Gəncə şəhər stadionu — Azərbaycanın Gəncə şəhərində stadion, tutumu 15.343 tamaşaçıdır. Gəncənin "Kəpəz və "Gəncəbasar" klubları ev oyunlarını burada keçirir. Bu stadion Azərbaycanın ən böyük klub stadionudur. Burada bir sıra məşhur oyunlar keçirilib. Azərbaycan çempionatinda qeydə alınmış ən yüksək azarkeş göstəricilərinin hamısı məhz bu stadionda qeydə alınıb.

Tarixi 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Arena "Dinamo" Kirovabad klubunun 1967-ci ildə SSRİ çempionatının yüksək liqasına çıxması ilə genişləndirilib.

Azərbaycan Premyer-liqasının 2015/2016-cı il mövsümündə tamaşaçı sayında rekord vuran "Kəpəz" futbol klubunun çempionat ərzində 18 ev oyununu Gəncə şəhər stadionundan 240 min 650 azarkeş izləyib. Ən çox tamaşaçı 2016-cı il fevralın 14-də XXI turda keçirilən "Kəpəz"–"Qarabağ" görüşündə qeydə alınıb – 20 min 400 tamaşaçı.2025-ci il III MDB Oyunları yenidənqurmadan sonra Gəncə stadionunda keçirilmişdir.

Yenidənqurma 2018-ci ildə Gəncə şəhər stadionu təmir üçün Dövlət Proqramına salınıb. Yenidənqurma işlərinin 2019–2020-ci illərdə görülməsi planlaşdırıldığı bildirilib.

Baxımsız qalan stadionun yenidən qurulması və təmiri cəhdləri bir neçə dəfə edildi. Ancaq hər dəfə başlanmış işlər sona çatmadı. 2011-ci ilin noyabr ayında AFFA prezidenti Rövnəq Abdullayev Gəncə stadionunun yenidən qurulması planının hazırlandığını, onun başa çatmasından sonra 2012-ci ildə lazımi işlərin başlanacağını bildirib. Yenidənqurma üçün daha bir cəhd 2013-cü ildə AFFA prezidenti Rövnəq Abdullayevin tapşırığı ilə edilib. AFFA-nın baş katibi Elxan Məmmədovun sözlərinə görə, 2013-cü ilin avqust ayında təmir işlərinə başlanılmalı və ən qısa müddətdə başa çatdırılmalı idi. Ancaq konkret addımlar atılmadı. Nəhayət 2023-cü ildə stadion yenidənqurma işləri üçün bağlandı. Azərbaycan Prezidentinin 2023-cü il 6 oktyabr tarixli Sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Stadionun layihələndirmə işləri 2024-cü ildə başa çatdırılıb.

Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Bu səbəbdən Gəncənin Kəpəz klubu da ev oyunlarını başqa şəhərlərdə keçirməli olurdu. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il aprelin 9-da Gəncə şəhər stadionunun təməlini qoyub. Həmin ilin avqust ayında Gəncə şəhər stadionunun yenidən qurulması üzrə işlərin birinci mərhələsi üçün 15 milyon manatlıq müqavilə imzalanıb. Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılıb. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir.

Yenidənqurmadan sonra Gəncə şəhər stadionu müasir standartlara cavab verir.2026-cı ilin avqustundan etibarən Kəpəz PFK ev oyunlarını bu stadionda keçirir.

İstinadlar

Xarici keçidlər Gəncənin əsas stadionunun acınacaqlı durumu — FOTO/VİDEO FHN "Kəpəz" komandasına ŞƏRT QOYUB: "Yeni stadion tikilməlidir"

Kateqoriya:Gəncədə idman Kateqoriya:Azərbaycan stadionları Kateqoriya:Azərbaycan futbol stadionları Kateqoriya:Gəncədəki binalar və tikililər