Pran (tam adı: Pran Krişan Sikand; ) — hind aktyoru.
Həyatı Pran Bollivudun tanınmış aktyorlarından olub. 70 illik karyerasında o, yüzlərlə kinofilmə çəkilib. Həm mənfi, həm də müsbət rolları oynayıb. 1960–1980-ci illərdə Pran demək olar ki, Bollivudun bütün irihəcmli filmlərində baş rol alıb. Karyerası boyu çoxsaylı mükafatlara layiq görülüb. Kino sahəsində fəaliyyətinə görə Hindistanın dövlət mükafatını da alıb.
Pran Krişan Sikand 93 yaşında Mumbayda vəfat edib.
Filmoqrafiya Ram və Şam (Ram aur Shyam) (film 1967) Bobbi (film, 1973) Ləngidilmiş intiqam (Zanjeer) (film,1973) Əbədi Məhəbbət Nağılı (Dharam Veer) (film 1977) Don (film, 1978) Üç muşketyor kimi (film, 1984)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Hindistan aktyorları Kateqoriya:Hindistan uzunömürlüləri Kateqoriya:XX əsr aktyorları