I Rocer () — Siciliyanın ilk qrafı. Tankred Hoytvillin oğlu idi. Normanların nəslindən gələn Rocer 1055-ci ildə İtaliyaya gəlmişdi. Qardaşları ilə birlikdə uzun illər Siciliya əmirliyinə qarşı müharibə aparmışdı. 1071-ci ildə Palermonun ərəblərdən alınmasından sonra Siciliya qrafı elan edilmişdi. 1091-ci ildə Malta adasını almışdı.

Ailəsi 1061-ci ildə Normandiya hersoqu I Vilyamın böyük nəvəsi Juditlə evlənmişdi. Ondan ancaq qızları olmuşdu (Matilda, Adelisa və Emma). 1077-ci ildə Eremburqa adlı başqa bir norman qadınla evlənmişdi. Ondan olan övladları: Mauger — Troyana qrafı Matilda Muriel Konstansiya — II Konradla evlənmişdi. Felisiya — I Kolomanla evlənmişdi. Violante — Burqundiya şahzadəsi Robert ilə evlənmişdi. Flandina Judit — Korversano qrafı I Robert ilə evlənmişdi. Rocer 1087-ci ildə Adelheyd del Vasto ilə evlənmişdi. Övladları: Simon Hoytvill — Siciliya qrafı II Rocer — Siciliya kralı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Normanlar Kateqoriya:XI əsr Avropa hökmdarları