Əlirza xan Əliqulu xan Qaragözlü (1884–1954) — Şamlı elinin Qaragözlü oymağından olan İranın maliyyə və ədliyyə naziri.
Həyatı Əlirza xan Əliqulu xan oğlu Qaragözlü 1884-cü ildə Həmədan şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. Məktəbi bitirəndən sonra ordu sıralarına qatılmışdı.
Əlirza xan Qaragözlü Bəhaülmülk ləqəbini daşıyırdı.
Əlirza xan Milli Məclisin 3-cü çağrışında Həmədan əhalisi tərəfindən nümayəndə olmuşdu. 1922-ci ildə Həsən Mustovfinin təşkil etdiyi hökumətdə İranın maliyyə naziri vəzifəsində çalışmışdı. 1942-ci ildə Əhməd Qəvamın hökumətində ədliyyə naziri olmuşdu.
Ailəsi Mirzə Yəhya xanın qardaşı, Əbülqasim xan Nasirülmülkün bacısı oğlu idi.
Mənbə Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
İstinadlar
Həmçinin bax Şamlı eli Qaragözlü oymağı
Kateqoriya:Şamlılar Kateqoriya:Həmədanda doğulanlar Kateqoriya:İran nazirləri Kateqoriya:İran parlamentinin üzvləri