 2002-ci il – "Breyn rinq" üzrə dünya və "Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan çempionu olub. 2009-cu ildən – Gürcüstanın Tbilisi şəhərinin Fəxri Vətəndaşıdır. 2015–2021-ci illər – Azərbaycan Badminton Federasiyasının prezidenti olub. 2017–2021-ci illər – Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti olub. 2021-ci il – "Yüksəliş" müsabiqəsinin qalibi Ziya Mürsəlzadə ilə mentorluq proqramına başlayıb. 2021-ci il – Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib. 2023-cü il – İkinci "Yüksəliş" müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadə ilə mentorluq proqramına başlayıb. 2024-cü il – Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə mentorluq proqramına başlayıb.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda fəaliyyəti Mikayıl Cabbarov 2009–2013-cü illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olaraq fəaliyyət göstərib.
Onun rəhbərliyi dövründə dünya əhəmiyyətli memarlıq abidəsi olan "Məhəmməd məscidi" tam bərpa edilib, orta əsrlər abidəsi olan Kiçik Karvansarayda bərpa-konservasiya işləri aparılıb, "Bazar Meydanı"nda (Sıratağlı dini-memarlıq kompeksi) təmir-bərpa işləri aparılıb. Qala divarının böyük hissəsi bərpa edilib və ətrafı abadlaşdırılıb. XX əsrin əvvəllərində uçurulmuş 15-ci bürc yeri dəqiq müəyyən edilərək rekonstruksiya edilib.
2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu İdarənin strukturuna daxil edilib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə Qoruğun sərhədləri təsdiq olunub, Qoruq ərazisində infrastruktur yaxşılaşdırılıb, turistlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi üçün zəruri tədbirlər görülüb. İnfrastrukturun yaradılması ilə İçərişəhər turizm mərkəzinə çevirilib. Bu da yerli və xarici turistlərin Qoruq ərazisinə axınını 3 dəfədən çox artırıb. Ərazidə görülən işlər ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanıb.
Mikayıl Cabbarovun müsahibəsindən: "Görülən məqsədyönlü və sistemli tədbirlər İçəri Şəhərin milli-mədəni irsimizin təbliği mərkəzinə çevrilməsinə, onun mədəni turizm və istirahət məkanı kimi potensialının artırılmasına, tarixi-memarlıq görkəminin yaxşılaşmasına və zənginləşməsinə, dayanıqlı sosial-iqtisadi inkişafına xidmət edir. Son 3 il ərzində təkcə qeyri-dövlət sektoru tərəfindən yaradılan turizm infrastrukturu obyektlərində 704 yeni iş yeri açılmış və bununla da o cümlədən yerli sakinlərin məşğuliyyəti təmin olunmuşdur".
Təhsil Nazirliyində fəaliyyəti Mikayıl Cabbarov 2013–2017-ci illərdə təhsil naziri kimi fəaliyyət göstərib.
Onun Azərbaycanın təhsil naziri kimi fəaliyyəti müddətində ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbə hazırlıq təhsilinə başlanıb.
Nazir müəllimlərlə iş və onların qiymətlədirilməsində yeni qaydalar tətbiq edib. 2014–2018-ci illər ərzində ölkədə ümumilikdə 140.000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib.
Tədris prosesinin elektronlaşdırılması bu dövrdə təhsil sahəsində aparılmış islahatların əsas istiqamətlərindən biri olub. 2015-ci ildə Bakı şəhərində birinci siniflərə qəbul prosesi tam elektronlaşdırılıb. 2017-ci ildə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrinin birindəndən digərinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə https://transfer.edu.az/ xüsusi elektron sistemi istifadəyə verilib.
Təhsil naziri tədrisə yanaşmada innovativ alətlərin tətbiq edilməsinə xüsusi diqqət ayırıb və bu istiqamətdə maraqlı layihələr həyata keçirilib. 2014-cü ildə məktəbyaşlı uşaqların inkişafı, maarifləndirilməsi, təhsili və sağlamlığının qorunması kimi mühüm vəzifələrin həlli məqsədilə "Sağlam təhsil-sağlam millət" layihəsinə start verilib.
Mikayıl Cabbarovun təşəbbüsü ilə 2014-cü ildə 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində SABAH qrupları yaradılıb. Üç ildən sonra SABAH qruplarının ilk məzunlarının buraxılış mərasimi keçirilib.
2016-cı ildə Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə "Məktəblinin dostu" pilot layihəsinə başlanılıb.
Təhsil naziri kimi Mikayıl Cabbarovun fəaliyyətində yaddaqalan məqamlardan biri təhsil sahəsində şəffaflıq istiqamətində apardığı islahatlardır. 2015-ci ildən respublika fənn olimpiadalarının keçirilməsində yeni şəffaf qaydalar tətbiq olunub. 2016-cı ildə beynəlxalq PIRLS qiymətləndirilməsində nəticələr 462-dən 472 bala yüksəlib, "Mükəmməl" və "Yüksək" kateqoriyada olan şagirdlərin sayı 2 dəfə artıb. 2017-ci il — "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin icrasına başlanılıb.
Təhsil sahəsində görülmüş işlər nəticəsində Azərbaycanın təhsil sistemində mühüm kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verib. Eyni zamanda təhsil infrastrukturu təkmilləşdirilib və onun texniki imkanları artırılıb. 2015-ci ildə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələri tərəfindən "Maarifçi" Tələbə Kredit Fondu təsis edilib. Fondun missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılması idi.