Lanqobardlar və ya Lombardlar (lat. langobardī (uzunsaqallılar) — qədim alman tayfalarından biri. Əfsanəyə görə lanqobard qadınları özlərini döyüşdə öz ərlərini qorumaq və döyüşçülərin saylarının daha da çox görünmələri və bununla da düşməni qorxutmaq üşün saçlarını çənələrinin altından bağlayaraq özlərini döyüşçü kişilərə oxşadırdılar.

Lanqobardlar ilk əvvəl Elbanın aşağı sol sahillərində Bardenqauda yaşayırdılar. V əsrdə cənuba, Norikə girərək burada xristianlığın Ariçilik qolunu qəbul edirlər və beləliklə İmperiya (Şərqi Roma - Bizans) tərəfindən "müttəfiq tərəfdaşlar" kimi rəsmi tanınmağa başladılar.

Lanqobardların erkən tarixi üzrə əsas mənbələrdən birinə "lanqobard xalqının mənşəyi" adlı əsər anonim olaraq yazılmışdır ki, o dövrdə yaşamış tarixçi Pavel Dyakon "lanqobardların Tarixi" adlı əsərində bu mənbədən yararlanmışdır.

Lanqobar Krallığı və kralları thumb|Pavel Dyakon Əfsanəyə görə Skadan – (şimal) adlı ada vardır ki, burada çoxlu xalqlar yaşayırdı. Bunların arasında vinil adlanan kiçik bir xalq da vardır ki, onun başında Qambara və onun iki oğlu İbor və Ayo dururdu. Qonşu xalqlar arasında yaşayan vandallar başda Ambri və Assi olmaqla vinillərə qarşı çıxaraq onlardan “ya bizə vergi verməlisiniz ya da, bizimlə vuruşmalısınız” tələbini irəli sürdülər. Buna cavab olaraq İbor və Ayo və onların anası Qambara bildirdilər ki, “vandallara vergi verməkdənsə onlarala vuruşmaq daha yaxşıdır”. Sonra vandal hersoqları Ambri və Assi Odinə (almanların baş allahı) onların vinillər üzərində qələbə çalmaq üçün dua etdilər. Odin dedi: “günəş qlxmadan ilk kimi görsəm qələbəni də ona verəcəm”. Qambara və onun oğulları İbor və Ayo da öz növbəsində Freyadan (Odinin həyat yoldaşı) onlara bu müharibədə qalib gəlmələri üçün köməklik etməsini dilədilər. Freya onlara məsləhət gördü ki, vinillər günəş doğmadan gəlsinlər, qadınlar öz saçlarını üzlərinə bağlayaraq ərləri ilə birlikdə gəlsinlər. Vinillərin gəldiyini görən Freya Odini oyatdı... . Odin gözlərini açanda qarşısında vinilləri və saçlarını üzlərinə bağlayan qadınları gördükdə soruşdu: bu uzunsaqallılar (lanqobardlar) kimdir? Freya Odinə dedi: “cənab, sən onlara ad verdin, indi onlara qələbəni ver”. Odin onlara qəlbəni verdi - vinillər qələbə qazandı və bundan sonra onlar lanqobardlar adlanmağa başlandılar. Daha sonra lanqobardlar Qolayda yaxınlaşdılar, sonra Aldonus, Antaib, Buinaib və Burqundaibidə tutdular. 224x224px|Odin və Freya|left|thumb

Aqilmund İbor və Ayo qardaşlarının ölümündən sonra digər alman tayfalarında olduğu kimi lanqobardlar da özlərinə kral seçdilər. O, Qunqinlər (Quqinlər) nəslindən olan lanqobardlar arasında ən tanınmış Ayonun oğlu Aqilmund oldu. Aqilmund (IV əsrin sonları V əsr) lanqobardların ilk kralı idi. Eyni zamanda lanqobardlarda güclü hersoqluq öz təsirini saxlayırdı. Aqilmun 33 il hökmranlıq etmişdir, onun dövründə lanqobardlar qonşu dövlətlərlə sülh şəraitində yaşamışdır, lakin gözlənilmədən bolqarların hücumuna məruz qlmışdır. Kral Aqilmun hücum zamanı öldürülmüşdür, qızı isə əsir edilmişdir.

Lamisso Aqilmunun ölümündən sonra Lamisso (Lamixo) kral seçilmişdi. Lamisso hələ uşaqikən Aqilmund tərəfindən ölümdən qurtarılmışdı və sonra onun şagirdi olmuşdu. Bundan əlavə o hələ taxda çıxmazdan əvvəl də cəsur döyüşçü kimi məşhur idi. Böyük çətinliklə də olsa lanqobardlar bolqarlar üzərində qələbəyə nail olmuşdular. Bundan sonra Lanqobardlar özləri qonşu xalqlara hücum etməyə başladılar. Lamissonun dövründə lanqobardlar Dunay və Elbanın aşağı axarı arasında yaşayırdılar.

Let Lamisso dan sonra onun varisi Letinqlər sülaləsinin banisi Let (Lethu) 40 il hakimiyyətdə olmuşdur. Letdən sonra hakimiyyətə Aldihok (və ya Hildeok) gəlmişdir. Lanqobardların 5-ci kralı Aldihokun oğlu və varisi Qodehok (Qudeok 470- 489) olmuşdur.

Qodehok Qodehokun dövründə Elba çayı istiqaməti ilə şimala doğru hərəkət etməyə başlayan lanqobardlar 489-cu ildə Noriki (“Ruqiland” – ruqların torpağı) tutdular. Bu lanqobardların tutduqları Bizans imperiyasının himayəsində olan ilk ərazilər idi.

Klaffo Qodehokdan sonra Klaffo hakimiyyətə gəldi. Ondan sonra isə oğlu Tato hakimiyyətə gəldi.

Tato Tato hakimiyyətinin əsas hadisəsi lanqobardlarla herullar arasında baş vermiş müharibə idi. 490-cı ildə lanqobardlar artıq xristian idilər və digər qonşu xalqlar kimi herulların hakimiyyəti altında idilər. 494-cü ildə lanqobardlarla herullar arasında müharibə başverdi. Nəticə etibarı ilə herullar məğlub oldular, Herul kralı Rodulf kömək üçün İtaliyaya – onu oğulluğa götürən (silah üzrə oğlu) ostqotların kralı Teodorixin yanına qaçdı, ondan kömək alaraq yenidən öz mülkiyyətinə qayıtdı. Lakin bu müharibədən sonra lanqobardlar herullara vergi verməyi dayandırdılar. Bundan sonra lanqobardlar Feld (sahə) adlandırdıqları Norik düzənliyinə köçdülər. Bu zaman ərzində onlar sülh şəraitində yaşayırdılar. 508-ci idə yenidən müharibə başlandı. Müharibəyə səbəb isə ittifaq bağlamaq üçün lanqobardlara gələn kral Rodulfun qardaşı Rumetrudın əmri ilə kral Tatonun qızının öldürülməsi idi.

Herulların qoşunu lanqobardlara nisbətən çoxsaylı və bacarıqlı idi. Lanqobardlar bir neçə dəfə elçilər göndərərək münaqişəni sülh yolu ilə həll etməyə çalışsalar da, buna müvəffəq olmadılar. Lakin buna baxmayaraq müharibə Blaxfeldə baş tutdu və döyüş nəticəsində lanqobardlar herullara dağıdıcı zərbə vurdu, kral Rodulf öldürüldü. Bu məğlubiyyətdən sonra herullar 3 hissəyə parçalandılar və vahid krallığa sahib ola bilmədilər. Lanqobardlar isə yerli xalqları öz əsarəti altına aldılar.

Vaxo 511-ci il kral Tato öz qardaşı Unixisin oğlu Vaxo tərəfindən öldürüldü. Vaxo yeni kral oldu. Tatonun oğlu Riznulf varnalıların (varna – qərbi slavyan tayfası) yanına qaçsa da orada öldürüldü. Tatonun nəvəsi Hildiqis (İldiqis) əvvəlcə slavyanların, oradan isə qepidlərin yanına qaçdı və uzun müddət burada lanqobard taxtı uğrunda mübarizəyə başladı.

526-cı ildə ostqot kralı Teodorixin ölümündən istifadə edən Vaxo Sava çayı sahillərində yaşayan qədim almman tayfası olan svevləri, həmçinin Roma əyaləti olan Pannoneyanı və Valeriyanı tutdu.

Lanqobardların beynəlxalq əlaqələrini genişləndirmək üçün Vaxo qonşu xalqların kralları ilə bir sıra nikah bağladı. Onun birinci arvadı Raniqunda tyurinqlərin (qərbi alman tayfası) kralı Fisudun qızı idi, ikincisi (təxminən 512-ci il) Austriquz qepidlərin kralı Turizindin (və ya Torisvint) qızı idi, Vaxonun ikinci arvadından iki qızı vardı. O, böyk qızı Vziqardanı 532-ci ildə Avstrasiya kralı I Teodorixin oğlu Frank kralı I Teodebertə (frank kralı), ikinci qızı Valdradanı isə digər frank kralı Xuzubalda ərə vermişdi, lakin Valdrada ona nifrət etdiyi üçün onu öz yaxını olan Bavariya knyazı I Qaripaldaya ərə verdi. Vaxonun üçüncü arvadı isə Siqilinqa – herul kralı Ziqilundanın qızı idi. Vaxonun bu arvadından Valtari adlı oğlu vardı.

Beləliklə lanqobardlar Dunay ətrafı regionun ən nüfuzlu dövlətlərindən birinə çevrildi. Bu da öz növbəsində Bizans imperiyasının maraq sferasına daxil oldu. Bu baxımdan da Vaxo ilə rəsmi Konistantinopol arasında dostluq və hərbi yardım haqqında ittifaq bağladı. 538-ci ilin axırı 539-cu ilin əvvəllərində ostqot kralı Viteqes (500-542-ci illər) lanqobardlara öz səfirini göndərərək Bizansa qarşı ittifaq bağlamağı təklif etdi, lakin Vaxo bu təklifi rədd edərək özünü imperator Yustinyanın dostu və müttəfiqi olduğunu bildirdi.

Valtari 540-cı ildə kral Vaxo öldü. Onun azyaşlı oğlu Valtari (540-546-cı illər) taxta çıxdı. Valtari haqda məlumat çox azdır, belə ki, bəziləri onun 7 il hakimiyyətdə olduğunu bildirir, bəzilərinə görə isə 3 il. Məlumatlara əsasən, hələ kral Vaxo sağikən Qausis nəslindən olan Audoin bu dövrdə lanqobardlar arasında artıq yetərincə tanınmış şəxs idi. Bu baxımdanda kral Vaxo taxtı öz varisi Valtariyə vermişdi. Lakin bəzi məlumatlara görə Valtari Audoin tərəfindən öldürüldü, bizans məlumatlarına görə isə xəstəlikdən ölmüşdü.

Audoin Valtari öldükdən sonra Audoin özünü onun varisi elan edərək hakimiyyəti ələ keçirdi. Audoinin hakimiyyəti illərində özündən əvvəlki sələflərinin dövründə qurulmuş Bizans-Lanqobard münasibətləri daha da gücləndirildi. Onun dövründə lanqobardlar Dunayın sol sahili regionunda ən güclü xalqına çevrilmişdi. Onlar Feld (indiki Vyana və Bratislava arasında) düzənliyində düşmənləri olan qepidlərlə yanaşı yaşayırdılar. Qepidlər də Bizans imperiyasının müttəfiqi hesab edilirdi, lakin onlar müntəzəm olaraq onlar Dunay ətrafı imperiya əyalətlərinə hücumlar edirdilər, eyni zamanda bu ərazilərə keçmək istəyən slavyanlara da köməklik edirdilər. 546-cı ildə imperator I Yustinianın lanqobardlara Dunay hövzəsində və eləcə də Pannoneyada əhəmiyyətli məntəqə kimi qepidlərində iddiasında olduğu Sirmiy (müasir Mitrovisa) şəhərini verdikdən sonra lanqobardlarla - qepidlər arasında ziddiyyətlər daha da kəskinləşdi. Bundan sonra lanqobardlar Pannoneyaya köçdülər və bilavasitə Bizansın qonşusu oldular. Sirmiy şəhərinin lanqobardlara verilməsi 548-ci ildə qepidlərlə açıq münaqişəyə gətirib çıxartdı. Hər iki tərəf imperator I Yustinianın dəstəyini əldə etmək üçün öz səfirlərini Konistantinopola göndərdilər. I Yustinian sayca az olan, lakin Bizansa daha çox sadiq olan lanqobardlara üstünlük verərək onlarla hərbi ittifaq bağladı, bundan əlavə 10000 atlı və herullardan ibarət 1500 piyada dəsdə (bizansda qulluq edən digər 3000 herul dəstəsi daha əvvəl qepidlərin tərəfinə keçmişdi) göndərdi. Bizans qoşununun yaxınlaşdığını görən qepidlər lanqobardlarla dərhal sülh bağladılar. Audion qepidlərdən lanqobard taxtına iddiası olan Xildiqisi tələb etdi. Qepidlər buna etiraz etdilər, lakin bunun əvəzində sılavyanların onun müttəfiqlərinin torpaqlarından uzaqlaşmasına təminat verdilər. İki il sonra 550-ci ildə lanqobardlarla qepidlər arasında vəziyyət yenidən çətinləşdi. Kral Audion və qepid kralı Truzind bir-birilərinin üzərinə hərəkət etdilər. Lakin döyüş zamanı hər iki tərəfin döyüşçüləri anlaşılmaz səbəbdən döyüşdən qaçmağa başladılar. Tərəflər arasında 2 illik barığıq bağlandı. Bundan istifadə edən qepidlər imperator I Yustinianın lanqobardlara kömək edəcəyini bilərək, kutriqurlarla (Bulqar tayfalarından biri) hərbi ittifaq bağlayaraq onlardan 12000 döyüşçü aldılar. Lakin barışığın müddəti hələ bitməmişdi, qepidlər isi ordunu saxlamaq iqtidarında deyildi. Bu baxımdan onlar kutriqurları Bizans əyalətlərini qarət etməyə göndərdilər. İmperator I Yustinian utriqurları (Bulqar tayfalarından biri) öz müttəfiqləri olan kutriqurların üzərinə göndərdi. Onlar kutriqurların yaşadıqları yerləri viran etdilər, əhalisini isə əsr aldılar. Sonra kutriqurlar I Yustinianla sülh bağlayaraq federat sifəti ilə Frakiyada məskunlaşdırıldılar. Beləliklə qeoidlər müttəfiqsiz qaldılar. 552-ci ildə kral Audion imperator I Yustinianın müttəfiqi kimi 2500 tanınmış, 3000 sadə döyüşçülərdən ibarət öz qöşunlarını İtaliyada Ostqot kralı Totilaya qarşı vuruşan bizans sərkərdəsi Narsesin (Narzes, Nerses - milliyətcə erməni) ordusuna göndərdi. Teqina yaxınlığında baş vermiş döyüşdə lanqobardlar digər barbar döyüşçüləri kimi bizans ordusunun mərkəzində yer almışdı. Totila üzərində qələbədən sonra lanqobard qoşunları hədiyyəlrlə dərhal öz vətənlərinə geri göndərildi. Çünki onlar burada yerli əhaliyə bir sıra zorakılıq edirdilər.