Azərbaycan Dövlət Xor Kapellası — Respublikanın aparıcı musiqi kollektivlərindən biri. Azərbaycan Dövlət Filarmoniyasının nəzdində 1966-cı ildə yaradılmışdır. Yarandığı vaxtdan uzun illər boyu kollektivə əməkdar incəsənət xadimi, xormeyster Eduard Novruzov rəhbərlik etmişdir.
1996-cı ildən Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru xalq artisti Gülbacı İmanovadır. Xorun repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarətdir, o cümlədən, muğamlar əsasında bəstələnmiş C.Cahangirovun “Füzuli” kantatası, “Çahargah”, N.Əliverdibəyovun “Bayatı-Şiraz” xor kompozisiyaları Azərbaycan Dövlət Xor Kapellasının repertuarında görkəmli yer tutur. Hazırda Azərbaycan Dövlət Xor Kapellasının xormeysteri Azərbaycan Musiqi Akademiyasının dosenti Yulizana Kuxmazovadır.
Mənbə Xor Kapellasının 80 illik yubileyi
Kateqoriya:1966-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan musiqisi