Aqil Ağacanov () — aktyor, daha çox "Bizim Cəbiş müəllim" filmindəki Makedon rolu ilə tanınır.Cuvarlı, O. Makedonun sonrakı taleyi: ["Bizim Cəbiş müəllim" filmindən Makedon kimi tanıdığımız Aqil Ağacanov haqqında] //Ədalət.- 2014.- 14 noyabr.- S.5.

Həyatı Aqil Ağacanov 22 avqust 1949-cu ildə Bakının Sabunçu rayonunun Pirşağı kəndində doğulub.

Bakı şəhəri 112 saylı orta məktəbi 8 illik sistemlə bitirmiş, lakin sonra gecə məktəbində Ramana müəllimlərindən təhsil almışdır. Orta təhsilini bitirdikdən sonra 1969-cu ildə hərbi xidmətə yola düşmüşdür.

Uzun müddətdir ki, aşpaz, xüsusilə də kababçı kimi fəaliyyət göstərib və bütün Bakı kəndlərində onu elə kababçı Aqil kimi tanıyırlar.

31 may 2026-cı ildə uzun sürən xəstəlik səbəbindən səhər saatlarında vəfat edib.

Ailəli idi, ikisi qız, biri oğlan olmaqla üç övladı və iki nəvəsi vardır.

Makedon rolu Aqil Ağacanovun oynadığı Makedon rolu "Bizim Cəbiş müəllim" filmindəki maraqlı obrazlardan biridir. Onu filmə təsadüfən çəkirlər. Belə ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq, Aqili Makedon roluna sınaqlara çağırır. Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək və belə də olur.

Filmoqrafiya Bizim Cəbiş müəllim (film, 1969) Yuxu (film, 2001)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Kababçılar