Birqit () — 24 sentyabr 1988-ci ildə anadan olan Estoniyalı müğənni.
Birqit 2013 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı "Et Uus Saaks Alguse" mahnısı ilə təmsil edib.
Karyerası Birgit 2007-ci ildə "Eesti otsib superstaari" milli televiziya şousunun 1-ci mərhələsinin qalibi olmuşdu. Elə həmin ildə də o, Uilyam Şekspirin "Veroniyalı iki centlmen" pyesi əsasında çəkilmiş eyniadlı filmdə Silviya obrazını canlandırır. 2007-ci ildə bunlardan başqa o, "L'Olivo d'Oro" (qızıl zeytun) italyan mədəniyyət festivalında qeyri-italyan kimi çıxış edərək birinci yerə çıxır və mükafatlandırılır.
Şəxsi həyatı Birgit 15 mart 2015-ci il tarixində Indrek Sarrapla Taylandda ailə həyatı qurdu. Bu cütlüyün Simeon adlı oğlu və Helen adlı qızı var.
Diskoqrafiyası Albomları Birgit Oigemeel (15 yanvar 2008) Ilus aeg (11 noyabr 2008) Teineteisel pool (19 noyabr 2009) Uus algus (3 dekabr 2013) Mahnıları Kas tead, mida tähendab? (13 noyabr 2007) 365 Days Homme Ise Last Christmas Talve volumaa (2008) Moonduja (2009) See öö (2009) Kahe vahel (2009) Pogenen (2009) Sinuga end elusana tunda voin (2010) Parem on ees (2011) You're not alone (2011) Et uus saaks alguse (2013) Sea of life Nii täiuslik see (2013) Olen loodud rändama (2013) Lendame valguskiirusel (2014) Pea meeles head (2014) Kolm kuud (2014) Kingitus (2015)
İstinadlar
Kateqoriya:Tallində doğulanlar Kateqoriya:Estoniya Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Estoniya müğənniləri Kateqoriya:Estoniyanın "Avroviziya" təmsilçiləri