Tapqışlaq məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri.

Haqqında Tapqışlaq məhəlləsi şimaldan Şərəfxanlı, Şahsevənlər, şərqdən Lətifli, cənubdan Qazaxlar, qərbdən Quru qobu ilə həmsərhəddir. Məhəllə indiki Təbriz küçəsinin bir hissəsində yerləşir. Tapqışlaq məhəlləsinin əhalisi Gəncənin ətraf kəndlərindən, bölgələrindən gəlmədirlər. Əvvəllər bura heyvanların qışlaq yeri olub. Məhəllə sakinləri heyvandarlıq, üzümçülüklə məşğul olurdular. Əkin yerlərini və məişətdə işlətdikləri suyu 1956-cı ilə qədər Xan arxından götürürdülər. Məhəllədə Məşədi Məmmədtağı dəyirmanı da var idi. Məhəllə sakinləri tərəfdən burada möhrədən üstü günbəzsiz məscid tikilmişdi. 1934-cü ildə Sovetlər dövründə məscid Qızıl Əskər kolxozunun ambarına çevrildi. O zamanlar məscidin bir hissəsində 3 otaqlı 4 illik ibtidai məktəb var idi. Bu məktəb Şərəfxanlı məhəlləsində (Eminbəyli küçəsində) olan M. F.Axundzadə adına 7 illik natamam orta məktəbin şöbəsi idi.

İstinadlar

Mənbə

Həmçinin bax Ozan məhəlləsi Əttarlar məhəlləsi Şahsevənlər məhəlləsi

Xarici keçidlər Gəncə adlı salnamə - Tapqışlaq məhəlləsi / Kəpəz Tv

Kateqoriya:Gəncə məhəllələri