Abdullah ibn Səba (; VII əsr) — Erkən islam tarixi ilə bağlı mənbələrdə adı çəkilən, şəxsiyyəti və fəaliyyəti barədə ziddiyyətli məlumatlar mövcud olan bir şəxsdir. Ənənəvi sünni tarixşünaslıqda o, III xəlifə Osman ibn Əffanın dövründə baş vermiş siyasi hadisələrdə, xüsusilə “fitnə” hadisələrində iştirak edən və ifrat şiə (ğulat) düşüncələrinin təşəkkülündə rol oynayan şəxs kimi təqdim edilir. Bir sıra müasir tədqiqatçılar isə onun tarixi şəxsiyyət kimi mövcudluğunu şübhə altına almış və ya bu obrazın sonrakı dövrlərdə formalaşdırıldığını irəli sürmüşlər.
Abdullah ibn Səbanın əslində həqiqətdən uzaq, xəyali bir obraz olduğunu tanınmış Misir alimi Taha Hüseyn “Böyük fitnə” kitabında qeyd etmişdir. Son onilliklərdə yaşamış cəfəri məzhəbli məşhur tədqiqatçı alim Əllamə Seyid Mürtəza Əsgəri “Abdullah ibn Səba əfsanəsi” adlı kitabında bu məsələ barədə qeyd edir ki, Abdullah ibn Səba adlı şəxsiyyətin və banisi hesab edildiyi Səbaiyyə firqəsinin mövcudluğunun heç bir əsası yoxdur. Abdullah ibn Səba haqqında bütün mövcud rəvayətlər Təbəri tarixindən götürülüb. Təbəri isə bu rəvayətləri hicri 170-ci ildə (miladi 786-787-ci illərdə) vəfat etmiş Seyf ibn Ömər Təmimi Kufi adlı şəxsdən rəvayət edib. Seyf ibn Ömər də İslam Rical mənbələrində yalançı, iftiraçı, hadisələri dəyişdirib əksinə nəql edən ravi kimi tanınır.
Bəzi sünni tarixçilər Abdullah ibn Səbanın İslamı qəbul etdiyini bildirən, lakin əslində müsəlman olmayan yəmənli yəhudi olduğunu bildirirlər. Onun haqqında həm sünni, həm də şiə müəllifləri öz əsərlərində yazmışlar. Abdullahın yəhudi kökləri şiələrin əleyhdarlarına “rafizliyin əsaslarının yəhudilərdən götürüldüyünü” iddia etməyə əsas verirdi. İddialara görə, Xilafətdə üçüncü xəlifə Osman ibn Affanın öldürülməsinə səbəb olan qarışıqlığın əsas təşkilatçılarından biri idiАли-заде А. А. Сабаиты // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007. — ISBN 978-5-98443-025-8. (CC BY-SA 3.0). O, rəğbət obyekti olaraq Əli ibn Əbu Talibi seçir. Əlinin fəal siyasi tərəfdarı olmuş, onun xeyrinə fəal təbliğat apardığı da iddia edilirʿAbd Allāh b. Sabaʾ / Hodgson, M.G.S. // Encyclopaedia of Islam. 2 ed : : in 12 vol. / edited by H.a.R. Gibb; J. H. Kramers; E. Lévi-Provençal; J. Schacht; B. Lewis & Ch. Pellat. Assisted by S. M. Stern (pp. 1—330), C. Dumont and R. M. Savory (pp. 321-1359). — Leiden : E.J. Brill, 1986. — Vol..
Bəzi iddialara görə, Abdullah ibn Səba həm də Məhəmmədin Əlidə zühur etməsi, Əlinin ruhunun sonrakı imamlarda öz təzahürünü tapması və qiyamət günündə Əlinin yer üzünə dönəcəyi ilə bağlı təlimin əsasını qomuşdur. Amma Əli Abdullahın təlimini dəstəkləməmişdir. Geniş yayılmış rəvayətə görə onu ilahiləşdirdiyinə görə Əli Abdullanı və onun ardıcıllarını lənətləmiş, hətta onu yandırmağı əmr etmişdirKaynak: Mustafa Öz, Mezhepler Tarihi ve Terimleri Sözlüğü, Ensar, İstanbul, 2011..
Adı və mənsubiyyəti
Əksər şiə və sünni mənbələrində onun adı “Abdullah ibn Səbə” kimi qeyd olunur. Mənbələrdə onun atası, qəbilə mənsubiyyəti və ya nəsil şəcərəsi barədə ətraflı məlumat verilmir.
Bəzi müəlliflər (məsələn, Bəlazuri “Ənsabül-əşraf” (“Alicənab şəxslərin nəsəbləri”), Səmaninin “Ənsab” (“Nəsəblər”), Zəhəbi “əl-Müştəbih”, Məqrizi “əl-Xutat vəl-asar” (“İzlər və əsərlər”) onun adını “Abdullah ibn Vəhb əs-Səbai” kimi qeyd etmişlər. Lakin bəzi tədqiqatçılar bu məlumatın Abdullah ibn Vəhb ər-Rasibi (Nəhrəvan döyüşündə öldürülmüş xarici lider) ilə qarışdırılma nəticəsində yarandığını bildirmişlər.“Ənsabul-əşraf”: 2/383 (Əllamə Əskərinin “Abdullah ibn Səbə” kitabından nəqlən: 2/321), Taha Hüseyn “Əli və bənuhu” kitabında (səh. 519) belə deyir: “İbn Səbə Bəlazurinin nəzərində İbnus-Səvda deyil, məhz Abdullah ibn Vəhb əl-Həmədanidir”.
Seyf ibn Ömərin rəvayətlərində o, “İbn Səvda” (qara qadının oğlu) kimi təqdim edilir. Anasının “Səvda” ləqəbli olduğu qeyd olunsa da, digər ailə üzvləri barədə tarixi mənbələrdə demək olar ki, məlumat yoxdur.
Ənənəvi sünni rəvayətlərdə
Ənənəvi sünni tarixşünaslıqda (xüsusilə Təbərinin “Tarix ər-rusul vəl-müluk” əsərində) Abdullah ibn Səbə aşağıdakı xüsusiyyətlərlə təqdim edilir:“Tarixut-Təbəri”: 3/379.
Əvvəllər yəhudi olmuş, sonra islamı qəbul etmişdir; Xəlifə Osmanın siyasətinə qarşı narazılıqları qızışdırmışdır; Əlinin xilafətə daha layiq olduğunu təbliğ etmişdir; “Rəcət” (Əlinin qayıdışı) və ya onun ilahi xüsusiyyətlərə malik olması kimi fikirlər irəli sürmüşdür; Osmanın qətli və sonrakı vətəndaş müharibələrinin ideoloji təşviqatçılarından biri olmuşdur.
Lakin araşdırmalara görə, bu məlumatların əsas hissəsi Təbərinin tarixində Seyf ibn Ömər vasitəsilə nəql edilmiş rəvayətlərə dayanır və həmin rəvayətlərin sənəd baxımından ciddi tənqidə məruz qaldığı qeyd olunur.“Təhzibut-təhzib”: 4/259; “Mizanul-itidal”: 3/353; “Təhzibul-kamal”: 12/326
Abdullah ibn Səbənin yəhudi olması, islamı qəbul etməsi, fitnələrdə iştirakı və bəzi etiqadları ixtira etməsi barədə məlumatlar digər erkən mənbələrdə açıq şəkildə təsdiqlənmir və əsasən Seyf ibn Ömərin rəvayətlərinə əsaslanır.
Şiə mənbələrində
Şiə hədis və firəq ədəbiyyatında Abdullah ibn Səbənin adı çəkilir. Bəzi mənbələrdə (məsələn, Növbəxtinin “Firəquş-şiə” əsərində) “səbəiyyə” adlı firqədən bəhs edilir və bu firqənin Əli barədə ifrat fikirlər irəli sürdüyü qeyd olunur.
Şiə mənbələrində nəql olunan rəvayətlər iki qrupa bölünür:
Osmanın və Əlinin xilafəti dövründə Abdullah ibn Səbə adlı şəxsin mövcudluğunu qəbul edən rəvayətlərNovbəxti. “Firəquş-şiə”: səh.22“İxtiyaru-mərifətir-rical”: səh.107, 305“Əl-Məqalat vəl-firəq”: səh.20.; Onun Əlinin xəlifəliyi vaxtı Əli barədə ifrat fikirlər söylədiyini və bu səbəbdən Əli tərəfindən yandırıldığını bildirən rəvayətlər.“İxtiyaru-mərifətir-rical”: səh.106.Əllamə Hilli. “Xülasətul-əqval”. “Ricaul-əllamətil-Hilli”: səh.237.Seyyid Əhməd ibn Tavus. “Həllul-işkal fi mərifətir-rical” (“Ravilərin tanınması mövzusunda qarşıya çıxan problemlərin həlli”). “Ət-təhrirut-tavusi”: səh.173.
Bəzi rəvayətlərdə Əlinin ifratçı bir qrupu yandırtması barədə məlumat verilir.“Uyunul-mucizat”: səh.10; “Müstədrəkül-vəsail”: 18/169; “Biharul-ənvar”: 41/213 Lakin bu rəvayətlərdə adı çəkilən şəxsin məhz Abdullah ibn Səbə olub-olmaması məsələsində ixtilaf var.İbn Həcər. “Fəthül-Bari”: 12/227.
Şiə alimlərinin əksəriyyəti ifrat (ğulat) cərəyanları tənqid etmiş və şiə məzhəbinin əsas etiqadlarını Abdullah ibn Səbəyə bağlamağı əsassız saymışdır.
Mövcudluğu barədə ixtilaf
Abdullah ibn Səbənin tarixi şəxsiyyət kimi mövcudluğu barədə alimlər arasında fikir ayrılığı var.
Mövcudluğunu qəbul edənlər
Ənənəvi sünni tarixçilər onun real şəxsiyyət olduğunu qəbul etmişlər və erkən siyasi hadisələrdə müəyyən rol oynadığını bildirmişlər.
Mövcudluğunu şübhə altına alanlar
Bir sıra müasir alimlər onun obrazının sonradan formalaşdırıldığını irəli sürmüşlər. Məsələn:
Əllamə Məhəmmədhüseyn Təbatəbai “əl-Mizan” təfsirində Təbərinin əsaslandığı ravilərin (xüsusilə Seyf ibn Ömərin) zəif və tənqid olunmuş şəxslər olduğunu qeyd etmişdir.Əllamə Təbatəbai. “Əl-Mizan fi təfsiril-Quran”: 9/260
Əllamə Mürtəza Əskəri “Abdullah ibn Səbə və əsatir uxra” əsərində bu obrazın II hicri əsrində formalaşdırılmış ola biləcəyini irəli sürmüşdür.Əllamə Əskəri. “Abdullah ibn Səbə və əsatir uxra”: 2/315
Bəzi alimlərə görə, mövcud mənbələrdə Abdullah ibn Səbə barədə məlumatlar ciddi təzad və ziddiyyətlərlə müşayiət olunur və bu səbəbdən onun tarixi rolu barədə qəti nəticəyə gəlmək çətindir.Əbdüləziz Həllabi. “Abdullah ibn Səbə: dirasətun lir-rivayatit-tarixiyyə an daurihi fil-fitnə”: səh.71.Əli Vardi. “Vuaazus-salatin”: səh.274-278.Mustafa Şeybi. “Əs-Silə beynət-təsəvvufi vət-təşəyyu”: 1/89.Əhməd Abbas Saleh. “Əl-yəmin fil-islam”: səh.95.
İstinadlar
Ədəbiyyat
Şeyx Əli Ali-Muhsin. Abdullah ibn Səbə: həqiqət, yoxsa xürafat? 313news.net. Tərcüməçi: Hilal Ağamoğlanov. Redaktor: Peyman Məmmədov “Lillah summə lit-tarix” kitabına cavab - Şeyx Əli Ali-Muhsin: Abdulla ibn Səba haqqında şübhələrə cavab: 1-ci hissə; 2-ci hissə 3-cü hissə; 4-cü hissə
Xarici keçidlər
Kateqoriya:Şiələr Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:İslam tarixi