Ağarəfi Hacıbaba oğlu Rəhimov () — Azərbaycan aktyoru.

Həyatı Ağarəfi Hacıbaba oğlu Rəhimov 1952-ci il 9 mayda Bakı şəhərində anadan olub. Ağarəfi Rəhimov ilk sənət təhsilinə 182 saylı orta məktəbin dram dərnəyində başlayıb. 1970-ci ildən əmək fəaliyyətinə başlayıb."Məşhur aktyorun qızı: "Hamının toyunu etdi, amma bizim toyumuzu görmədi" — FOTO" . Milli.az

1972-ci ildə İncəsənət İnstitutunun aktyorluq fakültəsində daxil olub və Rza Təhmasibin kursunda təhsil alıb. İlk səhnə fəaliyyətinə Şəki Dövlət Dram Teatrından başlayıb. 1977–1988-ci illərdə Musiqili Komediya Teatrında çalışmışdır."Musiqili Teatrda aktyor Ağarəfi Rəhimovun xatirəsi anılacaq" . Manera.az

1988–1996-cı ildə Bakı Bələdiyyə "Tənqid Təbliğ" Teatrında da çalışıb. 1996-cı ildən Musiqili Komediya Teatrında yenidən aktyor fəaliyyətinə başlamış və ömrünün sonuna qədər həmin teatrda çalışmışdır.

Ağarəfi Rəhimov Binəqədi Xalq Teatrının rejissoru olmuşdur.

25 oktyabr 2005-ci ildə işə gələrkən evində ürəktutmasından vəfat etmişdir.

Filmoqrafiya Ağarəfi Rəhimov aşağıdakı filmlərdə çəkilmişdir: Birisigün, gecəyarısı... (film, 1981) Üzeyir ömrü (film, 1981) Evlənmək istəyirəm (film, 1983) İşarəni dənizdən gözləyin (film, 1986) Özgə ömür (film, 1987) Gülüş sanatoriyası (film, 1989) Qətl günü (film, 1990) Şirbalanın məhəbbəti (film, 1991) Yük (film, 1995) Kənddən gələn var Kənddən gələn var. II Yoxlama (film, 2006) Papaq (film, 2007)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər