Aslanova Valentina Vasilyevna () — Aktrisa, Azərbaycan SSR əməkdar artisti (23.12.1976), RF-nin əməkdar artisti (2000);
Həyatı Valentina Aslanova 1945-ci il mayın 16-da Tbilisidə anadan olmuşdur. 1962–1966-cı illərdə Moskva Bədaye Teatrının məktəb-studiyasında təhsil almışdır. A. Puşkin adına Moskva Dram Teatrında və N. Qoqol adına Moskva Dram Teatrında çalışmışdır. 1973-cü ildən Ordu Teatrında fəaliyyət göstərməyə başlayıb.
Kino fəaliyyətinə isə 1966-cı ildən başlayıb. O, "Şərq dəhlizi" (1966), "Qeyri-adi gün" (1972), "Ələ keçirmə" (1986), "Azərbaycanfilm"də "Sevil" (1970), "Var olun, qizlar!" (1972), "Ürək…ürək" (1976) filmlərində müxtəlif rollarda çıxış etmişdir.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 dekabr 1976Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı — anl.az saytı "Rusiya Federasiyasının əməkdar artisti" fəxri adı — 2000
Filmoqrafiya Sevil (film, 1970) Var olun, qızlar... (film, 1972) Ürək... Ürək... (film, 1976)
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:"Əmək veteranı" medalı ilə təltif edilənlər Kateqoriya:"Əmək veteranı" medalı ilə təltif edilənlər Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:SSRİ aktrisaları