Zərbəli Mirzağa oğlu Səmədov () — Azərbaycan SSR əməkdar müəllimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1968).

Həyatı Zərbəli Mirzağa oğlu Səmədov 1 yanvar 1908-ci ildə Bakı şəhərində doğulmuşdur.

Bakıda pedaqoji məktəbi (1927) və V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini (1941) bitirmişdir. 1929 ildən Bakı məktəblərində (1945-ci ildən ömrünün sonunadək Qırmızı Əmək Bayrağı ordenli 190 nömrəli orta məktəbdə) Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. Rus məktəblərinin 9-cu sinifləri üçün "Azərbaycan dili" dərsliyinin (1958 – 1978), "Rusca – azərbaycanca danışıq kitabı"nın (1964, 1969), "8-ci sinifdə ədəbiyyat dərsləri" metodik vəsaitinin (1971) müəlliflərindən biridir.

Lenin ordeni, 2 "Şərəf nişanı" ordeni və medallarda təltif olunmuşdur.

Zərbəli Mirzağa oğlu Səmədov 4 oktyabr 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar