Surtsey () — İslandiyanın cənubi sahili yaxınında vulkanik bir adadır. Adı İsland dilində "Surturun adası" deməkdir. 63,30° ş.e, 20,62° q.u koordinatlarında yerləşən ada İslandiyanın ən cənub torpaq parçasıdır.
Yaranması
Yaranmazdan əvvəl Ada yaradan sualtı vulkan püskürməsindən 1 həftə əvvəl Reykyavikdə bir müşahidəçi kiçik tərpəntilər qeydə allr. İki gün öncə isə dənizin temperaturunun qalxdığl məlum oldu. Həmçinin İslandiyanın 80 km uzaqlığında olan Vik ada-kəndindəin sakinləri hidrogen-sulfat qoxusu almışdılar.
Püskürmələrin başlaması 14 noyabr 1963-cü ildə yerli vaxtla 07:15-də İslandiyanın cənubunda "İsleifur II" gəmisinin aşpazı qara duman gördü. Gəminin kapitanı əvvəlcə bunun yanan balıqçı gəmisi olduğunu düşündü və buna görə gəmini ora sürdü. Lakin çatanda bunun sualtı vulkan püskürməsi olduğu anlaşıldı.
Ada vulkanın təsiri ilə okeanın 130 m dərinliyində üzə çıxmaya başladı. yeni ada 500 metr genişliyində, 45 m yüksəkliyində idi. Adaya İslandiya miflərində vulkan divi olan Surturun şərəfinə "Surturun adası" mənasını verən "Surtsey" adı verildi. 20 noyabrda adanın ölçüləri 900×655 m idi. Püskürmələr davam edirdi. 1967-ci ilin 5 iyununda püskürmələr dayananada adanın sahəsi 2,7 km2 , yüksəkliyi 174 m idi. Surtseyin şimalında isə "Nourtangi" adı verilən qum təpəciyi əmələ gəlmişdir.
Digər adalar thumbnail
Sirlinqur Püskürmələr nəticəsində 1965-ci ilin 28 mayında Surtseyin 600 m şimalında Sirlinqur adlandırılan ada üzə çıxır və bu adada püskürmələr 1965-ci ilin oktyabrina qədər davam etdi. 150 metr genişliyində idi, lakin 1965-ci ilin 24 oktyabrında ada suya qərq oldu.
Youlnir Vulkanın yaratdığı digər ada 1965-c ilin dekabrında Surtseyin 900 m cənub-qərbində ortaya çıxan Youlnir adası idi. Youlnir 7 ay içində 300 m2 sahəyə və 70 metr yüksəkliyə çatır. 8 avqust 1966-cı ildə püskürmənin dayanması ilə ada 1966-cı ilin oktyabrında suya qərq olur.
Məxsusiyyət Ada yaranda 6 noyabr 1963-cü ildə bura "Paris Match" jurnalının 3 fransız jurnalisti gəldi. Püskürmələr davam etdiyindən onlar adada sadəcə 15 dəqiqə ola bildilər və adada Fransa hakimiyyətini elan etdilər. Lakin İslandiya hökuməti adanın onlara aid olduğunu bildirdi və məsələ bağlandı.
Tədqiqat Surtsey adası 1965-ci ildə qoruq elan edildi. Bu zamana qədər adada yalnız 100 nəfərə qədər insan ola bilib. 2008-ci ildə isə Surtsey adası YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.
Adada həyat
Bitkilər Adada ilk bitkilər 1965-ci ildə aşkarlanan adi su yosunları idi.1963–1983 illəri arasında burada 20 bitki növü aşkarlanmışdı(6-sı qumluqda). 1998-ci ildə burada Çayyarpaqlı söyüd tapılmışdı. Hazırda adada 60 növ bitki tapılmış, 30-u ekosistemin parçası olmuşdur.
Heyvanlar
Quşlar Adada ilk quşlar 1966-cı ildə görülən fulmarlar və dalğıc qağayıları olmuşdur. İndi adada 13 quş növü çoxalır. Onlardan 8-i adanın daimi sakinləridir. №İlk çoxaldığı ilNöv 1 1970 Qara dalğıc qağayısı 2 1970 Şimal fulmarı 3 1974 Böyük qarakürəkli qağayı 4 1975 Qaraayaqlı qağayı 5 1975 Şimal sumrusu 6 1981 Şimal gümüş qağayısı 7 1985 Qarakürək qağayı 8 1993 Qütb qağayısı 9 1996 Qar albalı quşu 10 2002 Ağ quyruqsallayan 11 2002 Boz qaz 12 2002 Çayır əncir quşu 13 2004 Bayağı dəniz tutuquşusu
İstinadlar
Kateqoriya:İslandiya adaları Kateqoriya:1963-cü ildə yarananlar Kateqoriya:Kimsəsiz adalar Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:Yeni adalar Kateqoriya:Atlantik okeanın yaşayış olmayan adaları