Nataliya Vodyanova () (təxəllüsü Водя́нова 28 fevral 1982, Qorki) — rusiyalı model, aktrisa və filantrop.
Həyatı Nataliya Mixaylovna Vodyanova 28 fevral 1982-ci ildə indiki Nijni Novqorod şəhərində, Larisa Viktorovna Qromova və Mixail Vodyanovun ailəsində anadan olmuşdu. Bundan başqa onun 2 balaca bacıları — Oksana Vodyanova (uşaqlıqdan invalid, Autizm xəstəliyinin kəskin formasından əziyyət çəkir) və Kristina Vodyanova (1997-ci ildə anadan olmuşdu, Londonda yaşayır və təhsil alır).
Milliyətcə rusdur; ata tərəfdən isə erzyandır.
16 yaşından Yevgenia Çkalovanın "Евгения" model agentliyinə daxil olunur. Orada ona ingilis dilini öyrənməyə tövsiyə edirlər. Beksteyclərin birində onunla Viva Model Management model evi maraqlanır; onu Parisə dəvət edirlər. Bir neçə aydan sonra o Fransaya köçür.
Karyera Nataliya Gucci, Chanel, Alexander McQueen, Christian Dior, Calvin Klein, Donna Karan, Louis Vuitton, Marc Jacobs, Ralph Lauren, Chloe, Valentino, Givenchy, Jean-Paul Gaultier, Miu Miu, Hermes, Kenzo, Viktor & Rolf, Dolce&Gabbana, Balenciaga, Yves Saint Laurent və digər moda evləri üçün podiuma çıxırdı. Vogue, Harper's Bazaar, Marie Claire, ELLE kimi brend jurnalların üz qabığını bəzəyirdi. L’Oreal Paris kosmetik markanın "üzü" seçilmişdi, həmçinin Louis Vuitton, David Yurman, Marc Jacobs, Miss Sixty, Pepe Jeans, Diane von Fürstenberg, Chanel, Gucci, Guerlain brendlərin reklam kampaniyalarında iştirak etmişdi. 2003-cü ildə Calvin Klein şirkətinin rəsmi "üzü və bədəni" seçilmişdi. Sunday Times-ın məlumatlarına əsasən Nataliya Böyük Britaniyanın 2003-cü ilə əsasən 3-cü ən varlı insanı seçilmişdi. O il ərzində 3,6 mln. £ qazanmışdı. 2007-ci ildə, oğlu Viktorun anadan olması ilə əlaqədar Nataliya qismən olaraq model biznesindən uzaqlaşmağa qərar verdi.
Maraqlı faktlar Nataliya Vodyanovanın anketi: Boyu : 176 sm Çəkisi : Sinə ətrafı : 86,5 sm Beli : 61 sm Omba genişliyi : 86,5 sm Saçlarının rəngi : Sarışın Gözlərinin rəngi : Mavi
Filmoqrafiya İlFilmin adıRol 2001 Agent Cırcırama Bricitt 2008 Tıxac kameo 2010 Titanların döyüşü Meduza Qorqona 2012 Sevgililər Ariana
İstinadlar
Xarici keçidlər
Profile at AskMen.com Naked Heart Foundation
Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Rusiya fotomodelləri Kateqoriya:Rusiya pravoslavları