Ələkbər Adıgözəl oğlu Hüseynov və ya Ələkbər əmi () — Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2006), "Humay" və "Qızıl Dərviş" mükafatları laureatı. Uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub.
Həyatı Ələkbər Hüseynov 1961-ci ildə Bakıda anadan olub. 1978–1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, 1988-ci ildə A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. "Keçəlin toyu" tamaşasındakı "keçəl" rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatlarına layıq görülüb. Beynəlxalq festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatını (2007) alıb. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2006-cı ildə Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
2007-ci il iyulun 29-dan 30-na keçən gecə komaya düşüb. Ələkbər Hüseynov 2 avqust 2007-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
Aparıcı Şərqiyyə Hüseynovanın xalası oğludur.
Əsas rolları Azərbaycan Dövlət Kukla Teatrı Pəri cadu (Ə. Haqverdiyev) — Qurban Bülbül (H. X. Andersen) — nağılçı; Çin imperatoru Qara rəngin nağılı (N. Bədəlov) — Aydın Tıq-tıq xanım (R. Əlizadə) — dirijor; qoca; müğənni Qar qız (A. Ostrovski) — Lel Keçəlin toyu (R. Əlizadə) — keçəl
Filmoqrafiya Yaşıl eynəkli adam (film, 1987) Analar (film, 1988) Etiraf (film, 1992) Köpək (film, 1994) Bala-başa bəla! (film, 1995) Təsadüfi görüş (film, 1999) Yaşıl eynəkli adam-2 (film, 1999) Yaşıl eynəkli adam-3 (film, 2002) Bir anın həqiqəti (film, 2003)
İstinadlar
Mənbə Ələkbər Hüseynovun bioqrafiyası www.adam.az
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:"Humay" mükafatı laureatları Kateqoriya:"Qızıl Dərviş" mükafatı laureatları Kateqoriya:Azərbaycan komediyaçıları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:XXI əsr teatr rejissorları