Hərbi tribun ( "əsgərlərin tribunu") — Roma ordusunun leqatdan aşağı və "preefectus castrorum"dan (senturion) yuxarı rütbəli zabiti. Atçılıq rütbəli gənc kişilər Senatda fəaliyyətlərinə başlamazdan əvvəl tez-tez hərbi tribun kimi xidmət edirdilər.Dio, LXVII, 2. "Tribunus militum" nə xalq tribunu ("tribunus plebis") seçilmiş siyasi vəzifəsi ilə, nə də "tribunus militum consulari potestate" ilə qarışdırılmamalıdır.
Erkən Roma Tribunus sözü "tayfa" mənasını verən "triba" sözündən götürülmüşdür.Entry on tribunus, Oxford Latin Dictionary (Oxford: Clarendon Press, 1982, 1985 reprinting), p. 1972. Romanın ən erkən tarixində daimi ordu olmadığı üçün üç qəbilənin (ramnlar titsilər və lutserlər) hər biri ordu toplandıqda bir komandir göndərirdi,Varro, De lingua latina 5.80. Tribunlar 3,000 nəfərlik ilkin legionun komandirləri idilər. Yunan tarixçisi Polibinin (e.ə. 118-ci ildə vəfat etmiş) dövründə tribunların sayı altıya çatmışdı və onlar konsullar tərəfindən təyin olunurdular.Polybius, 6.12.6. Lakin tribunların seçilməsi və təyin edilməsi prosesi mürəkkəb idi və zamana görə dəyişirdi.
Respublika dövrü Respublika dövründə hər legiona altı tribun təyin olunurdu. Səlahiyyət eyni anda iki nəfərə verilirdi və komandanlıq altı nəfər arasında növbə ilə həyata keçirilirdi. Tribunlar Roma senatı tərəfindən təyin olunmuş senator statusuna malik şəxslər idilər. Tribun vəzifəsinə keçmək üçün hakim təbəqənin üzvü olmaq kifayət idi. Eramızdan əvvəl 311-ci ilədək plebeylər on altı hərbi tribun — yəni Roma ordusunu təşkil edən dörd legionun hər birinə təyin olunmuş altı tribundan dördünü seçmək hüququ qazandılar. Bundan öncə bu yerlər əsasən konsullar və ya diktatorlar tərəfindən təqdim olunan hədiyyə idi.Tit Livi, Ab Urbe Condita Libri IX, 29, B. O. Fosterin tərcüməsi və qeydləri ilə, Löb Klassik Kitabxanası,
Bundan əlavə, erkən respublikada, Roma dövlətinin başçıları olmaq üçün hər il seçilən konsulların yerinə bəzən başqa bir hərbi tribun növü seçilirdi. Onlara latınca "tribuni militum consulari potestate" (“konsul səlahiyyətinə malik hərbi tribunlar”) deyilirdi. O dövrdə yalnız patrisilər konsul seçilə bilərdi, konsulluq səlahiyyətinə malik tribun kimi isə həm patrisilər, həm də plebeylər seçilə bilərdilər. Adi iki konsulun əvəzinə, bir il müddətinə dörd ilə altı arasında hərbi tribun seçilirdi. Bu seçimin səbəbləri qaranlıq olsa da, Livi bu qərarın o dövrdə geniş yayılmış sinif mübarizələrinə görə verildiyini düşünürdü. "Konsulyar tribunu" vəzifəsi eramızdan əvvəl 366-cı ildən sonra istifadədən çıxdı.
Sosial müharibədən sonra Sosial müharibə (e.ə. 91–87) və ondan sonrakı vətəndaş müharibələrindən (və sonradan imperator Klavdi tərəfindən möhkəmləndirən) sonra Roma ordusunda dəyişikliklər baş verdi. Bu yeni yaradılan peşəkar hərbi sistem çərçivəsində legionların başında leqat dururdu. Altı tribun hələ də bir legiona təyin olunurdu, lakin onların vəzifə və məsuliyyətləri dəyişmiş, hərbi rütbədən daha çox siyasi vəzifəyə çevrilmişdi. Leqatdan sonra ikinci şəxs, adətən senator rütbəli gənc bir kişi olan "tribunus laticlavius" və ya geniş zolaqlı tribun (onun tunik və toqasında istifadə etdiyi zolağın eninə görə adlandırılmışdır) idi. Ona bu vəzifə leqatın hərəkətlərini öyrənmək və izləmək üçün verilmişdi. Onlar tez-tez öz bölmələrinə leqat olmadığı halda rəhbərlik edirdilər və bəzi legionlara, məsələn, Misirdə yerləşən legionlara geniş zolaqlı tribun daimi olaraq komandanlıq edirdi, çünki Avqust qanununa görə Senator Ordeninin heç bir üzvü Misirə gedə bilməzdi.
Geniş zolaqlı tribundan fərqli olaraq, digər beş "nazik zolaqlı" tribun daha aşağı rütbəli idi və "tribunus angusticlavius" adlanırdı. Bu "zabit kursantlar" hərbi təcrübəyə malik, lakin heç bir səlahiyyəti olmayan atçılıq (ekvit) rütbəli kişilər idilər: onlara hərbi məhkəmədə oturmağa icazə verilirdi, lakin döyüşdə hökm verə bilməzdilər. Nazik zolaqlı tribunların əksəriyyəti leqata xidmət edirdi, lakin şanslı bir neçə nəfər (məsələn, Aqrikola) əyalət qubernatorunun heyətində xidmət etmək üçün seçilirdi.Aqrikola, Tasit, 5 Tasitə əsasən, onlar təyinatlarına həmişə lazımi ciddiliklə yanaşmırdılar; Aqrikolanın hərbi tribun kimi fəaliyyətini həmyaşıdlarının davranışı ilə müqayisə edən tarixçi qeyd edir ki, Aqrikola Aqrikola "hərbi xidməti boş vaxt keçirməyə çevirən bir çox gənc kimi, tribun vəzifəsindən intizamsızlıq və ya tənbəllik naminə sui-istifadə etmirdi və təcrübəsizliyini əyləncələrə qapılmaq və rəsmi vəzifələrindən yayınmaq üçün bəhanə kimi görmürdü."
Prinsip Avqustun dövründə beş atlı tribun bəzən yüzbaşı (senturion) rütbəsindən qaldırılırdı və köməkçi süvari (auksiliya) və ya pretorianlar qvardiyasında komandanlığa yüksələ bilirdi.
İstinadlar
Kateqoriya:Qədim Romanın hərbi rütbələri