Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən).

Həyatı N. Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985–1992-ci illərdə M. Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S. Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır.

Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A. Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F. Brukner), Süzanna (R. Toma "Vtoroy vıstrel"), Arkadina (A. P. Çexov "Çayka"), Qonerilya (U. Şekspir "Kral Lir"), Məryam (S. Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.

Mükafatları Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2021-ci il

Filmoqrafiya Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Otel otağı (film, 1998) Yoxlama (film, 2006)

İstinadlar

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları