Eldar Hidayət oğlu Mikayılzadə () — azərbaycanlı xalçaçı-rəssam; Azərbaycanın xalq rəssamı (2018), SSRİ Rəssamlar İttifaqının (1986), Rusiya Rəssamlar İttifaqının (2004) və UNESCO yanında Rəssamlar Birliyinin üzvü; Azərbaycan manatının ilk eskizlərinin müəllifi.Milli Valyutamızın ilk eskizlərinin müəllifi Publika.Az-a danışır.
Həyatı və fəaliyyəti Eldar Mikayılzadə 1956-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur.
1971-1975-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin Rəngkarlıq fakültəsini əla qiymətlərlə bitirdikdən sonra, 1978-1983-cü illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dekorativ Tətbiqi Sənət fakültəsini Xalçaçılıq ixtisası üzrə bitirmişdir. Təhsilini o vaxtkı Leninqrad Rəssamlıq Akademiyasında davam etdirmişdir.
1977-ci ildə yaratdığı ilk sənət əsərini doğma kəndinə həsr etmiş və ehtiram, məhəbbət əlaməti olaraq onu "Yeni Xilə" adlandırmışdırAnnotasiya. "Dahilərə ithaf". .
1984-cü ildən xalçaçı-rəssam kimi peşəkar fəaliyyətə başlamışdırGünel Musayeva. Eldar Mikayılzadənin “Dahilərə ithaf” sərgisi açılıb. 525-ci qəzet, 12 may 2010, səh. 7. .
Əvvəlcə Azərbaycan Elmlər Akademiyasında xalçaçılıq şöbəsində işləyir, daha sonra isə "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyində baş rəssam kimi çalışır. Əmək fəaliyyətini həmin birlikdə baş direktorun müavini, baş direktor vəzifələrinin icraçısı olaraq davam etdirir. Sonralar özünün "Xalı" şirkətini yaradır.
Hazırda Dövlət Rəssamlıq Akademiyasında baş müəllim vəzifəsində çalışır, 1993-cü ildən Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət işləri üzrə sədr müavinidir.
1986-cı ildən SSRİ Rəssamlar İttifaqının, 2004-cü ildən Rusiya Rəssamlar İttifaqının və YUNESKO yanında Rəssamlar Birliyinin üzvüdür.
Əsərləri Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı və Küveytdəki şəxsi kolleksiyalarda saxlanılır.
Əsərləri Xalçalar "Yeni Xilə" - 1977. "Səttar dünyası" - 1979Ziyadxan Əliyev. Ecazkar xalçaların yaradıcısı. 525-ci qəzet, 17 yanvar 2013, səh. 8. . "Şəbi-hicran-1" - 1981. "İthaf" (bu xalçası iki böyük sənətkara – Səttar Bəhlulzadəyə və Lətif Kərimova həsr edilmişdir); "Azərbaycan nağılları". "114. Bismillah". "Nağıllar aləmi" - 1983. "Azərbaycanın poeziya və musiqi korifeyləri" - 1983-1984. "Xətai" - 1990. "Xəmsə" - 1991. "İslam" - 1992. "Təbriz - 1993. "Bürclər - 1994. "Xilaskar" - 1995-1997. "Üç din" - 1998. "Səttar" - 1999. "Bismillahir-rəhmanir-rəhim" - 2001. "Üç peyğəmbər" - 2003. "Şəbi-hicran-2" - 2006. "Yaranış" - 2010. "Səttarın arzusu" - 2012. "Kəhkəşan" - 2012Tofiq Türkel. Azərbaycan xalça məktəbinin yeni əsəri-“Kəhkəşan”. contact.az.
Pullar 1 manatlıq əsginas 5 manatlıq əsginas 10 manatlıq əsginas 50 manatlıq əsginas 100 manatlıq əsginas 250 manatlıq əsginas 500 manatlıq əsginas 1000 manatlıq əsginas
Mükafatları Müəllifi olduğu "Yaranış" xalçası Frankfurtda keçirilmiş beynəlxalq sərgidə qızıl medala layiq görülmüşdür.
27 may 2018-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına layiq görülmüşdür.
26 may 2026-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələri və “Səmavi dinlər” triptixinə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif olunub.
Filmoqrafiya İşıqlı ilmələr. Lətif Kərimov (film, 2007)
Mənbə Eldar Mikayılzadə ilə müsahibə
İstinadlar
Xarici keçidlər Azadlıq Radiosu. Eldar Mikayılzadənin möcüzəli Kəhkəşan xalçası haqqda video
Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan xalçaçıları Kateqoriya:Azərbaycanın xalçaçı rəssamları Kateqoriya:SSRİ Rəssamlar İttifaqının üzvləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan rəssamları Kateqoriya:XX əsr Azərbaycan rəssamları