Nüzhə (ənnüzhət) – Səfiəddin Urməvinin icad etdiyi simli musiqi alət. Müəllifin öz deməsinə görə, səntur, qanun və çəngin birləşməsindən əmələ gəlib.
Söz açımı "Nüzhə", "ənnüzhət" sözləri ərəbcə "əyləncə", "könül oxşama" deməkdir . Bu da alətin səs tembri ilə bağlıdır.
Tarixçə Orta əsrlərdə geniş yayılan bu alət təqribən XVI əsrdən sonra unudulmağa başlayıb. Arxivlərdə aparılan araşdırmalar sonucunda aləti bərpası mümkün olub.
Quruluşu Quruluşca səntura bənzəyir və səntur kimi xromatikdir. Uzun dördbucaqlı şəklindədir, 81 simi vardır. Bu simlərdən hər üçünün eyni ucalıqda (unison) köklənmiş olduğunu nəzərə alsaq, nüzhə musiqi alətində 27 müxtəlif səs əldə edildiyi məlum olar.
İstinadlar
Xarici keçidlər Günel Adıgözəlova - Nüzhə ("Çələng" verilişi) Günel Adıgözəlovanın nüzhədə ifası bəstə: Səfiəddin Urməvi
Kateqoriya:Simli musiqi alətləri Kateqoriya:Azərbaycan musiqi alətləri Kateqoriya:Azərbaycan ixtiraları