Başqaları () — rejissor Alexadro Amenabar tərəfindən qorxu-triller janrında çəkilmiş və Nikol Kidman və Fionnula Flenaqanın baş rolda iştirak etdiyi filmdir.

Film o cümlədən "Ən Yaxşı Film" və "Ən Yaxşı Rejissor" işinə görə, səkkiz Qoya mükafatını qazanmışdır. Bu, Qoyyanın "Ən Yaxşı Film" mükafatını (İspaniyanın Milli Film Mükafatları) əldə etmiş ilk ingilisdilli film oldu; filmdəki dialoqlarda ispan sözlərindən istifadə edilməmişdir.

Filmin sloqanları «Sooner or later she’ll see them, then everything will be different.» («Gec-tez o Onları görəcək… Və o zaman hər şey dəyişiləcək.») «Sooner Or Later They Will Find You.» («Gec-tez, Onlar səni tapacaq…») «No door is to be opened before the previous one is closed!» («Heç bir qapı, ondan əvvəlki qapının bağlanılmasına qədər açıla bilməz!») «How do you keep them out, when they’ve already invited themselves in?» («Siz burada artıq burada olanları necə qova bilərsiniz?») «Do you believe in ghosts? She didn’t…» («Siz kabuslara inanırsınızmı? O da inanmırdı…») «Close Every Door, Turn Off Every Light, And Look For The Others…» («Bütün qapıları bağla! Hər bir yerdə işıqları söndür! Və Digərlərini ara…»)

Süjet Cersi, Normand adaları, 1945-ci il. Birdən birə bütün xadimələrin itdiyi malikanəyə yeniləri gəlir. Bu, Berta Mills adlı dayə, lal xadimə Lidiya və bağban Edmund Tatldır. Onlar əvvəllər burada işlədiklərini deyirlər və sevinclə onlar üçün əziz və doğma olan bu evə gəlməyə razıdırlar. Qreys (Nikol Kidman) onları evin sərt qaydaları ilə tanış edir: heç bir qapı ondan əvvəlkini bağlamayana qədər açılmamalıdır; evdə heç bir səs-küy və pianoda ifa olmamalıdır, sahibənin uşaqları Nikolas və Enn işığa olan nadir allergiya ilə əziyyət çəkirlər, bunun üçün də onların oturduqları otaqlarda həmişə qalın pərdələr olmalıdır.

Uşaqların tərbiyəsi və təhsili ilə Qreys özü məşğuldur. O sərt və dindardır. Buna görə də bütün kafir sualları Qreys sərt formada rədd edir. Enn — kiçik qardaşından fərqli olaraq xəyalpərəstdir. Ona görə də o bildirir ki, yataq otağında Viktor adlı oğlanı və "digərlərini" görüb, amma ona heç kim inanmır. Ancaq nəsə qəribə bir şeyi Qreys də hiss edir; o ayaq səslərini, uşaq ağlamağını və digər səsləri eşidir, onun bağladığı qapıları və pərdələri kimsə yenidən açır... Qreys evdə "ölülər kitabını" aşkar eləyir — fotoalbom, içərisində isə ölüm zamanı çəkilmiş şəkillər. O zamanlar ölülərin qohumları sevdiklərinin ruhlarını şəkillərdə saxlamağa ümid edirdilər. Qreys albomu yandırmağı Bertadan xahiş edir.

Getdikcə Qreys şübhələnir ki, evdə kabuslar var. O müqəddəs atanın yanına gedir, amma yolda güclü dumana görə o itir. Birdən duman içərisindən o öz ərini görür. Ərini 2 ildən artıq müddətdə müharibədə itkin düşmüş hesab edirdilər. Qreys çox sevinir, onu evə aparır. Onlar sevgi ilə məşğul olmağa imkan tapırlar, amma bundan sonra əri özünü ötkün kimi aparır, səhər isə çıxıb gedir.

Nikolas və Enn atasının axtarışına çıxırlar və bu zaman bağda yeni xadimələrin adları yazılmış qəbir daşları tapırlar. Elə bu vaxt Qreys onların ölüm zamanı çəkilmiş şəkillərini tapır. Qreys artıq hər şeyi anlayır: yeni xadimələr doğrudan da burada yaşayıblar və 50 il bundan əvvəl ölüblər. Berta Mills qapının dalında duraraq Qreysə başa salır ki, digər kabuslar bu evdə çox öncələrdən bəri yaşayıblar, buna görə hər şeyi necə var elə də qəbul etmək lazımdır.

Birdən Qreys qızının yuxarıda kiminləsə danışdığını eşidir. Yuxarı qalxaraq o tanımadığı insanların spiritik seans etməyinin şahidi olur. Onlar soruşurlar ki, uşaqların anası ilə nə baş verib. Enn cavab verir ki, onların anası dəli olub və "o vaxt" yastıqla onları boğurdu. Masanın bir tərəfində əyləşən qoca kor qadın Ennin dediklərini yazır və sonra "əgər siz ölmüsüzsə, niyə buradasınız" — deyə soruşur. Uşaqlar dəhşət içərisində qışqırırlar ki onlar ölməyiblər, Qreys də qışqıraraq onların ölmədiklərini deyir. Qoca qadın bunların hamısını yazır. Masa ətrafında oturanlar deyirlər ki, kontakta həm ana, həm də onun uşaqları daxil olublar. Onlar masanın tərpənməsini, göydə kağızların parça-parça olmasını görürlər. Amma Qreysin özü və onun uşaqları görünməzdir. Seansdan sonra, masa ətrafında əyləşən ər və arvad — öz uşaqlarını və özünü öldürən kabus qadının yaşadığı bu evi tərk etməyə qərar verirlər; axı məhz bu kabuslara görə onların oğlu Viktor gecələr yata bilmir, qorxur. Evdə isə bəzi-bəzi hadisələr baş verir.

Qreys uşaqları ilə yerdə oturaraq onları necə boğduğu, özünü isə güllələdiyi haqda düşünür. Özünüqəsddən sonra uşaqların oynadıqlarını eşidən Qreys elə hesab edir ki, Tanrı ona ikinci şans verib. Uşaqlar cənnətin və limpin harada olduqlarını soruşurlar, amma nə onlar, nə də ana bu haqda bilmirlər. Berta Mills bütün bu hadisələrlə barışmağı və yaşamağa davam etməyi onlara başa salır. Çünki Lidiya kimi ömrünün sonuna kimi lal qalmaq olar...

Rollarda Nikol Kidman Qreys Stüart rolunda Alakina Mann Enn Stüart, Qreysin qızı. James Bentley Nikolas Stüart, Qreysin oğlu və Ennin kiçik qardaşı. Fionnula Flanaqan Berta Mills, yeni xadimə və uşaqların yeni baxıcısı. Erik Sayks Edmund Tuttle, bağban. Eleyn Kassidi Lidia, yeni xadimə. Christopher Eccleston Çarlz Stüart, Qreysin həyat yoldaşı. Keith Allen Mr. Marliş. Mişel Ferli Mrs. Marliş. Rene Aşerson qoca Ledi

İnstrumental musiqi Filmin musiqisini rejissor və ssenarist, Alexandro Amenabar bəstələmişdi. Disk satışa 7 avqust 2001-ci ildə Sony leyblı altında buraxılmışdı . İfaçı — London Session Orchestra.

The Others (2:24) Wakey Wakey (1:44) Old Times (3:25) They Are Everywhere (2:35) Reunion (1:07) Changes (1:37) I Do Believe It (3:15) Charles (1:46) Communion Dress (1:21) No Curtains (2:48) Give Me The Keys! (1:32) The Attic (1:47) Sheets And Chains (5:49) A Good Mother (5:42) End Credits (4:10)

Premiyalar

Mükafatlar 2002 — Premiya «Qoya» Ən yaxşı film Ən yaxşı rejissor — Alexandro Amenabar Ən yaxşı orijinal ssenari — Alexandro Amenabar Ən yaxşı operator işi — Xavyer Agirresarobe Ən yaxşı rəssam işi — Benxamin Fernandez Ən yaxşı səs Ən yaxşı montaj işi — Naço Ruis Kapilyas Ən yaxşı prodüser işi 2002 — Премия «Saturn» Ən yaxşı aktrisa — Nikol Kidman Ən yaxşı qorxu filmi Ən yaxşı 2-ci plan aktrisa rolu — Fionnula Flenaqan

Nominasiyalar 2002 — Premiya «Qoya» Ən yaxşı kostüm dizaynı — Sonya Qrande Ən yaxşı aktrisa — Nikol Kidman Ən yaxşı qrim Ən yaxşı yeni aktyor — Ceyms Bentli Ən yaxşı yeni aktrisa — Alakina Mann Ən yaxşı orijinal musiqi — Alexandro Amenabar Ən yaxşı film effektləri 2002 — Premiya «Qızıl Qlobus Mükafatı» Ən yaxşı qadın rolu (dram janrı üzrə) — Nikol Kidman 2002 — Premiya BAFTA Ən yaxşı qadın rolu — Nikol Kidman Ən yaxşı orijinal ssenari — Alexandro Amenabar 2001 — Venesiya Kino Festivalı «Qızıl şir» — Alexandro Amenabar 2002 — Premiya «Saturn» Ən yaxşı rejissor — Alexandro Amenabar Ən yaxşı cavan aktyor rolu üzrə — Alakina Mann Ən yaxşı ssenari — Alexandro Amenabar 2002 — «Brem Stoker mükafatı» Ssenari — Alexandro Amenabar 2002 — Premiya «European Film Awards» Ən yaxşı film — Fernando Bovayra, Xose Luis Kuerda, Sunmin Pak

Texniki məlumat Şəkil formatı: 1.78 : 1 Kamera: Panavision Cameras and Lenses Kopiya formatı: 35 mm Çəkiliş formatı: 35 mm (Kodak)

İstinadlar

Xarici keçidlər

www.filmspiegel.de: The Others

Kateqoriya:2001-ci ilin filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:İspaniya filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:ABŞ-nin qorxu filmləri Kateqoriya:İtaliya filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Müəmma filmləri Kateqoriya:Kabus filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2001-ci ilin Fransa filmləri Kateqoriya:Katolisizm haqqında filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:2001-ci ilin ABŞ filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Uşaqlar haqqında filmlər Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:İtaliyanın dram filmləri Kateqoriya:Ana-oğul münasibətləri haqqında filmlər Kateqoriya:İspaniyanın dram filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Fransanın triller filmləri Kateqoriya:İspaniyanın triller filmləri Kateqoriya:Ən Yaxşı Qorxu filmi nominasiyası üzrə Saturn mükafatı qazanmış filmlər Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Ana-qız münasibətləri haqqında filmlər Kateqoriya:Cruise/Wagner Productions filmləri Kateqoriya:Fövqəltəbii triller filmləri Kateqoriya:Dimension Films filmləri Kateqoriya:Qardaş-bacılar haqqında filmlər Kateqoriya:Birləşmiş Krallıq haqqında filmlər