Atlı qoşun, Süvarilər, Kavaleriya (, , — "at" sözündən) — döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü.
Tətbiqi və xüsusiyyətləri Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi.
Yaranması və inkişafı Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu. İlk dəfə qoşun növü kimi e.ə IX əsrdə Assuriya ordusunun tərkibində tətbiq olunmağa başlandı. Midiya şahı Kiaksar skif süvarilərini ayrıca qoşun növü kimi istifadə edirdi. E.ə VI əsrdə Əhəmənilərin ordusunda süvarilər əsas qoşun növü kimi, qılınc və qalxanla silahlanmış ağır, həm də yay-ox və kiçik mizraqlarla silahlanmış yüngül qoşunları təşkil edirdilər. Süvarilərin döyüşünü yüngül atlılar başlayırdı, onlar düşmənin səflərini ox və mizraqlarla pozurdular və ağır süvarilərin hücumu üçün imkan yaradırdılar. Döyüşü ağır süvarilər bitirirdi. Təxminən eyni quruluşa e.ə. III əsrdə parfyan süvariləri də malik idilər. Qədim Yunan polisləri Sparta və Afinada süvarilər azsaylı idi. Daha çox at yetişdirilən Fessaliya və Beotiya Fivaya daha çoxsaylı süvari qoşunu yaratmağa imkan verdi. E.ə IV əsrin birinci yarısında fivalı sərkərdə Epaminond ilk dəfə süvarilərin piyadalarla qarşılıqlı uzlaşmasını tətbiq etdi və bunun köməyi ilə düşməni Levktra və Mantineya döyüşlərində məğlub etdi. Ən yüksək inkişafını əntiq dünyada atlı qoşun Makedoniyalı İskəndərin ordusunda tapdı. O müstəqil qoşun növünə, qoşunların döyüş sıralarının çevik qüvvəsinə, rəqibə zərbəni endirən əsas qüvvəyə çevrildi(Qranik, Qidasp, İss və Qavqamel döyüşləri). Süvarilərin əsas altbölmələri, 64 nəfərdən ibarət il idi(eskadron tipli altbölüm). Kavaleriya ağır, orta və məğlub edilmiş rəqibi təqib edən yüngül süvarilərə bölünürdü. Sonralar dimaxilər(həm atlı, həm də piyada vuruşa bilən süvarilər) hissələri yarandı. Roma ordusunda kavaleriya yardımçı qoşun hissəsi idi. Təşkilat baxımından o leqiona daxil idi və hərəsində 30 nəfər olan turmalara bölünürdü, öz növbəsində turmalar isə oluqlardan ibarət üç dekuriyaya bölünürdü. Nizə və qılıncları olan romalı süvarilər at minməyə yaxşı öyərdilməmişdilər və atlardan, əsasən, nəqliyyat vasitəsi kimi istifadə edirdilər. Bunun əksinə olaraq Karfagen süvariləri əla döyüş qabiliyyətinə malik idilər. Hannibal Punik müharibələrində süvarilərdən çox məharətlə, məsələn Kanna döyüşündə, istifadə etmişdi. E.ə VII–III əsrlərdə skiflərin, məsələn farslara qarşı məharətlə istifadə etdikləri, çoxsaylı süvari qoşunu vardı. Parfyanların süvariləri də romalılara qarşı Karr döyüşündə çox ustalıqla süvarilərdən istifadə edib, onları darmadağın etmişdilər.
Katafraktarilər Katafraktarilər-(yunan katafrakto- zirehli). E.ə IV əsrdə Yunanıstanda, e.ə V əsr fars və midiyalı süvarilərinin təcrübəsindən istifadə edərək yaratdıqları, sonralar öz inkişafını Makedoniyalı İskəndərin qoşununda tapan, ağır silahlanmış zirehli süvarilər. Torpaq əyanlarından komplektləşdirilirdi.
Hun süvariləri 100px|thumb|left| Zirehli hun süvariləri Hunlar tarixdə ilk dəfə yəhərdən istifadə etməyə başladılar. Döyüş vaxtı hun döyüşçüsü üzənginin üzərində ayağa qalxırdı ki, bu ona dayanıqlıq və ayaqlarını sallayaraq atlarda oturan romalı süvarilər üzərində böyük üstünlük verirdi. Roma süvariləri hun süvarilərinə müqavimət göstərə bilmirdilər və tamamilə məğlub olub, döyüş meydanından qaçırdlar. Hunların hərbi taktikası mükəməl idi. Romalılarla döyüşdə hunlar ilk növbədə onların süvarilərinə hücum edirdilər və onları ya darmadağın edirdilər, yaxud qaçmağa məcbur edirdilər. Sonra onlar, piyadaları öz cərgələrini dəyişməyə məcbur edirdilər, dövrəyə alaraq və ətraflarında çaparaq üzərlərinə ox yağdırırdılar. Roma piyadalarını yoraraq və haldan salaraq, onlara sarsıdıcı zərbə endirirdilər.
Ərəb süvariləri Ərəb süvarilərinin silahları zəngin və çeşidli idi. Döyüşçünün iki və möhkəm yayı, düz və iti ucu, möhkəm gövdəsi və dəmir pərləri olan 30 oxdan ibarət kolçanı; tiyəsi keyfiyyətli dəmirdən olan uzun qamışdan cidası; əyri kəsici-çapıcı qılıncı;döyüş toppuzu yaxud ikitiyəli baltası; qıraqları iti tiyəli diski; sapan üçün içində 30 daş olan iki kəsmə çantası olmalı idi. Ərəb süvari qoşunu iki hissəyə ağır və yüngül süvarilərə bölünürdü. Yüngül süvarilər uzun yüngül mizraqlarla silahlanırdılar. Bu silahlar Avropa cəngavərlərinin silahlarından xeyli yüngül və eyni zamanda xeyli möhkəm idi. Müdafiə təchizatı zirehdən, papağın üstünə geyilən dəbilqədən, iki qolçaqdan, iki qamaşdan və iki qıçlıqdan ibarət idi. Yürüş üçün atlara ağır nallar vururdular. Döyüşdə ərəblər geniş olaraq pusqulardan, hücumlardan(xüsusi ilə sübh çağı) tətbiq edirdilər. Süvarilər ərəb ordusunda, adətən atlarla və dəvələrlə daşınan piyadalardan bir neçə dəfə az idilər. Yüksək hərəkətlilik ərəb ordusunun xüsusiyəti idi. Bu xüsusiyəti nəzərə alaraq komandanlıq geniş şəkildə gözlənilməzlik amilindən istifadə edirdi. Yüngül atlılardan ibarət avanqard adətən irəli çəkilirdi və öz növbəsində ərazinin öyrənilməsi və düşmənin müşahidəsi üçün irəliyə kəşfiyyat dəstələri göndərirdi. Əsas qüvvələrin başında, cinahlardan, hətta sürətli yürüş vaxtı süvarilərdən geriyə qalmayan piyada oxçuların qoruduğu, ağır süvarilər gedirdi. Ağır süvarilərin ardınca piyada qoşun gedirdi. Onun yürüş qaydasının mərkəzində təchizatla, sursatla və çadırlarla yüklənmiş dəvələr yerləşirdi. Ardınca isə hücum texnikasını, mancanaqları və səhra hospitalını daşıyan dəvə karvanı gedirdi. Yürüş kolonunun arxası aryerqard tərəfindən qorunurdu. Səhra hospitallarının təsis edilməsi IX əsrin əvvəlinə aiddir. Rəqiblə ilk təmasdan sonra yüngül süvari avanqard, geriyə əsas qüvvələrinə doğru çəkilirdi. Bu vaxt piyadalar düzülürdü. Ərəblərin sıraları cəbhədən və içərilərinə doğru aralı dururdu. Beş cərgəyə düzülən hər sıranın öz poetik adı vardı: Birinci sıra "Köpək hürüşməsi sübhü" süvarilərin səpələnmiş düzülüşündən ibarət idi. İkinci sıra "Kömək günü" Üçüncü sıra "Sarsılma axşamı" İkinci və üçüncü sıralar əsas qüvvələr idi, onlar xüsusi şahmat qaydasında düzülürdü. Dördüncü sıra — ümumi rezerv — bayrağı qoruyan. Döyüşü, düşmənin sırasını pozmağa çalışan, ilk sıra başlayırdı. Sonra onu ikinci və üçüncü sıralar dəstəkləyirdi. Ərəblərin əsas piyada qüvvələri, süvarilərə dayaq olaraq, müdafiə döyüşünə üstünlük verirdilər. Ərəb süvariləri inadkarlığı ilə seçilirdilər, onlar adətən düşmənin cinahlarını almağa çalışırdılar. Rəqib ilk sarsıntı keçirəndən sonra, onlar ümumi hücuma keçirdilər, sonra isə onu tam məhv edilənə qədər təqib edirdilər. Təqibi də süvarilər aparırdı.
Avropa cəngavərləri VIII-IX əsrlərdən Qərbi Avropada feodal orduların əsas qüvvəsi kimi atlı cəngavərlər çıxış etməyə başladı. İlk dəfə bu qoşun 732-ci ildə Puatye döyüşündə öz gücünü göstərdi. Zirehə bürünmüş, ağır nizələrlə və qılınclarla silahlanmış cəngavərlər rəqibə, ya daraq, ya da küt paya (qaban başı, ya da dəmir donuz) adlandırılan cərgədə hücum edirdilər. Daraq adətən piyadalara, paya isə cəngavər qoşununa qarşı istifadə olunurdu. Belə ki, cəngavərlər, ortasında piyadalar olan payanın, perimetri boyu bir neçə cərgəyə düzülürdülər. Piyadalar cəngavərlərin geri otrutduğu rəqibi bitirirdilər. Ancaq sarsıdıcı qüvvə kimi məşhurlaşan cəngavərlər, atlı qoşunun əsas üstünlüyü olan çeviklikdən məhrum oldular. Onların ordusu yöndəmsiz və ləng idi, cinah zərbələrindən qoruna, rəqibi qova və piyada kimi döyüşə bilmirdi. Buna misal kimi Batı xanın cəngavərlərin ordularını 1241-ci ildə Liqnitsa yaxınlığında darmadağın etməsini və 1242-ci ildəki Buz döyüşünü göstərmək olar.
Monqol və tatar atlıları XIII-XII əsrlərdə monqollar süvarilərin kütləvi istifadəsi ilə tanınmışdılar. Monqol və tatarların süvari qoşunları yüksək döyüş qabiliyyətinə malik idi və uzun müddət döyüşlərdə özünə tay bilmirdi. Monqol süvarilərinin zərbə qüvvəsi çoxdandır tarixi rəvayətlərlə bəzədilib. Bu fikirlər ədalətlidir. Lakin bunun səbəbi nədədir? Monqolların yaraqları yetərincə güclü və məntiqli idi. Monqol süvarilərinin gücünün mahiyətini açmaq üçün monqol atlarının müstəsna keyfiyyətlərini də qeyd etmək lazımdır.Румянцев Б. Ф., Войтяцкий Б. П. Лошади Монголии\\Тр. Монгол. комис. Академии наук СССР. М.;Л., 1936. Вып. 22.. Həm ölçülərinə həm də eksteryerinə görə o Altay, Yakutiya aborigen növlərinə aiddir.Конские ресурсы СССР. М., 1939. Bunlar bəstə boylu, çox tüklü, xüsusi ilə qışda, güclü ayaqları üstündə və güclü konstitusiyası(quruluşu) olan, olduqca dözümlü və tələbsiz heyvandır. Ağır yaşayış şəraitində baş verən təbii seçim, həm yük daşımaq üçün həm də sürmək üçün yararlı, dördnala qaçışda yetərincə çevik, dinc, qorxmaz və sədaqət kimi qiymətli keyfiyyətləri olan növün formalaşmasına gətirib çıxarmışdır. Belə atlar uzaq keçidlərin ağır şəraitinə asanlıqla dözürdülər, hər yerdə otlaq tapırdılar, qışda dırnaqları ilə qarın altından ot tapırlar, həmişə çevik qovğaya hazırdılar. Şübhə yoxdur ki, keyfiyyətinə görə unikal at ilxılarına malik monqolların hərbi potensialı çox güclü idi və onların süvari dəstələri keyfiyyətinə görə bütün başqa Asiya və Avropa süvari dəstələrini üstələyirdi.Всемирная история и Восток. Москва. "Наука" 1989 səh. 80.
Səfəvi və Osmanlı süvariləri
Səfəvi süvariləri thumb|right|250px|Qorçu qvardiyası Səfəvi dövlətində mərkəzləşdirilmiş nizami ordu yox idi. Ordu ayrı-ayrı feodalların və əyalət bəylərbəylərinin qoşunlarından təşkil olunurdu. Bunlar demək olar ki istisnasız olaraq Azərbaycan tayfalarının əmirləri tərəfindən gətirilən dəstələr idi. Bu qoşunlar (mülaziman, nökəran) feodalların özləri tərəfindən təchiz olunurdu və saxlanırdı. I İsmayılın hərbi qüvvələri prinsipial olaraq Ağqoyunlu tayfa qoşun sistemindən fərqlənmirdi. Səfəvilərin müharibə üçün çıxardıqları qoşunların sayı dəqiq məlum deyil. Vinçenso Alessandri hesab edir ki, onların qoşunlarının sayı 60 minə çatırdı. 1568-ci ildə Səfəvi sarayında olan C. Vekyetti də hesab edirdi ki, 60 mindən artıq qoşun çıxarmaq mümkün deyildi. Bu barədə dəyərli məlumatları Minadoi verir. O hesab edir ki, Səfəvilər döyüşə 60 min süvari çıxarırdılar, lakin əgər bütün hakimlər və feodallar qoşunlarını göndərilsəydi onların saylarını 130–140 minə çatdırmaq olardı. Qazi Əhmədin məlumatlarına görə, I Təhmasibin vəfatı zamanı şahın məvacibində "qızılbaş tayfa və nəsillərindən" olan 200 min adam vardı. Lakin bu qoşunların heç də hamısını, feodalların özbaşınalığına görə, döyüş meydanına çıxarmaq mümkün deyildi. Feodal yığma(çərik) qoşundan başqa şahın yanında 4500–6000 nəfərlik qorçu qvardiyası da vardı. Onlara qorçubaşı rəhbərlik edirdi. Bundan başqa şah xidmətində analoji finksiya üçün 700 yasavul vardı. Qorçuların 4 mini torpaq təltiflərindən dolanırdı, qalan 2 min şahın məvacibində idi.