Sabir Abdulla (1950, Şəki, Oraban) — Azərbaycan şairi, ictimai xadim.
Həyatı Sabir Abdulla 1950-ci ildə Şəkinin Oraban kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunu və M. Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirən Sabir Abdulla ədəbi yaradıcılığa şeir yazmaqla başlayıb. Bir neçə şeir kitabının müəllifidir. Onun tərcüməsində neçə-neçə rus yazarlarının əsərləri işıq üzü görüb.
Bir çox mükafatlara layiq görülüb, o cümlədən V. Tsıbin mükafatının laureatı olub.
Rusiya və Azərbaycan Yazıçılar İttifaqının üzvü olub.
Gözəl Azərbaycan şairi, ictimai xadim, səmimi insan Sabir Abdulla 2013-cü il yanvar ayının 8-də 63 yaşında Moskvada vəfat etdi.
İstinadlar
Kateqoriya:Şəkidə doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər